Şairin ömür təqvimində Azərbaycanın
taleyi
Azərbaycan xalq şairi, ictimai xadim, əməkdar incəsənət
xadimi, SSRİ Dövlət
mükafatı laureatı
Rəsul Rza milli ədəbiyyatın istedadlı söz sahibi olaraq poeziya
aləminin sevilən və seçilən nümayəndəsinə çevrilmişdir.
Yaradıcılığı müxtəlif dövrləri
əhatə etsə də şair qələminin qüdrəti,
yaratdığı gözəllik
onu bir məsləkin
yolçusuna çevirmişdi.
Rəsul Rza sənət aləmin istedadlı qələm sahibi olduğundan, bu aləmlə yaradıcılıq yolunun
məzmununu birləşdirə
bilmiş, nəzmə
çəkdiyi misralarında
zamanın diktəsinə
qarşı mübariz,
güclü varlığa
çevrilmişdir. Rəsul
Rza bədii düşüncəsi zamanın
bədii əksindən
güc alaraq bu vahidlikdə möcüzəli dünyanın
məqamlarını bir
nizama çəkə
bilmişdir. Müxtəlif vəzifələrdə çalışsa da, sənət, poeziya aləmi onu ağuşuna alıb, gözəlliyi vəsf etməyə, həqiqətləri
dilləndirməyə, zaman
aynası tək narahat edən məsələləri şair
ürəyinin süzgəcindən
keçirərək obrazlaşdırmışdı. Rəsul Rza
böyüklüyü, qələminin
humanizmi bu və ya digər
meyarlarla ölçülür.
Şairi bu dünyada düşündürən,
cəlb edən məsələlərin müxtəlifliyi
onu sənətsevər
qəlbinin qonağına
çevirmişdir. Belə ki,
Rəsul Rza Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda,
Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda
təhsil almış
və bu elmi müəssisələr
onun savadlı, geniş təfəkkürlü
ziyalı tək yetişməsinə gətirib
çıxarmışdır.
Aldığı dərin bilik Rəsul Rza kimi bir
simanın bir çox vəzifələrə
irəli çəkilməsinə
səbəb olmuşdur.
Azərbaycan Yazıçı İttifaqının (indiki
Yazıçılar Birliyinin)
sədri, Azərbaycan
Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının
Baş redaktoru, Asiya və Afrika
Ölkələri ilə
Respublika Həmrəylik
Komitəsinin sədri,
Xəbərlər Mətbuat
Agentliyi Respublika İdarə Heyətinin sədri, SSRİ Yazıçılar
İttifaqı İdarə
Heyətinin üzvü
olmuşdur. Rəsul Rza yaradıcılığını potensialı bu və digər vəzifələrə irəli
çəkilməklə tükənmir,
əksinə, onun qələminin ilham mənbəyinə çevrilir.
Onu da qeyd
edək ki, şair artıq on yeddi yaşında
ikən ədəbi aləmə yol açmışdır. Rəsul
Rzanının "Bu
gün" adlı ilk şeri 1927-ci ildə "Qığılcım"
almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şeirlərindən
Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Rəsul Rzanın ömür təqvimində
XX yüzillikdə Azərbaycanın
taleyini əks etdirən bir sıra olayların izi, nəfəsi duyulur. Tale sanki
onu həmişə bu hadisələrin içinə atmış,
onun səsi məhz bu aləmdə
daha aydın və güclü eşidilmişdir.
Rəsul
Rza otuzuncu illərin repressiya dəhşətlərini də
görüb, otuz-qırx-əllinci
illərin mədəni
quruculuğunun çətin
və fərəhli gedişatının da iştirakçılarından olub.
İkinci Dünya müharibəsinin odlu-alovlu
cəbhələrindən də
keçib, 1944-1945-ci illərdə
İranda, Cənubi Azərbaycandakı
milli oyanışın,
milli dövlət quruculuğunun fərəhini
də əllə toxunacaq qədər yaxından izləyib. Bu olaylar onun
ədəbi düşüncələrində
yer alıb. Qazanılmış təcrübə,
illəri diktəsinin
nəticəsi Rəsul
Rzaya sənət yolunda bir mayak,
yol yoldaşı, yardımçı oldu.
Repressiyalar girdabından da yan ötdü. O illərin
qələm sahibləri
ötən əsrin ağrı-acısını yaşasa da, Rəsul Rza bəladan qurtuldu. Otuzuncu illərin qarayaxan mətbuatında yazılan
yazılar onu hiddətlənidirirdi. Onun saf düşüncəsi bu böhtanlardan, şərlərdən
də uzaq olaraq həyat eşqini kağıza diktə ilə məşğul idi. Bircə qələm dostu
haqqında da səthi çıxışına
təsadüf olunmadı.
Amma neçələrinin qələm
yoldaşları haqqında
xəlvətdə yazdıqları
donoslar onu hiddətləndirirdi.
