Yeni park istifadəyə verilib
Prezident İlham Əliyev Bakının Xətai
rayonunda əsaslı surətdə yenidən qurulan parkda
yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakının Xətai rayonu ərazisində Zığ yolunun kənarındakı 38, 40 və
42 nömrəli binaların
yaxınlığında yerləşən,
əsaslı təmir
və yenidənqurmadan
sonra istifadəyə verilən parkın açılışında iştirak
edib.
Parka gələn dövlətimizin
başçısına məlumat
verildi ki, uzun müddət baxımsız və yararsız vəziyyətdə
olan bu istirahət
guşəsində əsaslı
təmir işlərinə
cari ilin yanvarında başlanılıb.
Ərazisi 2,3 hektara yaxın olan parkda qısa müddətdə görülən işlər
buranın görkəmini
tamamilə dəyişib.
Ərazinin 1,5 hektarı
yaşıllaşdırılıb, 5 mindən çox müxtəlif dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər
salınıb.
Parkda hər cür hava şəraitinə
davamlı materialdan hazırlanan oturacaqlar quraşdırılıb. İstirahət
məkanında ən
müasir işıqlandırma
sistemi yaradılmış,
90-a yaxın yüksək
keyfiyyətli müasir
işıq dirəklərindən
istifadə edilib. Prezident İlham Əliyevə məlumat verildi ki, parkda
2 yeni fəvvarədən
ibarət kompleks yaradılıb. Parkın avtomobil yoluna yaxın hissəsində yerləşən fəvvarə
kompleksinin uzunluğu
280 metrdir. Parkın ərazisinə 4 min kvadratmetrə yaxın tamet daşlarla yanaşı Avropadan gətirilmiş qranit-mərmər
döşənib.
Parkda balaca sakinlərin
istirahəti üçün
də hər cür şərait yaradılıb. Bu məqsədlə xüsusi
attraksionlar quraşdırılmış,
idman və əyləncə meydançaları
salınıb. Sakinlərin
asudə vaxtının
səmərəli təşkili
və mənalı istirahətinə xidmət
edəcək parkda görülmüş işlərdən
razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
MƏTLƏB
Səs.- 2010.- 7 avqust.- S. 5.