"Fitnes" İstirahət
Mərkəzində
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes"
İstirahət Mərkəzində
keçirilən II Beynəlxalq
Musiqi Festivalı çərçivəsində tədbirin fəxri qonağı olan Böyük Britaniyanın
dünyaşöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti keçirilmişdir. Orkestrin solistləri
olan dünyaşöhrətli
amerikalı violonçel
ifaçısı Dmitri
Yablonskini və Bakı Musiqi Akademiyasının rektoru,
xalq artisti, tanınmış pianoçu
Fərhad Bədəlbəylini
ingiltərəli dirijor
Daniel Boyko müşayiət
etmişdir. Konsertdə
klassik musiqi ifaçıları məşhur
bəstəkar Şarl
Kaml Sens-Sansın
"Violonçel üçün
konsert" və
"Fortepiano və orkestr
üçün konsert",
Corc Bizenin "Simfoniya do-major" əsərlərini
səsləndirmişlər. Xatırladaq ki, London Kral Filarmonik Orkestrinin daha iki gün
konserti olacaqdır.
Zümrüd
Səs.- 2010.- 5 avqust.-
S. 12.