"Böyük
şəxsiyyət, xeyirxah
və qayğıkeş
insan"
YAP Astara rayon təşkilatı
akademik Zərifə xanım Əliyevanın
87-ci ildönümünü qeyd etdi
Dünən YAP Astara rayon təşkilatı oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz və unudulmaz xatirəsini anma tədbiri keçirdi. Rayon mərkəzi xəstəxanasının akt
zalında keçirilən
tədbirdə çıxış
edən YAP Astara rayon təşkilatının
sədri Natiq İbadov akademik Zərifə Əliyevanın
oftalmologiya elminin inkişafındakı xidmətlərindən
söz açdı:
"Zərifə xanım
Əliyeva zəngin və mənalı ömür yolu keçib.
Zərifə
xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı
olub. Zərifə
xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür
yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı
tədqiqatlar, qazandığı
nailiyyətlər, yaratdığı
fundamental əsərlər
Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb".
Tədbirdə YAP Astara rayon
təşkilatının qadınlar
şurasının sədri
Bəsti Əliyeva Zərifə xanım Əliyevanın oftalmologiya
elminin inkişafındakı
xidmətlərindən danışaraq
söylədi ki, görkəmli alim aktual mövzulara həsr edilmiş tədqiqatlar aparıb, bir sıra göz
xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın
kökünün kəsilməsinə
böyük əmək
sərf edib, xəstəliyin müxtəlif
mərhələlərinin öyrənilməsi və
müalicə metodlarının
tapılması məqsədi
ilə dəyərli elmi tədqiqatlar aparıb. Alimin yüksək insani keyfiyyətlərindən danışan
B.Əliyeva bildirdi ki, Zərifə xanım Əliyeva humanist, xeyirxah, mehriban insan olub: "Peşəsində
qazandığı uğurlar
da bu xüsusiyyətləri
ilə bağlıdır.
Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım
Əliyevanın fitri istedada malik novator alim, pak
və nəcib bir insan kimi
yaşadığı mənalı
ömür yolu hər bir Azərbaycan
vətəndaşı, hər
bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir".
Anım mərasimində rayon mərkəzi xəstəxanasının
baş həkimi Arif Bağırov, xəstəxananın işçilərindən
Kərim Nəzərov,
Fuad Səmədov, Sevil Əliyeva, Orxan Əmənnullayev, Malik Əliyev, Barat Sadıqov, Aytən Şirinova və başqaları çıxış etdilər.
Çıxış edənlər
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiya elminin müxtəlif sahələrində qazandığı
nailiyyətlərdən danışdılar.
Bildirdilər ki, Zərifə
xanım Əliyevanın
bir sıra göz xəstəliklərinin,
xüsusən də, Azərbaycanda traxoma xəstəliyinin kökünün
kəsilməsində böyük
rolu olub. Çıxış edənlər
akademik Zərifə xanım Əliyevanın görkəmli alim, böyük dövlət xadiminin ömür-gün yoldaşı
kimi nümunəvi həyat yolunun bugünkü nəsil üçün əsil örnək, həyat məktəbi olduğunu bildirdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 29 aprel.- S. 8.