Şairə Əzəm Rza
Çayi Bakı ilə Təbriz arasında körpü
yaratdı
Təbriz şəhəri təsəvvürümdə tamamilə başqa idi, bu şəhərə səfər edənədək. Bircə onu deyə bilərəm ki, Təbriz gözəllərinin (qadınları) İranın başqa şəhərlərindəki gözəllərindən fərqləndiyini bilirdim. Bakıda milli mətbuatın 135 illiyi ilə əlaqədar keçirilən tədbirdə Təbriz "Şəhriyar Ədəbi Birliyi"nin məclis üzvü - şairə Əzəm Rza Çayi iştirak edirdi. Onun simasında gözəllik, tərbiyə, mədəniyyət və Azərbaycana qarşı böyük ehtiram gördüm. Təbriz mənim gözümdə daha da gözəlləşdi və bunun şahidi oldum.
"Qafqaz Media" İctimai Birliyinin sədri Azadə Talehin təşkilatçılığı ilə milli mətbuatın 135 illiyi "Ulu Borçalı" restoranında böyük təntənə ilə qeyd olundu. Gürcüstan, Qazaxıstan, Ukrayna respublikalarından və İran İslam Respublikasından da bayrama nümayəndələr dəvət olunmuşdu. İrandan gələn şairə Əzəm Rza Çayi şeirləri və çıxışı ilə hamı kimi mənim də yaddaş dəftərimdə özünə xüsusi yer tutdu. Yubiley ərəfəsində "Qafqaz Media" İB sədri Azadə Taleh Təbriz "Şəhriyar Ədəbi Birliyi"nin Dövlət səviyyəsində keçirəcək konfransa - İran İslam Respublikasına dəvət almışdı. Azadə Taleh Hüseynova 9 nəfərdən ibarət qrupun iştirakçıları ilə səfərə çıxacağını qət etmişdi. Bu konfransa mən də dəvətli idim. Bizi Əzəm xanım Rza Çayi müşayiət edəcəkdi. İranda 1990-1991-ci illərdə ziyarətdə olmuşdum. Konfransda iştirakıma görə iki qat sevinirdim ki, bu yerləri bir də görəcəyəm. İştirakçılar siyahısında şairlər- Azadə Abbasqızı Tale, Zərəngiz Dəmirçi Qayalı, Mir Emin Həsənzadə, Hicran Qarabağlı həkim -şair, yazıçı-publisist Nübar Hakimqızı, Gülnar - həkim, İlham Əliyev -tələbə, Nəcəf Cahangir "Borçalı" qəzetinin foto müxbiri və mən idim. Azadə xanımın başçılığı ilə iyulun 25-də İran İslam Respublikasına yola düşdük. Səfər avqustun 4-də başa çatdı.
Yol boyu İran Astarası, Ərdəbil, Nir, Sərab (qədim), Bostanabad şəhərləri bir-bir geridə qalırdı. İlk dayanacağımız Təbriz şəhər oldu. Sərhədi keçərkən bizi ayıran Araz çayına qibtə ilə baxdım. Məhz bu çay vaxtilə çoxlarının bir-birinin həsrətdə olduğuna səbəb olmuşdu. Müğənni Rübaba Muradovanın yanıqlı mahnısı, Ustad Şəhriyarın nisgil dolu şeirləri, Yaqub Zurufçunun "Ayrılıq" mahnısı səsləndi qulaqlarımda.
Bizi ayıran Arazın o
tayında idim. İyulun 26 və 27-də möhtəşəm
görüşlərimiz oldu.
Toplandığımız şeir məclisində
yaradıcılığı ilə hələ Arazın bu
tayında
Konfrans
iştirakçısı həkim Hicran xanım şəxsi
kitabxanasında Nəzminin
kitablarının xüsusu yer tutduğunu qeyd etdi.
Çıxışlar bir daha sübut etdi ki,
qanımız bir, fikirlərimiz eynidir. "Şəhriyar Ədəbi
Məclisi"nin sədri Ağayi Şahbazi də gözəl
görüş təşkil etmişdi. O, sonra Təbrizdə
Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini
ziyarət etməyimizə imkan yaratdı. Ağayi Şahbazi
"Şəhriyarın divanı" kitabını bizə
hədiyyə etdi. Hər iki tərəfin ədəbiyyat və yaradıcı insanları ətrafında
olan çıxışlar dolğun və mənalı idi.
Belə bir deyim var: "Qardaşın kimdir? Bilmirəm, yol
getməmişəm," - deyirlər. Səfər zamanı
Konfrans iştirakçılarına başçılıq
edən Azadə xanımın səbrinə, mədəniyyətinə
və ən başlıcası - Azərbaycanı
lazımınca və ləyaqətlə təmsil edə bilməsinə
heyran oldum. Hələ yol boyu həkim
kimi göstərdiyi yardımdan söz açmıram. Görüş Ərdəbil şəhərində davam etdi. Əzəm Çayinin
ustadı şair İsmayıl Nuzanı ilə Şeyx Səfiyəddin Ərdəbili
xiyabanında görüşdük.İran İslam
İnqilabının banisi Ayətullah Xomeyninin məqbərəsini
ziyarət etdik. Çarşın şəhərində
"Cəmkərəm" məscidində, sözün əsl
mənasında, "iynə atsaydın yerə düşməzdi".
