"Qarabağ xanlığı" kitabının təqdimat mərasimi keçirildi

 

Dünən Atatürk Mərkəzində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycan Tarix Qurumu" ictimai birliyi "Dağlıq Qarabağın Azərbaycan İcması" İctimai Birliyi tarix elmləri doktoru, professor T.T.Mustafazadənin "Qarabağ xanlığı" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Tofiq Mustafazadə açaraq kitabın ərsəyə gəlməsindən danışdı. O, qeyd etdi ki, kitabın nəşrində məqsəd son illər tarixən Azərbaycan ərazisi olub itirilmiş ərazilərimizin düşmənlərin ölkəmizdən qoparmaq istədikləri ərazilərin  tarixinin öyranilməsi istiqamətində ciddi addımlar atılmışdır.  Yaxınlarda çapdan çıxmış "İrəvan xanlığı. Rusiya işğalı" ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı samballı kollekliv buna bariz nümunədir. T.Mustafazadənin "Qarabağ xanlığı" kitabını həmin istiqamətdə növbəti addım saymaq  olar.

Kitabın mənbə bazası tarixi qaynaqlara söykənir. Müəllifi "Qarabağnamə"ləri, 1727-ci ildə osmanlıların tərtib etdiyi "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"i, 1823-cü ildə rus məmurları  tərəfindən tərtib olunmuş "Qarabağ əyalətinin təsviri"i, Rusiya arxivlərində saxlanılan materiallar bir çox digər qaynaqları tədqiqata cəlb etmişdir.

Kitabda, ilk növbədə, qeyd olunur ki, Qarabağ, nəinki lap qədimdən Azərbaycanın tərkib hissəsi olmuş, həm XIX əsrin əvvəllərində çarizmin erməniləri bu vilayətə köçürməsinə qədər bu bölgədə az-çox sayda erməni toplumu yaşamamışdır, yalnız vilayətin dağlıq hissəsində bir qədər alban soyköklü qriqoryan məzhəbli albanlar yaşamışlar. Həm həmin xristianlar Qarabağın idarə olunmasında heç bir şəkildə iştirak etməmişlər. Burada olan məlikliklər isə adi irsi feodal mülklərindən savayı bir şey deyildi. Qarabağ xanlığı heç boş yerdə yox, türk-müsəlman siyasi qurum etnik zəminində yaranıb inkişaf etmişdir. Xanlıq Səfəvilər dövründə (1501-1736) mövcud olmuş mərkəzi Gəncə şəhəri olan, Araz Kür çayları arasında, qərbdə Samxet dağları Göyçə gölünə kimi uzanan geniş bir ərazini əhatə edən bəylərbəyliyinin zəminində yaranmış onun ərazisinin əsas hissəsini əhatə etmişdir. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın sələfləri onun mənsub olduğu Sarıcalı oymağı Qarabağın qədim sakinlərindən idi. Sarıcalı oymağı Otuzikilər tayfa ittifaqına aid olan Cavanşir tayfasına mənsub idi.

Tədqiqatın qısa nəticələrindən bir daha belə qənaətə gəlmək olar ki, Qarabağ Azərbaycanın qədim ayrılmaz tərkib hissəsidir. Qarabağ xanlığı Azərbaycan dövlətçilik ənənələri zəminində yaranmış bu ənənələrin sonrakı nəsillərə ötürülməsində müəyyən rol oynamışdır, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsi tarixinə şanlı səhifələr yazmışdır.

Təqdimat mərasimində çıxış edənlər kitabın Azərbaycan tarixşünaslığının zənginləşdirilməsində rolu olacağını vurğuladılar.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 29 aprel.- S. 8.