Gülər Əhmədova: "İSESCO-nun xoşməramlı səfiri adına layiq görülən yeganə qadın Mehriban Əliyevadır"

 

"Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi bir daha sübut etdi ki, Azərbaycan qadını nəinki uşaqlarla bağlı, eyni zamanda idman sahəsində də uğur qazana bilər". Bu sözləri millət vəkili Gülər Əhmədova ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın millət vəkili, eyni zamanda ictimai xadim kimi göstərdiyi fəaliyyət barədə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, söhbət təkcə Heydər Əliyev Fondunu xətti ilə uşaq evlərində yaşayan, daha ağır həyat şəraitinə məhkum olunmuş uşaqlardan getmir, ümumiyyətlə Mehriban xanım bir millət vəkili olaraq həm də Azərbaycan Parlamentində Avropa Şurası Parlament Assambleyası ilə imzalanmış niyyət protokoluna əsasən "Uşaqlara qarşı zorakılığa son qoyaq!" kampaniyasının İşçi Qrupunun rəhbəridir: "Əgər hər hansısa qadının gördüyü işlər ailəyə bağlıdırsa, şübhəsiz ki, bu işlərin başında qadınlara olan münasibət, Azərbaycan qadınının statusunun qaldırılması və onun dünyaya tanıdılması durur. Bildiyiniz kimi, xanım Əliyevanın YUNESCO və İSESCO-da xoşməramlı səfir adına layiq görülməsinin xüsusi məqamları var. YUNESCO-da bu ada layiq görülən 40 şəxs var və onların arasında Azərbaycan qadınının olması xüsusi haldır. İSESCO-da isə bu ada layiq görülən yeganə qadın Mehriban Əliyevadır. İslam dünyasının tanıdığı böyük bir təşkilatda məhz Azərbaycan qadınının islam dini ilə bağlı, eyni zamanda sivil cəmiyyətdə yaşayan həm ümumi, həm də tutduğu statusla bərabər yeganə xoşməramlı qadın olması Azərbaycan qadınının uğurudur". Azərbaycanın birinci xanımının idman sahəsinin inkişafında həyata keçirdiyi işlərə də toxunan G.Əhmədova gimnastika sahəsində əldə edilən uğurları xüsusi qeyd edib. O bildirib ki, xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi bu sahənin inkişafına böyük təkan verib: "Hamı çox gözəl bilir ki, Azərbaycanda bu Federasiyanın vəziyyəti əvvəllər çox acınacaqlı olub. Onun yenidən qurulması üçün çox böyük profesionallıq və təşkilatçılıq bacarığı lazım idi. Mehriban xanımın bu Federasiyaya gəlməsi və uğur qazanması bir daha sübut etdi ki, Azərbaycan qadını nəinki uşaqlarla bağlı, eyni zamanda idman menecmenti sahəsində də uğur qazana bilər. Bu sahədə əldə edilən uğur Mehriban xanımın qazandığı uğurlar arasında heçsonuncu deyil. Gənc anaların sağlam yetişdirilməsi, gələcəkdə quracağı ailələrə və yetişdirəcəyi övladlarına bir örnək olması şübhəsiz ki, qızların təhsil və onların inteqrasiyasında çox mühüm məqamlardan biridir. Heç kimə sirr deyil ki, əvvəllər qadınların siyasətdə olması və müxtəlif sahələrdə işləməsi Azərbaycanda çətin qavranılan bir məsələ idi. Lakin Mehriban xanım bütün Azərbaycan qadınları üçün vacib bir gördü. Bu da ondan ibarətdir ki, artıq Azərbaycan qadınlarının yaşından, ailəli və ya çoxuşaqlı olmasından asılı olmayaraq aktiv həyata qoşulması, seçkilərdə və müxtəlif səviyyəli layihələrdə iştirakı çox normal qəbul olunmağa başlandı". Heydər Əliyev Fondunun prezidentinin ailəyə bağlılığından danışan millət vəkili bildirib ki, onun "Mənim dünyada ən böyük uğurum ailəmdir" deməsi bütün Azərbaycan qadınları üçün çox vacib bir fikir olaraq onların həyat devizinə çevrilməlidir. "Bu qədər işlərin fövqündə duraraq, dünyada qazandığı uğurlara baxmayaraq əgər bir insan, bir qadın deyirsə ki, mənim dünyada ən böyük uğurum ailəmdir, artıq burada Azərbaycan xalqının simvoluna çevrilmiş qadından söhbət getdiyini hər kəs gözəl başa düşür. Mən ona can sağlığı, uğur arzu edirəm", - deyə G.Əhmədova əlavə edib.

 

 

Səs.- 2010.- 26 avqust.- S. 5.