Sahibi ə-Zamanın mövludu idi. Bayram böyük ruh
yüksəkliyi ilə keçirdi. Çarşın şəhərinin
bütün sakinləri məscidə girməyə cəhd
edirdi. "Nimeye Şaban" bayramı çox təntənəli
keçirilirdi. İzdiham mənə bir anlıq Həcc ziyarətini
xatırlatdı. Belə bir izdihamda iştirakımıza və
itməməyimizə görə Əzəm xanıma minnətdarlığımı
bildirirəm. O günü niyyət gecəsi idi. Sahibi ə-Zaman
quyusuna atılan niyyət həqiqətdir - belə deyirlər.
Ölkəmə əmin-amanlıq və zəbt olunmuş
torpaqlarımızın qaytarılmasını, ən əsası
Prezidentimizə cansağlığı arzulayıb, bu günümüzə
görə, müstəqilliyimizə görə dualar etdim.
Oğlum və qızım üçün niyyət etdim. Məktubların
quyuya atılması çox çətinlik törədirdi.
Bunun həyata keçməsinə Azadə xanım əməyini
əsirgəmədi. Ertəsi günü Bakıdan şad xəbər
aldım.
Burada dualarımı təkrar
etdim. Ən əsası ölkəmə əmin-amanlıq dilədim.
İranın keçmiş
mərkəzi sayılan Ərdəbildə islamın
İranda yayılmasında
böyük əməyi olan Şah İsmayıl Xətainin
tabutu qarşısında dayanmışdım. Heyrətdən
donub qalmışdım. Muzeyin girəcəyində nənəsi
Həlimə Bəyimin, içəridə baş otaqda ulu
babası Şıx Səfinin məzarları
görünür. Şah İsmayılın məzarı olan
otağın divarında təxminən 50x50
ölçüsündə öz əlinin izi qalıb.
Sarayın bəzəyi təkraredilməzdir, şəbəkələr
saxsıdandır. Bu saray əvvəlki görkəmində
muzey qoruğu kimi qorunub, saxlanılır. Burada Əzəm
xanımın ilk müəlimlərindən - alim
İsmayıl Nuzanı ilə görüşdük. Əzəm
xanımın böyüklüyündən bizə
danışmağa imkan verməyən şair, onun haqqında
bilmədiklərimizi söylədi.
Əzəm xanım gözlərimiz qarşısında hər
an böyüyüb ucalırdı. Təbrizin belə bir
gözəli var: Şairə - Əzəm
Rza Çayli!
Yol boyu bələdçilikdən
usanmaq bilməyən Əzəm xanım gəzinti və ziyarətlərdə
də bizi tək buraxırdı.
54 yaşlı Əzəm
xanım 8 aydır ki, həyat yoldaşı Ağayi Məhəmmədi
itirib. Bu itki ilə heç cür barışa bilməyən
Əzəm xanım təsəllisini Məhəmmədinə
həsr etdiyi şeirlərində axtarır. Belə bir zərbə alan Əzəm
xanım bizi bir dəqiqə belə diqqətdən kənar
qoymurdu.
Hal-hazırda Azadə Talehin təşkilatçılığı
ilə Bakıda kitabı çapa hazırlanır. Əzəm
xanımın 3 övladı var. Hər üçünün
qonaqpərvərliyi bizi valeh etdi. Əmisi oğlu iş
adamı Maqsud Xeyirxah bizi Məşhədin
yaxınlığındakı mənzərələrlə
Yuxarıda adları çəkilən
hər bir yaradıcı şəxslərə: "Qafqaz
Mediya" İB-nin "Müqəddəs
Qələm" diplomu, müəllifi olduğum və Ağa Musa Nağıyevə
həsr etdiyim "Xalq üçün ömrünü
şam kimi əridən..." kitabım və milli mətbuatımızı
təmsil edən çox saylı qəzetlər təqdim
edildi. Əzəm xanımın təşəbbüsü ilə
gördüklərimin hamısını qələmə
almaq qeyri-mümkündür. Şəxsən
özümün və konfrans
iştirakçılarının adından şairə - bələdçi Əzəm
xanıma dərin təşəkkürümü bildirib, belə
görüşlərin axarıncı olmasını
arzulayıram. İyulun 25-də başlayan tədbir avqustun 4-də
başa çatdı.
HACIXANIM DİLARƏ
Səs.- 2010.- 10 avqust.- S. 12.