"Tənhalıq"
kitabı şairin yaradıcılığı ilə
bir tanışlıqdır
Azərbaycan poeziyasının
söz sahibləri müxtəlif məzmunda olan əsərləri ilə dünya ilə özləri arasında bir harmoniya yarada bilirlər. Sözsüz ki, bu əsərlər
yaradıcı insanın
özü ilə sorğu-sualının, tərcümeyi-halının
məcmusuna çevrilir.
Söz ilə idrakın bir məqamda təzahür etməsi fikrin tam şəkildə ortaya qoyulmasında bilavasitə iştirakçı,
eləcə də, sənət sahibinin öz diktəsinin qeyrilərinə ötürülməsində
vasitəyə çevrilir.
Sözsüz ki, müasir dövrümüzdə
yaradıcı simaların
nəzmə çəkdiyi
misraların əsasında
insan, onun cəmiyyətdəki mövqeyi,
çəkisi, ətrafın
fərdlərə təsir
qüvvəsi və s. kimi dəyərlər
meyara çevrilmişdir.
Bu meyarlar şairin yaşadığı
illərin təcrübəsinin
nəzəri bir formada meydana gəlməsinə səbəb
olub. Gənc yaşlarından qələmə
sarılan, həyat yolunu nəzmə çəkən şair-publisist
Valeh Məhərrəmlinin
bu yaxınlarda çapdan çıxmış
"Tənhalıq" kitabı
da şairin yaradıcılıq yolundan
oxucuları ilə bir tanışlıqdır.
Qeyd edim ki,
Valeh Məhərrəmli
uzun ilərdir ki, qələmi ilə həmsöhbət
olan yaradıcı simalardandır. O, bu günə qədər Raymond Moudinin "Ölümdən sonrakı
həyat", Mişel
Nostradamusun "Peyğəmbərlik"
kitablarını tərcümə
edərək, nəşr
etdirmişdir. Eləcə də,
Alan Kardekin "Ruhlar kitabı", "Ölülərin Tibet kitabı" olan "Bardo Tyodol", Emanuel Svendenborqun "Cənnət, ruhlar aləmi və cəhənnəm", yəhudilərin
mistik kitabı olan "Kabbala", "Betti Şaynın iki hissəli "Mənim medium həyatım", Papyusun
"Ağ və qara magiya", Orlovun "İnsanın ruhunu şeytana satması haqqında
rəvayətlər" əsərlərini,
"uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid
onlarla kitabın qəzet variantında tərcüməsini dərc
etdirmişdir. Bu cür
bir möhtəşəm
əsərlərin tərcüməsinə
imza atan Valeh Məhərrəmli bir şair kimi
də yaradıcılıq
yolunu davam etdirmiş, bir-birindən tamamilə fərqli nəzm əsərlərini
yaratmışdır. Şairin
uşaqlıq, gənclik
dövrünü, eləcə
də, müasir həyatını əks etdirən şeirlərin əsasında
şair düşüncəsinin
məhsulu olan dəyərlər özünü
büruzə verir. Bu şeirlər vasitəsilə onun ruhi dünyası ilə yaradıcı aləmi vəhdət rolunda şairin poritet cizgilərinin yaradıcısına çevrilir.
Onun
"Allaha xitab" adlı şeiri adından göründüyü
kimi Tanrıya müraciətlə yazılmışdır
ki, burada Valeh Məhərrəmli dünyada təsadüf olunan və fərdlərin tuş gəldiyi pislikdən, şərdən uzaq bir ömür yaşamağı arzulayır.
O pisliklər və şərin içərisində
adamların, təsadüf
olunan xəstəliklərdən
kəpənək kimi
dünyasını dəyişməsi
halını qabardır
və bu mövcud bəlalardan xilas yolunu arayır.
Müdriklik, xeyirxahlıq
kimi ali dəyərlərin insanlarda
aşılanmasını arzulayan
şair məhz bəd əməllərin
yer üzərindən
silinməsinin bir carçısına çevrilir.
SPİD və vəba kimi qorxunc xəstəliklərdən
əzab çəkən
insanlar, nəhayət,
daha bir vahiməli xəstəliklə,
"Donuz qripi",
"Quş qripi" və digər qorxunc qrip virusları
ilə üzləşərək,
əlacı olmayan və insan sağlamlığını
bir andaca məhv edən mikrobların girdabında çarpışırlar. Şair
Pərvərgidara üz
tutaraq daim ona yalvararaq insanları xeyirə doğru aparmağı rica edir:
Ya Rəbbim,
sevindir sevginlə bizi,
Artır günü-gündən qəlb sevgimizi,
O zaman ürəkdə
mərəz azalar,
Dünyada xəbislik, qərəz
azalar.
