Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd edilib
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illik yubileyi ədibin doğulub boya-başa çatdığı
Gürcüstanın Kvemo
Kartli-Borçalı bölgəsinin
Bolnisi rayonunda qeyd edilib. Bolnisi şəhər
mədəniyyət evində
keçirilmiş yubiley
tədbirinə Borçalı
mahalının bütün
guşələrindən nümayəndələr
gəliblər.
Yubiley tədbiri
şairin həyat yolunu əks edən "Dədələr
yolu" sənədli
filmindən bir parçanın və ulu öndər Heydər Əliyevin ona "Şərəf"
ordenini təqdim etməsinə həsr olunmuş kadrların nümayişi ilə başlanıb.
Kvemo Kartli-Borçalı qubernatorunun
müavini Hüseyn Yusifov Zəlimxan Yaqubun həyat və yaradıcılığı
barədə iştirakçılara
ətraflı məlumat
vermişdir. Şairin poeziyasında Azərbaycan,
azərbaycançılıq, yurd, Vətən məhəbbəti, fəlsəfi
fikirlərlə yanaşı,
ən incə duyğuların yer aldığı vurğulanıb.
Tədbirdə şairin şeirlərindən
nümunələr söylənmiş,
sözlərinə bəstələnmiş
mahnılar səslənmiş,
Azərbaycan və gürcü rəqsləri
ifa olunmuşdur. Aşıqlara da geniş meydan
verilib.
Zəlimxan Yaqub iştirakçılara təşəkkür
etmiş, yeni şeirlərindən bir neçəsini oxuyub. Yubiley tədbirində bölgə
və Bolnisi rayon rəhbərliyinin nümayəndələri
iştirak etmişlər.
Növbəti yubiley tədbiri mayın 3-də Gürcüstan
paytaxtında keçiriləcək.
Zümrüd
Səs.- 2010.- 30 aprel.- S. 12