Mübariz İbrahimov
Azərbaycan gəncliyinin qürur mənbəyidir
Dünya birliyi Ermənistanı törətdiyi
vandalizm aktına görə cəzalandırmalıdır
Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun şəhid olmasından qırx
gündən artıq vaxt keçməsinə baxmayaraq ermənilər
onun cəsədini hələ də qaytarmayıblar. Beynəlxalq
təşkilatların tələblərinə baxmayaraq, ermənilər
öncə, cəsədi verməkdən imtina etmiş, sonra
isə Qırmızı Xaç Komitəsinə cəsədin
onlarda olmadığını bildirmişdir.
Erməni vandalizminin növbəti mərhələsi Mübariz İbrahimov şəhid olduqdan sonra onun cəsədinin foto-şəkillərinin yayımlanması zamanı üzə çıxıb. Azərbaycan ictimaiyyəti bu şəkillərin internetdə yayımlanmasından həm kədərləndi, həm də qəzəbləndi. Məsələ ilə bağlı münasibətlərini öyrəndiyimiz müsahiblərimiz şəkillərin təhqir edilmiş formada yayımlanmasını ermənilərin vəhşiliyi kimi dəyərləndirdilər.
Millət vəkili Fəzail
Ağamalı:
- Ermənilərin vəhşi xislətli olmaları hamımıza məlumdur. Ermənilər hər gün atəşkəsi pozur və qəbul olunmuş razılaşmaya məhəl qoymurlar. Milli qəhrəman Mübariz İbrahimovun cəsədini qaytarmamaları ilə bağlı ermənilər konkret mövqe ortaya qoymayıblar. Onlar iddia edirlər ki, cəsəd onlarda yoxdur. Lakin zorakılığa məruz qalan M.İbrahimovun şəkillərinin erməni saytlarında yayımlanması onların yalan danışdıqlarını bir daha göstərmiş oldu. Ermənilər beynəlxalq konvensiyanın tələblərinə zidd hərəkət edərək, milli qəhrəmanın cəsədini yox etməyə çalışırlar. Şəkillərdəki bir fraqmentdə milli qəhrəmanın əllərinin bağlı olması adamın ağlına müxtəlif fikirlər gətirir. Ola bilsin ki, Mübariz İbrahimov yaralanaraq əsir alınıb və əlləri bağlı şəkildə öldürülüb, ya da öldürüldükdən sonra bağlanılıb. Təbii ki, bütün bunlar bizim üçün müəmmadır. Ancaq nəticə etibarilə, cəsədə qarşı erməni vəhşiliyinin bariz nümunəsidir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni:
- 50 günə
yaxındır ki, Azərbaycan Respublikasının
Milli Qəhrəmanı,
gizir Mübariz İbrahimovun cəsədi
qaytarılmır. Mübarizin
cəsədinin qaytarılması
üçün, həm
ATƏT-in Minsk Qrupunun həmsədr
ölkələri, həm
də beynəlxalq təşkilatlar
və Beynəlxalq
Qırmızı Xaç
Komitəsi öz üzərinə düşən
öhdəlikləri yerinə
yetirməlidir. Biz Milli QHT Forumu olaraq milli qəhrəmanın
cəsədinin qaytarılması
yönümdə müəyyən
işlər görürük.
İyun ayının 30-da keçirilən
tədbirdə bu məsələ haqqında
fikirlər səsləndirilib.
Müxtəlif versiyalar irəli
sürülüb. Versiyalardan biri
yayımlanan şəkillərin
qəhrəmanın şəhid
olduğu gün çəkilməsi ehtimalını
irəli sürmək
imkanını verir.
Həmçinin, Mübarizin cəsədində
müxtəlif zorakılıq
əlamətlərinin olması
və ermənilərin
cəsədə xəsarət
yetirmələri də
açıq şəkildə
ortadadır. Əlbəttə, erməni vandalizmi hər kəsə bəllidir. Bizim tələblərimiz erməni tərəfin milli qəhrəmanımızın
cəsədini dərhal
Azərbaycan Respublikasına
qaytarması yönümdədir.
Politoloq Cümşüd
Nuriyev :
- Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun cəsədinin
Azərbaycan tərəfinə
qaytarılmaması, o cümlədən,
cəsədinin şəkillərinin
internet məkanında yayımlanması
bir daha erməni vandalizminin mahiyyətini ortaya qoyur. Bu soysuzlar hər zaman özlərini bütün
dünyaya bir yazıq xalq kimi göstərmək istəyirlər. Lakin tarix
göstərir ki, vandalizm törədənlər
xalq hesab olunmurlar. Ermənilərin barbarlardan heç
bir fərqi yoxdur. Düşüncə tərzi, bəşəri
məhəbbəti olan
kəs meyitlər üzərində çirkin
əməllər törətmir.
Ancaq ermənilərin
bu kimi çirkinlikləri
ilə biz tanışıq.
Hansı
millətin nümayəndəsi
olmasından asılı
olmayaraq, insanın cəsədinə xəsarət
yetirmək yolverilməzdir.