Qovuşar zülmətə hər
xəta, hər şər,
Dünya yaxşılığa
doğru dəyişər.
"Kimə
qalacaq", "Gecələr
yuxuda kəndə gedirəm", "Ayıq
yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar",
"Əhval-ruhiyyə", "Sınama məni",
"Uşaqlıq xatirələri",
"Həyatımdan sətirlər",
"Söz xəzinəm"
və s. şeirlərində
Valeh Məhərrəmli
tam şəkildə özünü,
həyat tərzini, düşüncələrini oxucuları
ilə bölüşür.
Şairin həyatın
astanasına qədəm
qoyduğu günün
əksi olan "Son zəng" şeiri 11 illik bir ömrün
insan zəkasına bəxş etdiyi nailiyyətlər və bu illər ərzində
qazanılan biliyin gələcək həyat
yoluna işıq saçması da diqqətdən yayınmır.
Çöküb çöhrəmizə fərəhli bir qəm,
Qarşıda əlçatmaz
çoxlu töfhə
var.
Biz yeni həyata qoyuruq qədəm,
Orda nə
partalar var, nə də lövhə var.
Qeyd edək
ki, Valeh Məhərrəmli yaradıcılığında
vətənə sevgi,
vətənə məhəbbət
kimi ali
hisslər diqqətdən
yayınmır. Belə
ki, biz onun "Bir yumruq halında
türk birləşməsə...",
"Vətən", "Vətən çiçəkləri"
kimi şeirlərində
bu ali
dəyərlərlə təmasda
oluruq. Bu vətən
hisslərinin bəşəriliyi,
dünyəviliyi şair
üçün ölçü
olaraq qəbul olunmuşdur. Humanist hisslərin təzahürü
tək meydana çıxan misralarda şairin insanlara bir nümunə olaraq vətən torpağını sevmək
və bu geniş aləmdə bütün hisslərdən
kənar olub, yalnız insani duyğuların harmoniyasında
yol seçməyi və sərhədsiz bir dünyada yaşayaraq, bu torpağın qədrini bilib, onun layiqli
vətəndaşına çevrilməyi
də diqqətdən
kənarda qalmır.
Ömürlər ömrümdü, illər
yaşımdı,
Sönməzdi duyğumun atəşi,
közü,
İnsanlar yoldaşım, əsirdaşımdır,
Doğma vətənimdir
bütün yer üzü.
Sərhəd önündə düşüncələrə
dalan şairin fikirləri də maraqlıdır. Belə ki, o, Arvana və
Perinbel kəndlərinin
sərhədləri önündə
dayanaraq, Savalanın zirvəsini seyr edən şair bu zirvənin əlçatmazlığını duyması və sərhəd məftilinin qıy səsini eşitməsi onun aylarla məhz o istiqamətə tamaşa etməsinə zəmin yaradır.
Müxtəlif məzmun və
mövzu üzərində
yazılmış bu sətirlərin hər biri şair düşüncəsinin məhsulu
olaraq poeziya aləminə daxil edilib. Bu misralarda şairin keçdiyi əzab-əziyyətli yollar,
iztirablar, yurd sevgisi, vətənin böyüklüyü, ana-ataya
münasibətdə olan
ali dəyərlər,
eləcə də, şairin ömür yolunda təsadüf olunan hadisələrin məcmusu onun həyat yolundakı maneələr də oxucuya təqdim olunur. Şairin yaradıcılıq yolunun bir nişanı
olan tənhalıq, onun ömür yolçusu, yol yoldaşı kimi həmsöhbətinə çevrilmiş,
aydın, səmalı
yollarda məhz düşüncələrinin bir
nəğmə tək
süzülüb vərəq
üzərində misralara
çevrilməsi ilə
nəticələnmişdir. Zəngin poeziya, zəngin düşüncə şair
poeziyasının etalonu
tək qəbul olunur və qiyamətədək ömrünün
tənhalığına qapalıb
yol getməsi onun bir məramına
çevrilib.
Valeh Məhərrəmlinin "Təhalıq"
kitabı onun yaradıcılıq yolunun
davamı tək qəbul olunub və şair yaradıcılığı bundan
sonra da daha nəfis formalarda oxucuların qonağı olacaq.
Zümrüd
Səs.- 2010.- 24 avqust.-
S. 12.