Milli mətbuatın yeni
inkişaf mərhələsi
Ulu öndərimiz Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyulmuşdur Məlum olduğu kimi, Azərbaycanda senzuranın ləğv olunmasından 12 il ötür. 1998-ci il, avqustun 6-da, ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalayıb.
Bu Sərəncam demokratik
cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə
uyğun gəlirdi. Ulu öndər Heydər Əliyevin siyasətini və ənənələrini
müasir dövrün
tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev cəmiyyət həyatında
kütləvi informasiya vasitələrinin
rolunu yüksək qiymətləndirərək
demokratik, müstəqil KİV-lərin
inkişafına əlverişli şərait
yaradılmasını öz siyasətinin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Mətbuat kapitanları bizimlə söhbətlərində
senzuranın ləğv olunmasını dövlətin mətbuata
göstərdiyi qayğının təzahürü kimi dəyərləndirdilər:
- Ulu öndərimiz Heydər
Əliyevin xalqın təkidli tələbi ilə siyasi
hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə
olduğu kimi, mətbuata da xüsusi diqqət və
qayğı göstərilməyə başlandı. Ulu
öndər Heydər Əliyevin siyasi iradəsi və
böyük səyləri nəticəsində plüralizmi,
söz və məlumat azadlığını məhdudlaşdıran
süni maneələr aradan qaldırıldı, kütləvi
informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq
standartlara uyğunlaşdırılıb. Azərbaycanda bu sahənin
inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti,
mətbuatın texniki imkanlarının
yaxşılaşdırılması, nəşriyyatların
müasir avadanlıqlarla təmin edilməsi üçün
dövlət səviyyəsində çox mühüm tədbirlər
reallaşdırılıb. Söz azadlığının
geniş şəkildə təsbit edilməsi
üçün 1998-ci ilin avqust ayının 6-da ulu öndərimiz
Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla
Azərbaycanda mətbuat üzərindən senzuranın aradan
qaldırılması kimi mühüm hadisə baş verib. Həmçinin,
1999-cu ildə "KİV haqqında" Azərbaycan
Respublikasının Qanununun, digər hüquqi-normativ
aktların qəbulu həyata
keçirilib.
2005-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Sərəncamla "Əməkdar jurnalist" adının bərpa olunması və ölkənin aparıcı media nümayəndələrinin dövlət ali mükafatları ilə təltif olunması jurnalistikaya, eləcə də, müstəqil mətbuatın inkişafına çox böyük töhfədir. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımları edilir və bunun miqdarı getdikcə artır. Bir sözlə, dövlətin bu sahə ilə bağlı addımları Azərbaycanda mətbuatın diqqətdə olduğunu təsdiqləyir. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər. Bütün bunlar dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir. Bu gün ulu öndərimizin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı mətbuatın problemlərinə həssaslıqla yanaşaraq KİV-in daha da inkişafı istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda söz və fikir azadlığı ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə 4500-ə yaxın mətbuat orqanının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinin özü də bunun sübutudur.
- 12 il öncə, Azərbaycanda senzuranın ləğv olunması haqqında Sərəncamın imzalanması mətbuatımızın tarixində mühüm yer tutur. Azərbaycan mətbuatının inkişafında senzuranının ləğv olunması əhəmiyyətli rola malikdir. Hələ Azərbaycan çar Rusiyasının tərkibində olandan ciddi senzura ilə üzləşib. 1998-ci ilə qədər Azərbaycanda rus senzurası dəhşətli dərəcədə fəaliyyətdə olub və söz, mətbuat azadlığı həmişə boğulub. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamdan sonra Azərbaycanda senzura birdəfəlik ləğv olundu. Bundan sonra, "KİV haqqında" Qanun qəbul edildi. Bu qanun da senzuranı qadağan edir. Hazırda ölkəmizdə söz və mətbuat azadlığı sahəsində heç bir problem yoxdur. Senzura yaradıcı insanlar üçün bir buxov idi. Yəni senzura çox ciddi maneə idi. Senzura dövlət sirrini yaymamaq üçün nəzərdə tutulsa da, ideologiyaya işləyirdi. Ulu öndər Heydər Əliyevin məlum qərarı çox lazımlı və düzgün qərar idi. Bu tarixi yaxşı xatırlayıram ki, postsovet ölkələri sırasında ilk dəfə Azərbaycan senzuranı ləğv etdi. Senzuranın ləğvi ilə mətbuata azadlıq verildi.
