Bazar iqtisadiyyatının
hərəkətverici qüvvəsi
sahibkarlıqdır
Azərbaycanda sahibkarlığın
güclənməsi üçün zəruri maliyyə
təminatı yaradılıb
Dünyada maliyyə böhranının hökm
sürdüyü vaxtda
Azərbaycanda iqtisadi siyasət, ölkənin hərtərəfli
inkişafına əsaslı
zəmin yaratmışdır.
Bu göstərici ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempinin dünyada ən yüksək göstərici
olması ilə izah edilir. Beynəlxalq
təşkilatlar ölkədə
inflyasiyanın səviyyəsinin
kəskin surətdə
aşağı düşdüyünü,
yoxsulluq həddinin getdikcə azaldığını,
sosial xərclərin artırıldığını müsbət meyil kimi qiymətləndirir. Azərbaycan hökumətinin qabaqlayıcı
tədbirləri və
dövlət başçısı
tərəfindən həyata
keçirilən irimiqyaslı
islahatlar nəticəsində
sosial-iqtisadi inkişaf
dinamik surətdə inkişaf etməyə başlamışdır. İmzalanan
fərman və sərəncamlar, qəbul
edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində
Azərbaycan iqtisadi artım göstəricisinə
görə dünyada
lider dövlət statusunu qoruyub saxlaya bilib. Ölkənin sosial-iqtisadi
tərəqqisi, demokratik
inkişafın davamlı
xarakter daşıması,
cəmiyyətdə ictimai-siyasi
sabitliyin təmin olunması aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
Azərbaycanda iqtisadiyyatın bütün
sahələrinin sürətli
inkişafı, o cümlədən, yerli və xarici investisiyaları cəlb etməklə rəqabət
qabiliyyətli məhsul
istehsal edən müəssisələrin yaradılması
infrastrukturun yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına
imkan vermişdir. İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində sahibkarlığın
güclənməsi üçün
zəruri maliyyə təminatı yaradılmış,
süni maneələrin
aradan qaldırılması
üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların
hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzinə
çevrilmişdir. İnvestisiyaların
təşviqi üçün
respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran
səmərəli metodlardan
istifadə etmək, xarici kapital qoyuluşunun başlıca
istiqamətini regionların,
qeyri-neft sektorunun inkişafına yönəltmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev hesab edir ki, bazar
mexanizminin hərəkətverici
qüvvəsi hesab edilən sahibkarlığın
inkişafı keçid
iqtisadiyyatlı ölkələrin
siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü
problemlərin kompleks həllində mühüm
rol oynayır.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası özəl sektor yeni inkişaf
dönəminə qədəm
qoymuş, sahibkarlığın
inkişafına diqqət
daha da artırılmışdir.
Kiçik və orta sahibkarlığın güzəştli
kreditlərlə maliyyələşdirilməsi,
sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin
qarşısının alınması,
özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində
mühüm addımlar
atılmışdır. Hökumət makroiqtisadi sabitliyin
qorunması, istehsalın
səviyyəsinin saxlanılması,
pul-kredit siyasətinin
gücləndirilməsi, sosial
problemlərin həlli,
əhalinin aztəminatlı
təbəqəsinin müdafiəsi,
sahibkarların işgüzar
fəallığının stimullaşdırılması istiqamətlərində
zəruri işlər
görmüşdür. Həyata keçirilən
qətiyyətli və
səmərəli tədbirlər
nəticəsində Azərbaycan
iqtisadiyyatı öz dayanıqlığını nümayiş
etdirmiş, qeyri-neft sektorunda şaxələndirmə
əsasında iqtisadi
artım əldə edilmişdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da ölkəmizdə
həyata keçirilən
antiböhran tədbirlərini
yüksək qiymətləndirir.
Dünya Bankının
"Doinq-Business" hesabatında
Azərbaycan öz yüksək mövqeyini saxlayır. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinə görə,
Azərbaycanı dünyada
51-ci yerə layiq görülməsi Müstəqil
Dövlətlər Birliyi
ölkələri arasında
ən yüksək göstəricidir. "Standard&Poors"
beynəlxalq reytinq agentliyinin isə respublikamızın reytinq
proqnozunun "sabit"
səviyyəsindən "müsbət" səviyyəyə
yüksəldiyini bəyan
edib.
Sahibkarlığın inkişafında maraqlı olan Azərbaycan dövləti
hər il sahibkarlığın dəstəklənməsi
məqsədi ilə böyük məbləğdə
güzəştli kreditlərin
verilməsi, aqrar sektora subsidiyaların ayrılması qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayır. Ölkədə aidiyyəti üzrə görülmüş təxirəsalınmaz
və adekvat tədbirlər nəticəsində
makroiqtisadi sabitliyin qorunmasına nail olunmuşdur. Böhranın
ölkə iqtisadiyyatına
təsirinin yumşaldılması
istiqamətində qanunvericilikdə
edilən mühüm
dəyişikliklər tənzimləmə
imkanlarını daha da artırmışdır.
Bununla real sektora hökumət zəmanəti ilə məqsədli kreditlərin
verilməsi, kommersiya banklarına isə subordinasiyalı kreditlərin
ayrılması mexanizmi
yaradılmışdır.
2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kredit verilmişdir. Fondun Qaydalarına edilən dəyişiklik nəticəsində güzəştli
kreditlərin maksimum həddi 3 milyondan 5 milyon manata qaldırılmış,
faiz dərəcəsi
isə 7-dən 6-ya endirilmişdir.
Bu rəqəm 2008-ci illə
müqayisədə maliyyələşdirilmiş
layihələrin sayının
2,6 dəfə, güzəştli
kreditlərin məbləğinin
isə 1,5 dəfə
artması dövlət
tərəfindən sahibkarlığa
göstərilən qayğının
real təzahürüdür.
İstehlakçıların hüquqlarının qorunması məqsədilə
aparılan yoxlamaların
müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan
yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə
hallarının qarşısının
alınması, şəffaflığın
təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun
olaraq, istehlakçıların hüquqlarının
effektiv müdafiəsini
qanunla qoruyan Azərbaycan dövləti
sahibkarlığın davamlı
inkişafında maraqlı
tərəf
kimi iradə nümayiş etdirir. UAzərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət ProqramıFnın
icrasının birinci
ilinin yekunları ilə bağlı bir müddət əvvəl Bakı Biznes Mərkəzində keçirilən konfrans respublikamızın qlobal böhrana baxmayaraq, bütün sahələrdə
uğurla inkişaf etdiyini, makroiqtisadi göstəricilərə imza
atdığını bir
daha təsdiqləyir.
Kifayət qədər səmərəli
müzakirələrlə yaddaqalan
konfransın yekunlarının
təhlili eyni zamanda Azərbaycanda qeyri-neft sektoruna, sahibkarlığın inkişafına
dövlət dəstəyinin
sistemli, ardıcıl
və davamlı xarakter daşıdığını
göstərir.
ELŞAD HACIYEV
Səs.- 2010.- 6 avqust.- S. 9.