Aqrar sahəyə dövlət qayğısının nəticələri

 

Azərbaycanın aqrar inkişafı nəticəsində ərzaq təhlükəsizliyi problemini artıq həll olunmaq üzrədir

 

Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncamlarına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 2010-cu ilin 6 ayı ərzində 1.3 milyard manat təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyindən aldğımız məlumata görə, 2010-cu ilin ilk yarısında ölkədə aqrar sahədəki inkişafın davam etməsi ilə müşahidə olunub. Cari ilin məhsulu üçün keçən ilin payızında bu ilin yazında 950 min hektar sahədə dənli dənli-paxlalı bitkilər əkilib ki, ondan da 674,6 min hektarını buğda təşkil edib. İyulun 12-nə olan vəziyyətə 802,7 min hektarda ya ümumi sahənin 84 faizində biçin aparılıb 1594,8 min ton məhsul istehsal edilib.

Taxılbiçən kombaynların boş dayanmalarının qarşısını almaq üçün səyyar texniki xidmət səyyar yanacaq doldurma avtomaşınları səfərbər edilib. Taxıl biçini mövsümündə "Aqrolizinq" ASC tərəfindən gətirilən 990 digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 min 110 taxılyığan kombayndan istifadə edilir. Bu isə keçən ilin taxıl biçinində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur.

Qeyri-sabit iqlim şəraitinə baxmayaraq, bu il 99 min hektar bar verən meyvə-giləmeyvə bağlarından 680 min ton məhsul alınması gözlənilir. Aparılan araşdırmalara görə, bir sıra bölgələrin meyvə bağlarına, xüsusən çəyirdəklilərə xeyli ziyan dəyib. Bununla yanaşı, çəyirdəkli meyvələrdən fərqli olaraq tumlu, sitrus subtropik meyvə üzüm bağlarında vəziyyət qənaətbəxşdir.

2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da keçən ildəkindən 18,6 min hektar çoxdur. O cümlədən, təxminən keçənilki səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar ya keçən ildəkindən 1,3 min hektar çox bostan 81,1 min hektar sahədə ya keçən ildəkindən 1,2 min hektar çox tərəvəz bitkiləri əkilib. Yaşıl çay plantasiyalarında əvvəlki illərə nisbətən qulluq işləri yaxşılaşdırılıb 450 ton yaşıl çay yarpağı istehsalı gözlənilir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədi ilə toxumçuluq tingçilik sahəsinin daha da inkişaf etdirilməsi nazirliyin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Bu məqsədlə dövlət özəl toxumçuluq təsərrüfatlarının inkişafı ön plana çəkilib indiyədək 660 özəl toxumçuluq tingçilik təsərrüfatı yaradılıb.

Reproduksiyalı toxum satışına görə hər kiloqram üçün satış dəyərinin müvafiq olaraq 30-40 faizi ting satışına görə 30 faiz əlavə maliyyə vəsaiti ödənilib. Bu, kəndli sahibkarlarda yüksək keyfiyyətli toxum ting istehsalını artırmağa marağı yüksəldib.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da dinamik inkişafını intensiv şəkildə davam etdirir. Heyvandarlığın intensiv inkişaf etdirilməsində mühüm rol oynayan süni mayalama tədbirləri ildən-ilə genişlənir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə süni mayalanma mərkəzi fəaliyyət göstərir. İndiyədək 500 nəfər süni mayalanma texniki hazırlanıb onlar lazımi avadanlıqla təmin olunublar. Keçən il süni mayalanma yolu ilə 23 min baş, cari ilin 6 ayında isə 17 min sağlam bala alınıb. Bu üsulla alınmış inəklərin hər birindən orta hesabla 3000-3500 kiloqram süd sağılır.

Bununla yanaşı, "Aqrolizinq" ASC tərəfindən Almaniyadan keçən il 770 baş cins damazlıq mal gətirilərək lizinq qaydasında satılıb. Bu işin davam etdirilməsi üçün cari ilə ayrılmış 3 milyon manat vəsait hesabına 902 baş cins damazlıq düyə gətirilməsi üçün müqavilə bağlanıb, indiyədək 287 baş heyvan gətirilib lizinq qaydasında satılıb. Qalan heyvanların gətirilməsi payız aylarına planlaşdırılır.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamına müvafiq mineral gübrələrin, "Aqrolizinq" ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional loqistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir.

Şəki Sabirabad rayonlarında regional loqistik bazalar istifadəyə verilib, Xaçmaz Şəmkir rayon bazaları istismara verilməyə hazırdır, Cəlilabad Bərdə rayonlarında isə bazaların tikintisinə başlanılıb.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 6 avqust.- S. 9.