Azərbaycanın böyük sənətkarı Müslüm
Maqomayevin xatirəsi yad olunub
Dünən zəmanəmizin görkəmli
müğənnisi, Azərbaycanın
və SSRİ-nin xalq artisti Müslüm
Maqomayevin doğum günündə maestronun
xatirəsi anılıb.
Dövlət
rəsmiləri, tanınmış
incəsənət və
mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri
Fəxri xiyabana gələrək cənazəsi
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
Moskvadan gətirilərək
Bakıda doğma torpağa tapşırılmış
Müslüm Maqomayevin məzarını
ziyarət edib, üzərinə təzə-tər
güllər düzüblər.
Xalq artistinin xatirəsinə yad etmək üçün Fəxri xiyabana gələnlər arasında dövlətimizin
başçısının qızları - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva və Arzu Əliyeva,
habelə SSRİ Xalq Rəssamı Tahir Salahov, müğənninin
həyat yoldaşı
Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da var idi. Azərbaycanın
görkəmli opera və estrada müğənnisi Müslüm
Maqomayev 1942-ci il Bakı şəhərində
anadan olmuşdur. Birinci dəfə 14 yaşında dənizçilər
klubunda çıxış
edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır.
Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə
keçirilən VIII Ümumdünya
Festivalına yollanan Müslüm oradan medalla qayıtmışdır.
Bu münasibətlə
populyar "Oqonyok"
jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı
məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində
Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti olmuş, "
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında müstəsna
xidmətləri olan böyük müğənninin
nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə
ustalığı və
nadir musiqi duyumu sənət aləmində atdığı
ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Azərbaycan xalqının
zəngin musiqi ənənələrinin qorunub
saxlanılmasında və
müasir dövrdə
layiqincə inkişaf
etdirilməsində Müslüm
Maqomayevin yaratdığı
və rəhbərlik
etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik
Orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını
bir aktyorun teatrı səviyyəsinə
qaldırmağa nail olmuşdur.
Maqomayevin milli musiqi mədəniyyətinin
inkişafı sahəsində
mühüm nailiyyətləri
yüksək qiymətləndirilmiş
və o, müstəqil Azərbaycan
Respublikasının ali
mükafatları - "Şöhrət"
və "İstiqlal"
ordenləri ilə təltif edilmişdir. Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ölümündən
iki il ötsə
də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı
xatirələr Azərbaycan
xalqının qəlbində
daim yaşayacaqdır.
Mətləb
Səs.- 2010.- 18 avqust.- S. 5.