"Qarabağ
saqası. Pyotrdan Pavelə qədər"
kitabı çapdan çıxıb
Moskvadakı "Maroseyka"
nəşriyyatında Azərbaycan
alimi Emin Məmmədlinin "Qarabağ
saqası. Pyotrdan Pavelə qədər"
adlı kitabı çapdan çıxmışdır.
Bu, Cənubi Qafqazda baş vermiş, lakin qəsdən "unudulan"
hadisələrə həsr
edilmiş "Qaytarılmış
tarix" silsiləsindən
olan nəşrlərin
birinci cildidir. Kitab Rusiya imperatoru
birinci Pyotrun hakimiyyətdə olduğu
dövrdən birinci Pavelin çarlığına
qədər olan zaman kəsiyini əhatə edir. Kitab həm geniş oxucu kütləsi üçün, həm də Rusiyanın Cənubi Qafqazı öz nüfuz dairəsinə daxil etməyə ilk cəhdləri zamanı yaranmış Qarabağ münaqişəsinin sənədlər
bazası ilə tanış olmaq istəyən tarixçi,
arxivşünas, politoloq
və digər mütəxəssislər üçün
nəzərdə tutulmuşdur. 22 fəsildən
ibarət olan kitabın "Xəzəryanı
Azərbaycan xanlıqları
barədə Birinci Pyotrun strateji planları", "Birinci
Pyotrun varisləri onun Cənubi Qafqaz siyasətini nə üçün davam etdirə bilmədilər", "Rusiyanın
Cənubi Qafqazdakı
əyalətlərinin 1728-ci ildə tərtib edilmiş siyahısı",
"İran yürüşü
tarixşünaslığında erməni koloritinin təzahürü" və
bəzi başqa fəsilləri daha böyük maraq doğurur. Qeyd edək ki, Moskvada
yaşayan görkəmli
Azərbaycan alimi Emin Məmmədli texnika elmləri namizədi, Rusiya Elmlər Akademiyasının
V.A.Trapeznikov adına İdarəetmə Problemləri
İnstitutunun əməkdaşıdır.
Bu kitab müəllifin ən nadir materialların toplanması və sistemləşdirilməsi üzrə
çoxillik əməyinin
nəticəsidir. Bu kitab Ümumrusiya Azərbaycanlılar Konqresinin
və bir qrup azərbaycanlı sahibkarın dəstəyi
ilə nəşr edilmişdir.
Zümrüd
Səs.- 2010.- 25 avqust.- S. 12.