Bu gün mətbuatda tamam başqa ab-hava yaranıb. Belə ki, kim nə istəyir onu müstəqil şəkildə yazır və istədiyi ifadəni işlədir. Çünki bu gün nə senzura var, nə də nəzarət. Bu gün gərək hər bir jurnalist özü yazdığı yazıya nəzarət etməlidir. Əsl mətbuat işçisi, qələminə hörmət edən jurnalist şəxsi qərəzliyə, ambisiyalara yol verməməlidir. Bu məsələlərdə redaktorların, təcrübəli jurnalistlərin nəzarəti güclü olmalıdır. Lakin iş olan yerdə nöqsan da olur. Ancaq bu nöqsanın haradan qaynaqlandığını araşdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, senzuranın ləğvi həm də jurnalistlərdə məsuliyyət hissini artırdı. Eyni zamanda, mətbuat müstəqil olmağa başladı. Həmin vaxtdan başlayaraq, ölkə mətbuatı inkişaf dövrünə qədəm qoyub və mətbuata qayğı dövlət siyasətinə çevrilib. Bu gün mətbuatın səmərəli fəaliyyəti üçün yaradılmış demokratik şərait Azərbaycanda yeni informasiya mühitinin formalaşdığını təsdiq edir. Bu mühiti şərtləndirən əsas amillər isə ölkənin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsidir.
- Azərbaycan mətbuatı yarananda əsas problemlərdən biri də senzuranın yaranması idi. Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşrinə icazə alması üçün, ilk növbədə, o qəzetə senzura nəzarəti həyata keçirəcək insan məlum olmalı idi. Bu da o dövrdə Bakının general qubernatoru Staraselski idi. O, qəzetin buraxılmasını öz üzərinə götürərək, nəşrinə icazə verdi. Göründüyü kimi, tarixə nəzər yetirərkən, görərik ki, əvvəl senzura yaranıb, sonra qəzet. Beləliklə də, həmin dövrdən senzura nəzarəti daim olaraq qəzetin üzərində qılınc kimi əks olundu. Yəni normadan kənar və yaxud da mətbuatda işıqlanması lazım olmayan sözlər həmin qılıncla kəsilirdi. "Əkinçi"dən qabaq yaranan bu senzura düz 123 il davam etdi. Bu dövr ərzində ictimai-iqtisadi formasiyalar, dövlət quruluşları, hakimiyyət dəyişdi, lakin senzuraya münasibət dəyişmədi. Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra da söz üzərinə qoyulan senzura nəzarəti götürülmədi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığının real şəkildə təminatına xidmət edən senzura nəzarətini ləğv etdi. 1998-ci il 6 avqustda ulu öndər Heydər Əliyevin senzuranan ləğvi ilə bağlı Sərəncamı həm də sözün tam müstəqil olmasına imkan yaratdı. Beləliklə də, həmin dövrdən sözün, mətbuatın dövlət nəzarətindən çıxarılması prosesi tamamilə başa çatdı. Eyni zamanda, paralel olaraq jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiyalar toplaması üçün bütün qanunlar qəbul olundu. Belə ki, KİV haqqında qəbul olunan qanuna son dərəcə beynəlxalq normalara uyğun dəyişikliklər edildi. Beləliklə də, ulu öndər Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı Sərəncamından sonra Azərbaycan mətbuatının tam müstəqil bir inkişaf yolu keçməsinə imkan yaratdı. Həmçinin, mətbuatın digər problemlərinin həlli istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün 2003-cü il martın 15-də Mətbuat Şurası yarandı. Onu da qeyd etmək lazımdır ki, müstəqil mətbuatın yaşaması üçün onun maddi-texniki bazası olmalı idi. Bununla bağlı, ulu öndərimiz Heydər Əliyev bir sıra müstəqil qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Sərəncam imzaladı. 2000-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan Milli Mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verdi. Bu yolu davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları isə bundan sonra daha iki yubileyin - milli mətbuatımızın 130 və 135 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamlar verdi. Bu yubiley illərində jurnalistlərimiz dövlət tərəfindən mükafatlandırıldı, informasiya agentlikləri və qəzet redaksiyalarına Prezidentin ehtiyat fondundan birdəfəlik yardımlar edildi. Bütünlüklə bu proses bir daha onu göstərir ki, Azərbaycan mətbuatının inkişafı, uğurlu yolu məhz ulu öndərimiz tərəfindən qoyulub. Bu diqqətin əsasını qoyduğuna görə, ulu öndərimiz Heydər Əliyevə minnətdarlığımızı bildirməklə, bir daha onun ruhu qarşısında baş əyirik.
RƏFİQƏ KAMALQIZI,
MURAD İSMAYILZADƏ
Səs.- 2010.- 7 avqust.- S. 9.