Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

 

Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə çıxış edən Dövlət Film Fondun direktoru, əməkdar mədəniyyət işçisi Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışmışdır.

Bildirilib ki, bu il 112-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti bu müddətdə əlamətdar hadisələrlə zəngin, özünəməxsus inkişaf yolu keçmiş xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin meydana çıxması üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycan kinosunun inkişafında misilsiz rolu olmuş ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən natiq vurğulamışdır ki, Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir. Bu sənəddə "Azərbaycanfilm" kinostudiyasının binasının müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi digər mühüm məsələlər öz əksini tapmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli yaxın gələcəkdə xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmalarına digər məsələlərə öz müsbət təsirini göstərəcəkdir.

Bildirilmişdir ki, hazırda ölkəmizdə yeni filmlər çəkilir bu ekran əsərlərinin xarici ölkələrdə nümayişi diqqət mərkəzində saxlanılır. Son bir neçə ildə Azərbaycan filmləri dünyanın bir çox tanınmış festivallarında nümayiş olunmuş ölkəmizi layiqincə təmsil etmişdir.

Milli Kino Gününə həsr edilmiş tədbirdə Mədəniyyət Turizm Nazirliyinin son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində gördüyü işləri əks etdirən videomaterial nümayiş etdirilib.

Mərasimdə nazirlik tərəfindən 16 kino veteranına milli kinomuzun inkişafındakı xidmətlərinə görə pul mükafatı təqdim edilmişdir.

Tədbir çərçivəsində "Azərbaycan kino plakatı. 1930-1980" sərgisi açılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 4 avqust.- S. 12.