Əbülfəs Qarayev və Fikrət Akçura arasında görüş keçirilib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Azərbaycan Respublikasında BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident nümayəndəsi Fikrət Akçura arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda, mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib. Fikrət Akçura, öz növbəsində, mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb. Görüşdə gələcəkdə bu cür müzakirələrin mütəmadi olaraq aparılması barədə ümumi razılıq ifadə olunub.

 

 

Zümrüd

 

Səs.- 2010.- 6 avqust.- S. 12.