Tarixdə əbədi yaşayacaq alim

 

YAP Nizami rayon təşkilatının qadınlar şurası akademik Zərifə Əliyevanın 87-ci ildönümü münasibəti ilə tədbir keçirib

 

Dünən Heydər Əliyev adına Neft Emalı Zavodunda Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının qadınlar şurasının akademik Zərifə Əliyevanın 87-ci ildönümünə həsr olunmuş toplantısı keçirilib.

Toplantıda çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın Azərbaycan tibb elmindəki xidmətlərindən bəhs edib. Bildirib ki, akademik Zərifə Əliyeva xalqının sağlamlığı üçün əlindən gələn bütün işləri görüb. S.Vəliyeva oftalmoloq Zərifə Əliyevanın tibb sahəsi ilə yanaşı, ictimai işlərdə böyük fəallıq nümayiş etdirdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Onun Azərbaycan tibb elminə vermiş olduğu töhfələr səhiyyənin bugünkü inkişafında da öz müsbət təsirini göstərib. Təşkilat sədri böyük bir ailənin yetirməsi olan akademik Zərifə Əliyevanın ulu öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anası kimi tarixdə əbədi yaşayacağını bildirdi.

 Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun YAP ərazi təşkilatının sədr müavini Şəhla Məmmədova da çıxışında görkəmli oftalmoloqun həyatından, Onun tibb elminə gətirmiş olduğu böyük xidmətlərdən bəhs edib.

Toplantıda digər çıxış edənlər akademik Zərifə Əliyevanın qayğıkeş ana tanınmış ictimai xadim kimi gördüyü işlərdən söz açıblar.

 

 

TAPDIQ

 

Səs.- 2010. 29 aprel.- S. 7.