"Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil, həm də bir vətəndaş olaraq Azərbaycan üçün çox böyük işlər görüb"

 

"Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, "Qızıl ürək" sahibi - bunları sadalamadan da Azərbaycan coğrafiyası, eyni zamanda dünya miqyası üçün sadəcə Mehriban Əliyeva desək hər bir insanın ağlına, fikrinə yuxarıda sadalanan titulları özündə birləşdirən insan gəlir".

Bu sözləri SİA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, bir insanın bu qədər yüksək titullar qazanması həqiqətən də bir iftixardır və bu mükafatlar xanım Əliyevanın keçdiyi həyat yolu, həyata keçirdiyi əməl və fəaliyyətinə verilən əvəzsiz, qiymətsiz mükafatlardır.

Millət vəkili sözünə davam edərək bildirib ki, Mehriban Əliyeva sadəcə ölkənin birinci xanım olaraq deyil, ümumiyyətlə bir vətəndaş, qadın, ana olaraq mövqeyini ortaya qoyaraq Azərbaycan məkanı üçün çox böyük işlər görübbu işlərin altına öz imzasını atıb. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın ölkənin mədəniyyət sahəsinin inkişafında həyata keçirdiyi işləri xüsusi vurğulayan J.Əliyeva söyləyib ki, mədəniyyətimizin inkişafı, unudulmaqda olan muğamımızın yenidən ayağa qaldırıb dünyaya tanıdılması, muğamla Azərbaycanın qədimliyini bir daha isbat etməyimizə şərait yaratması əlbəttə ki, əvəzedilməzdir: "Yenidən bərpa edilən mədəniyyət ocaqlarımız üçün ona minnətdarıq. Amma onun fəaliyyəti sadəcə bununla bitmir. O, bu gün torpaqları işğal altında olan, 22 ildən bəri böyük bir çətinliklərlə üzləşən insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni edir, onların dərdləri ilə ortaq olur, qayğılarını çəkir. Düzdür, o gənc nənədir. Amma bununla bərabər o, gənc ana ikən qucağını Azərbaycanda yaşından asılı olmayaraq hər bir insana açıb. Kimsəsiz uşaqlar üçün yaradılan şərait, Heydər Əliyev Fondunun himayəsi ilə tikilən uşaq evlər göz qabağındadır".

Daha sonra xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işlər barəsində danışan millət vəkili onun təhsil sahəsində gördüklərinin misilsiz olduğunu söyləyib. "Əgər böyük siyasət meydanına nəzər yetirsək, Mehriban Əliyeva bu gün Azərbaycanı bütün dünyada çox yüksək səviyyədə təbliğ edən bir xanımdır. Onun timsalında bu gün dünya ictimaiyyəti və ölkələri Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar. Mən ölkənin birinci xanımını ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və ürəyində olanbu günə qədər edə bilmədikləri arzularının həyata keçirə bilməsi üçün uğurlar arzu edirəm",- deyə millət vəkili bildirib.

 

 

Səs.- 2010.- 26 avqust.- S. 6.