Onun qələmindən yan ötmədi o ilərin faciələri. Rəsul Rzanın "Qızılgül
olmayaydı" poeması
Azərbaycan ədəbiyyatında
repressiya qurbanları mövzusunda yazılmış
ən dəyərli əsərlərdən biridir.
Poemanın əsas mövzusu
Mikayıl Müşfiqin
həyatı və taleyidir. Bununla belə, qəhrəmanın
nümunəsində, ümumiyyətlə,
30-cu illər cəmiyyətinin
faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb
göstərmişdir. Poema lirik-epik
səpkidə yazılmışdır.
Əsər müəllifin nakam
şairimiz Müşfiqin
həyat yoldaşı
Dilbər xanımla söhbəti şəklində
başlanır. Rəsul Rza
təhkiyənin bu formasını əsərin
sonuna qədər davam etdirir.
Rəsul Rzanın həyatı çox sınaqlardan keçdi. Amma təslim olmadı, qələmi hadisələrə
acıdı, alovlu sətirləri bir-birini ardınca kağıza köçürdü. Rəsul
Rzanın əllinci illərin ortalarına qədərki yaradıcılığı
o mərhələdən
sonra başlanacaq böyük yaradıcılığı
üçün bir hazırlıq mərhələsi imiş. Rəsul Rza məhz yaradıcılığının
və şəxsiyyətinin
bu mərhələsi
ilə mühit yaradıcısına, məktəbə
çevrildi.
Rəsul Rza şair idi, peşəsi şeir yazmaq idi, amma
böyük ölçüdə
şeir də, şairlik də ondan ötrü vasitəyə çevrilmişdi.
Rəsul Rzada dünyanın çox ölkəsindən Azərbaycan
ədəbiyyatına və
Azərbaycan xalqına
doğru uzanan yollar qovuşurdu.
Rəsul Rza yalnız Azərbaycanın şairi
deyildi və artıq sovet zamanlarında o, türk dünyasının
böyük və ortaq şairləri mərtəbəsinə ucalmışdı.
Rəsul Rza Azərbaycan dilinə ən böyük xidmət göstərən
insanlardan oldu. Onun şeiri dilimizin qoruyanlardan idi. Gənclik çağlarında Asəf
Zeynallı Rəsul Rzanın sözlərinə
bir mahnı yazdı: "Sərhəd
bəkçisi". Rəsul
Rza özü də illər sonra bir sərhəd
bəkçisinə - dilimizin
sərhədlərinin keşiyini
çəkən yenilməz
bir əsgərə döndü.
Azərbaycan şeir dilinin ifadə imkanlarını genişləndirdi,
dilimizin ərəb-fars
lisanlarının qəliz
qatışıqlarından təmizlənməsi yolunda
ardıcıl iş apardı.
Böyük Vətən müharibəsi
illərində hərbi
müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq
mübarizəsini, qələbəyə
inamını, humanizmini
əks etdirən əsərlər yaratdı.
"İntiqam! İntiqam" şeir kitabları, "Ölməz
qəhrəmanlar", "Qəzəb və məhəbbət" hekayə və oçerk topluları,
"Vəfa" pyesini yazdı.
60-cı illərdə Rəsul
Rza, yaradıcılığının
mövzu dairəsi əhəmiyyətli dərəcədə
yeniləşdi, poeziyasında
intellektual mənbə,
analitik bədii idrak, müasir həyat hadisələrinə
fəlsəfi yanaşma
meyilləri gücləndi. "Pəncərəmə
düşən işıq",
"Duyğular, düşüncələr",
"Dözüm" şeir
kitabları, "Qızıl
gül olmayaydı",
"Bir gün də insan ömrüdür",
"Xalq həkimi"
poemalarında insanpərvərlik
ideyaları əks olunmuşdur. "Rənglər"
silsiləsində 20-ci əsr
insanının mənəvi
aləmi rənglərin
doğurduğu assosiasiyalar
vasitəsi ilə açılır. Müasirlik
Rəsul Rzanın
70-ci illər yaradıcılığının
da əsas mövzusudur.
Nizami Gəncəvinin "Xosrov
və Şirin", Esxilin "Zəncirlənmiş
Prometey" əsərlərini,
V.Mayakovskinin şeir və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını,
H.Lonqfellonun "Hayavata
haqqında mahnı"
poemasını, C.Q.Bayron,
A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko,
Ş.Petöfi, A.Blok,
Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə, müasir Asiya və Afrika
şairlərinin əsərlərini
Azərbaycan dilinə
çevirmişdir. Əsərləri
bir sıra xarici dilə tərcümə edilmişdir.
Bir çox şeirlərinə musiqi bəstələnmişdir.
Rəsul Rza şöhrətini tapdı,
sözü ilə Azərbaycanı fəth etdi, ardıcılları yetişdi, dünyada tanındı, yüksək
vəzifələr tutdu,
dövrün, dövlətin
diqqətində oldu, ordenlərə, medallara layiq görüldü.
Zümrüd
Səs.- 2010.- 13 avqust.- S. 12.