Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Öncə Mətbuat Şurasının
2010-cu ilin ilk yarısında gördüyü
işlərə dair hesabatı ətrafında
müzakirələr aparılıb.
Şura sədri Əflatun Amaşov hesabat barədə məlumat verib. O, ötən ilin müvafiq dövrü ilə müqayisədə
MŞ-yə daxil olan müraciətlərin
sayının iki dəfə artdığını
bildirib.
Əgər 2009-cu ildə şuraya ümumilikdə
489 müraciət daxil
olmuşdusa, 2010-cu ilin
ilk yarısında bu rəqəm 444-ə çatıb. Bu, quruma olan etimadın
nümunəsidir. Ə.Amaşov
şuranın ötən
müddətdə həyata
keçirdiyi tədbirlər
barədə də məlumat verib. Həmçinin, qeyd edib ki, MŞ İdarə Heyətinin müvafiq qərarı ilə şuranın "qara siyahı"sından çıxarılan
nəşrlərin bəziləri
barədə quruma şikayətlər daxil olub. Bu, etimaddan
sui-istifadədir və
belələrinin yenidən
siyahıya qaytarılmasını
şərtləndirir.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının
Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli də siyahıdan çıxarılan
qəzetlərin bəzilərinin
yenə əvvəlki
qaydada fəaliyyət
göstərdiklərini vurğulayıb. Belə neqativ halların yolverilməz olduğunu deyib.
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov hesabatı yüksək qiymətləndirib. O, təkcə
şikayət məktublarının
sayının artmasını
insanların şuraya
artan inamının nəticəsi adlandırıb.
B.Sadıqov ölkə
Prezidentinin Mətbuat Şurasında olmasını
və geniş nitqini quruma olan etimad nümunəsi
kimi dəyərləndirib.
Milli Məclisin deputatı hesabatın Mətbuat Şurasının
yalnız ötən yarımillikdə deyil, ümumilikdə, bütün
yarımilliklərdə ən
uğurlu hesabatı olduğunu deyib.
MŞ sədrinin qəzetlərin
"qara siyahı"dan çıxarılması
ilə bağlı ölkə mediasında gedən müsahibəsinə
diqqəti çəkən
B.Sadıqov həmin müsahibədə irəli
sürülən prinsiplərin
kifayət qədər
məntiqi xarakter daşıdığını bildirib. Əlavə edib ki, Mətbuat
Şurasının
əfvi, bağışlaması
varsa, bundan nəticə çıxarılmayacağı
halda, müvafiq ölçü tədbiri
də mövcuddur. B.Sadıqov hesabatın əsas kimi qəbul edilməsini, media və ictimaiyyət
nümayəndələrinin iştirakı ilə geniş müzakirəsinin
keçirilməsini təklif
edib. Təklif səsə qoyularaq yekdilliklə bəyənilib.
Bundan sonra MŞ-nin
Şikayətlər üzrə
Komissiyasının yeni
tərkibi müəyyənləşdirildi.
MŞ sədrinin müavini, Jurnalistlərin
Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərlinin rəhbərlik
edəcəyi komissiyaya
MŞ İdarə Heyətinin
üzvləri Vüqar
Səfərli, Aqil Abbas, Vüqar Rəhimzadə, Rəşad
Məcid, Elçin Şıxlı və Qafar Çaxmaqlı daxildir. Komissiya Nizamnamə qaydalarına uyğun olaraq iki il fəaliyyət
göstərəcək. Şura
sədri komissiyanın
əvvəlki tərkibinin
səmərəli fəaliyyətini
vurğulayaraq, onlara
MŞ adından təşəkkürünü
bildirib.
Ə.Amaşov Mətbuat Şurasının ATƏT-in
Bakı ofisi ilə diffomasiya məsələləri və
jurnalistlərin peşə
davranışı qaydalarının
təkmilləşdirilməsinə dair birgə layihəsinin gedişi barədə məlumat verib. Onun sözlərinə
görə, bu ay layihə çərçivəsində iki tədbirin təşkili nəzərdə
tutulur. Sentyabrda isə mövzu ilə bağlı geniş beynəlxalq konfrans düzənlənəcək.
Ə.Amaşov Azərbaycan
Jurnalistlərinin Peşə
Davranışı Qaydalarına
ATƏT tərəfindən təklif edilən tövsiyələr barədə
də məlumat verib. İH üzvlərindən
həmin tövsiyələrə
münasibət bildirmələrini
və təkliflərini
irəli sürmələrini
xahiş edib.
Cari məsələlərlə
bağlı MŞ sədri
Ə.Amaşov bildirib
ki, jurnalistlərin peşə hazırlığı
və təhsilinə
dair məsələ ölkə Prezidenti ilə görüşdə
də qabardılıb.
O, dövlət başçısının
çıxışında məsələ ilə bağlı ifadəsini tapan məqamlara diqqəti çəkərək
şuranın təhsil
komissiyasının bununla
əlaqədar fəaliyyətini
gücləndirməsinin zəruriliyini
bildirib. Ə.Amaşovun
sözlərinə görə,
qarşıda duran mühüm məsələ
ali məktəblərin
jurnalistika fakültələrinə
qabiliyyət imtahanlarının
bərpasıdır.
MŞ İdarə Heyətinin üzvü, qurumun Təhsil Komissiyasının
sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla
çıxışında ali jurnalistika məktəbinin yaradılması
ideyasını irəli
sürüb. Bu məktəbin müdavimləri
sırasında əsasən
KİV-lərdə çalışan
və ixtisasca jurnalist olmayanlar üstünlük təşkil
edəcək. Müzakirələrdən
sonra təhsilin müddəti, ixtisaslaşma,
jurnalist kadrların xaricdə təcrübə
kursları və s. məsələlərlə
bağlı proqram təkliflərin hazırlanması
məqsədəuyğun sayılıb.
Sonda Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının
yeni sədri Qadir İbrahimli İdarə Heyəti üzvlərinə təqdim
olunub.
Səs.- 2010.- 11 avqust.- S. 6.