Maestro Niyazi 98-ci ildönümündə anıldı

 

Bu il, ilk dəfə olaraq, bəstəkarı Niyazi olan kinofilmlər gün ərzində fasiləsiz nümayiş olundu

 

Dünən görkəmli Azərbaycan dirijoru bəstəkarı Niyazinin anadan olmasının 98 illiyinə həsr olunan tədbir keçirildi.  Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin mənzil-muzeyində təşkil olundu. Azərbaycan musiqi sənətinin yüksəlməsində xidmətləri olan maestronun fəaliyyəti milli mədəniyyətin inkişafına töhfələrini vermişdi.

 Belə ki, sənətə yüksək bir səviyyədə qiymət verilən bir məkanda fəaliyyət göstərən maestro Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə musiqiyə böyük maraq oyanmış o, ilk təhsilini Bakı Musiqi Texnikumunda almışdır. Lakin sonra təhsilini davam etdirmək üçün Moskva Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə getmişdir. Yaradıcılıq yolu zəngin şaxəli  olduğundan Niyazinin əsərlərinə mütəmadi olaraq müraciət edilmişdir. "Xosrov Şirin" operası,  "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərləri, "Rast" simfonik muğamı "1920-ci ildə" opera-kantatası, simfonik orkestr üçün "Rəqs süitası", Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baleti sairə musiqi əsərləri onu şöhrətləndirmişdir.

Azərbaycan dirijorluq məktəbinin formalaşması inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri dirijoru olmuşdur.

Avropa Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa, o, SSRİ Dövlət mükafatına "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.

 Belə bir yaradıcılıq mövqeyinə sahib olan Niyazinin sənəti, hər zaman olduğu kimi, bu gün diqqət hörmətlə yad edildiyindən dünən gün ərizində sənətkarın irsinin maraqlı dəyərli məqamları onu sevərlərin ixtiyarına verildi. Qeyd edək ki, bu il muzey yalnız rəsmi tədbir keçirməklə kifayətlənməyərək, ilk dəfə olaraq, bəstəkarı Niyazi olan kinofilmlərin gün ərzində fasiləsiz nümayişini təşkil etdi. Bu məqsədlə Dövlət Film Fondun köməyi ilə bəstəkarı Niyazi olan 5 kinofilmin diskləri əldə edilərək, maestronun doğum günündə iştirakçıların ixtiyarına verildi. İlk olaraq tərtib olunan proqrama əsasən, səhər Fəxri Xiyabanda Niyazinin məzarı ziyarət edildi. Sonra maestronun mənzil-muzeyində "Kəndlilər", "Fətəli xan", "Doğma xalqımıza", "Almaz" filmləri "Maestro" sənədli filmi nümayiş olundu.

Bütün bunlarla yanaşı, gün ərizində bəstəkarı Niyazi olan "Mahnı belə yaranır" filmi nümayiş olundu.

Tədbir çərçivəsində muzeyə müxtəlif mənbələrdən yeni daxil olan materiallardan ibarət sərgi təşkil olunmuşdu. Sərgidə Niyazinin "Xosrov Şirin" operasının əlyazması, müxtəlif fotoşəkillər afişalar yer almışdı.

 

 

Zümrüd

 

Səs.- 2010.- 21 avqust.- S. 12.