Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb.  Festivalın sonuncu günü Böyük Britaniyanın dünyaşöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olmuşdur. Orkestrin solistlərini məşhur amerikalı pianoçu dirijor Dmitri Yablonski dünyaşöhrətli rusiyalı pianoçu Boris Berezovski müşayiət etmişlər.

Konsertdə bəstəkar Sergey Raxmaninovun "Fortepiano orkestr üçün konsert" "2 saylı simfoniya" əsərləri səsləndirilmişdir.

Xatırladaq ki, on iki gün davam edən festival çərçivəsində müxtəlif konsertlər musiqi tədbirləri keçirilmişdir. Yerli əcnəbi klassik musiqi həvəskarları ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən, Yuri Başmet, Boris Berezovski kimi dünyaşöhrətli korifeylərin, festivalın fəxri qonağı olan Böyük Britaniyanın Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərlər dinləmişlər. Festival çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri keçirilmişdir.

İyulun 30-da keçirilən festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etməsi bu tədbirin Azərbaycan musiqisinin dünyaya təqdim edilməsində qədər önəmli bir hadisə olduğunu göstərmişdir.

Sonda Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək Qəbələ II Beynəlxalq Festivalının uğurla başa  çatdığını bildirmiş, bu musiqi bayramının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin, festivalda iştirak edən musiqiçilərə minnətdarlıqlarını ifadə etmişlər.

Festival möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 7 avqust.- S. 12.