Yeni Azərbaycan Partiyası humanizm prinsiplərini daim əsas tutur

 

YAP Nizami rayon təşkilatı müqəddəs Ramazan ayı ilə bağlı iftar süfrəsi açdı

 

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı müqəddəs Ramazan ayı ilə bağlı iftar süfrəsi açıb. Ramazan süfrəsində oruc tutmuş 400-ə yaxın ictimaiyyət nümayəndəsi iştirak edib.

Müqəddəs ayda ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP tərəfindən bu cür humanizm aksiyalarının davamlı şəkildə keçirildiyini bildirən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva oruc tutub nəfsinə sahib olan insanlara bol ruzi, xoşbəxt həyat arzuladı. Bildirdi ki, ölkəmizdə həmişə milli-mənəvi dəyərlərlə yanaşı, dini dəyərlərə prinsiplərə , ən yüksək səviyyədə diqqət qayğı göstərilib. "Milli müstəqilliyimizin banisi olan ulu öndərimiz Heydər Əliyev humanizm prinsiplərinə böyük dəyər verərək, xalqımızın ən mütərəqqi ideyalar ətrafında sıx birləşməsinə nail oldu" deyən S.Vəliyeva məhz ulu öndərin qoyub getmiş olduğu zəngin irsin bu gün hər birimiz üçün örnək olduğunu dilə gətirdi. Qeyd etdi ki, Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, dünyəvi prinsiplərə böyük önəm verir. "Bu gün dövlətimiz dünyada özünün layiq olduğu yeri tutub. Çünki ulu öndərimiz Heydər Əliyevin zəngin irsinin Onun uğurlu yolunun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin həyata keçirmiş olduğu məqsədyönlü siyasət məhz bu cür yüksəlişin təmin olunmasına səbəb olub. Ona görə , ölkəmizdə bütün sahələrdə inkişaf tərəqqini görməmək qeyri-mümkündür. Ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri böyük sürətli davam etdirilir. Yeni-yeni sənayə istehsalat müəssisələri açılır ki, bu da, sözsüz, insanların sosial rifah halının daha da, yaxşılaşdırılmasına xidmət edir. İnanırıq ki, bu cür böyük sürətlə inkişaf edən dövlətimiz Dağlıq Qarabağ probleminin , həllinə yaxın zamanlarda nail olacaqdır. Bunun üçün isə hər bir vətəndaş aparılan siyasətə öz dəstəyini bu ya digər formada göstərməlidir. Eyni zamanda, aparılan məqsədyönlü siyasət ölkəmizdə demokratiyanın, vətəndaş cəmiyyəti quruculuğunun inkişafına da birmənalı xidmət etmiş olur. Bu ilin payızında keçiriləcək parlament seçkilərində , vətəndaşlarımızın 1993-cü ildən bu günə qədər keçirilmiş bütün seçki proseslərində olduğu kimi böyük fəallıq nümayiş etdirəcəyi isə heç kəsdə şübhə doğura bilməz". S.Vəliyeva rayon ictimaiyyətinin nümayəndələrini ölkəmizdə keçirilən bütün proseslərdə aktivlik nümayiş etdirməyə səslədi müqəddəs Ramazan ayı münasibəti ilə onlara bir daha təbriklərini çatdırdı.

Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən proseslərdə vətəndaşların aktivlik nümayiş etdirməsinin başlıca şərt olduğunu qeyd edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova müqəddəs Ramazan ayı münasibəti ilə YAP-ın həyata keçirdiyi bu cür humanist aksiyaların əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Nizami rayon ictimaiyyəti həmişə YAP-ın bütün tədbir aksiyalarında böyük fəallıq nümayiş etdirib. Bundan sonra da, rayon ictimaiyyətinin ölkəmiz üçün mühüm olan işlərdə aktivlik nümayiş etdirəcəyinə əminliyini bildirdi. G.İsrafilova müqəddəs Ramazan ayı münasibəti ilə öz təbriklərini dilə gətirdi.

Nizami rayon ictimaiyyəti nümayəndələri adından çıxış edən Hacı Eldar və Hacı İsmayıl YAP tərəfindən bu cür aksiyaların xeyirxah prinsiplərin davamlı olduğunu bildirdi. Buna görə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdiklərini söylədi.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2010.- 26 avqust.- S. 7.