Mübarizin cəsədinin aqibətindən
xəbərimiz yoxdur.
Lakin deyilənlərə görə,
düşmən cəsəd
üzərinə vandalizm
aktı tətbiq edib. Bildiyimiz kimi, İnsan
Haqları üzrə
1948-ci ildə qəbul
olunmuş beynəlxalq
konvensiyada da, ölmüş hərbçilər
üzərində bu kimi çirkinliklərin törədilməsinə qadağa
qoyulub. Bütün bunlar beynəlxalq
aləmdə pislənib
və bunun adı vandallıq adlandırılıb. Ermənilər bir daha xalq
olmadıqlarını, etnik
toplum olduqlarını
nümayiş etdirdilər.
O cümlədən, qeyd
etmək istəyirəm
ki, Mübariz Azərbaycanın mübarizliyini,
cəsarətini, igidliyini
onlara göstərmiş
oldu. Ermənilər Mübarizin ölüsündən
də qorxurlar. Onların bu çirkin əməllərinə Xocalıda
da şahid olmuşuq.
Politoloq Eldar
Namazov:
- Ermənilərin
mentaliteti, milli xüsusiyyətləri artıq
hamımıza məlumdur.
Mübarizin cəsədinin hələ
də qaytarılmaması
onların milli xüsusiyyətlərindən irəli
gəlir. Mübarizin cəsədini
qaytarmamalarının səbəblərindən
biri də onların cəsəddən
qisas almaq istəkləridir. Hesab edirəm
ki, Beynəlxalq Qırmızı Xaç
Komitəsi dərhal bu məsələ ətrafında ölçü
götürməlidir. O cümlədən, beynəlxalq
təşkilatlar da öhdəliklərini lazımınca
yerinə yetirməlidirlər.
Qoy bütün beynəlxalq ictimaiyyət ermənilərin
törətdiyi bu vəhşiliyi görsün
və qiymətləndirsin.
Azərbaycana qarşı yönələn
təhlükələrin vaxtında
neytrallaşdırılması və buna layiqli
cavab verilməsi üçün əməli
addımlar atılmaqdadır.
Cənubi Qafqazda yüksək
döyüş qabiliyyəti
və hazırlıq səviyyəsinə görə
ən güclü silahlı qüvvələrə
malik ordu məhz Azərbaycana məxsusdur. Maddi-texniki təchizatları,
mənəvi-psixoloji durumu
və hərbi hazırlığı yüksək
olan Azərbaycan Ordusu düşmən üzərində mənəvi
qələbə qazanıb.
Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun
düşmən ordusunu
lərzəyə gətirən
qəhrəmanlıqları Azərbaycan əsgərinin
nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyü
uğrunda cəsurluq,
igidlik, mərdlik nümayiş etdirən milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı ilə
barışmayan düşmən
qəhrəmanın cəsədinə
qarşı qeyri-insani
zorakılıq əməlləri
törədərək, onun
ruhunu təhqir etmişdir.
Politoloq Elşad
Mirbəşiroğlu:
- Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimov erməniləri
o qədər yandırıb-yaxıb
ki, onlar hətta öz zəifliklərini də gizlədə bilmir və bütün dünyaya nümayiş etdirirlər. Bütün bunlar bizə
belə deməyə əsas verir ki, müharibənin başlanacağı təqdirdə,
Mübariz kimi 5-6 nəfər onların bütün ordusunu məhv etməyə qadirdir. Ermənilər tutduqları əməldən
zövq alırmış
kimi, M.İbrahimovun şəkillərini internet saytlarında
yayımlayırlar. Onların bu
hərəkətləri qəhrəmanın
hücumundan qorxduqlarını
nümayiş etdirir.
Bununla da, özlərində insani keyfiyyətlərin olmadığını göstərmiş
olurlar. Onu da qeyd etmək
lazımdır ki, ermənilərin iç üzünü biz Xocalıdan
tanıyırıq. Xatırladaq ki,
onlar cəsədləri
tanınmaz hala salmışdılar. Onlar meyitləri
təhqirlərə, zorakılıqlara
məruz qoyurdular.
Eynilə onların Mübarizin
cəsədi ilə də bu cür
rəftar etmələrinə
şübhə yoxdur.
Şəkillərin yayımlanması da buna bariz
nümunədir. Onlar, hətta
cəsədi də qaytarmaq istəmirlər.
Cəsədin onlarda olmadığı
isə cəfəngiyyatdan
başqa bir şey deyil. Onu da qeyd
etmək istəyirəm
ki, biz bir xalq olaraq ermənilərin
təcavüzkar qorxaqlıqları qarşısında
Azərbaycan oğlunun
qəhrəmanlıq nümunəsini
gördük. Silahlı
Qüvvələrin Ali Baş
Komandanının Mübariz
İbrahimovu Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görməsi də erməniləri narahat edir. Mübariz İbrahimovun
cəsarəti onu göstərir ki, xalqımızın oğulları
öz vətəni uğrunda canlarından da keçməyə hazırdır.
Bəxtiyar MƏMMƏDOV
Səs.- 2010.- 7 avqust.- S. 10.