Sosial infrastruktur təkmilləşdirilir
Bu, əhalinin sosial
rifahının təmin
olunmasına hesablanıb
Son illərdə ölkəmizin
siması xeyli dəyişib. Bütün sahələrdə olduğu kimi, infrastruktur islahatları da yüksək səviyyədə həyata
keçirilib, insanların
problemləri əhəmiyyətli
şəkildə azaldılıb.
Azərbaycanın sosial-iqtisadi inkişafının
prioritetlərinin müəyyənləşməsində
sadə insan faktoru əsas götürüldüyündən ölkənin bütün
regionlarında sosial infrastrukturların yeniləşdirilməsi
geniş vüsət alıb. İndi ucqar rayonlarda
belə informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
böyük vüsət
alıb, insanlar müasir yeniliklərə
asan çıxış
imkanları əldə
ediblər.
Bölgələr, əsasən də, ölkənin şəhərləri
müasir, inkişaf etmiş yaşayış
məntəqəsinə çevrilib. Kəndlərdə və qəsəbələrdə
də canlanma yaranıb. İstifadəyə verilən mədəni
müəssisələr, səhiyyə
ocaqları, təhsil obyektləri, nəqliyyat şəbəkələri imkan
verir ki, insanlar xüsusi çətinlik çəkmədən
öz tələbatlarını
ödəyə bilsinlər. Xatırladaq ki, dövlətimizin
artan imkanları daxili yolların da yenidən qurulmasına və təmirinə imkan yaradır. İndi, nəinki beynəlxalq
əhəmiyyətli, hətta
rayonlar və kəndlərarası yollarda
da genişmiqyaslı işlər həyata keçirilir. Ölkə daxilində
1000 kilometr respublika əhəmiyyətli şəhərdaxili
və kəndarası
avtomobil yollarının
tikintisi və əsaslı təmiri həyata keçirilib.
Şəhər və rayon mərkəzlərində
xüsusi layihəli yaşayış binaları,
kənd yerlərində
fərdi evlərin tikintisi vüsət alıb. Şəhid ailələrinin və əlillərin mənzil təminatı əhəmiyyətli şəkildə
yaxşılaşdırılıb.
Bakı-Oğuz-Qəbələ su kəmərinin tikintisi paytaxt əhalisinin suya olan tələbatının
ödənilməsi üçün
misilsiz layihədir. Bu xəttin istifadəyə verilməsi günü-gündən
böyüyən Bakının
təmiz və mineral tərkibli su ilə təminatına imkan verəcək. Bu, həm də
bir məşğulluq
layihəsi olub minlərlə insanın yüksək məvacibli işlə təminatına
imkan yaradıb. Mədəni
obyektlərin təmir
və tikintisinə də xüsusi qayğı göstərilib.
Azərbaycanın ona qədər
teatr və incəsənət muzeylərində,
o cümlədən, Dövlət
Sirkində, Dövlət
Film Fondunda və başqa obyektlərdə təmir-bərpa işləri
həyata keçirilib.
Yerli muzeylər yeni eksponatlarla zənginləşdirilib,
onların saxlama şəraiti yaxşılaşdırılıb.
Ötən il
həm də sənayeləşmə ili
kimi respublika həyatında öz izini qoydu. Köhnə müəssisələr
bərpa edildi, yenilərinin təməlqoyma
mərasimləri keçirildi.
Dövlət başçısının sənayeni dirçəltmək
proqramı tam qüvvəsi
ilə işə düşdü. Hazırda müxtəlif
təyinatlı müəssisələrdə
təsərrüfat ehtiyaclarını,
eləcə də, digər sənaye sahələrinin tələbatlarını
ödəyən məhsullar
istehsal olunur. Bu da həm yerli istehsalın dirçəlməsinə, həm
də əhalinin işlə təminatına
yeni təkan verib. Sağlam həyat devizi
altında keçirilən
tədbirlər də
sürətlə davam
etdirilir. Ekoloji proqramların
icrası da dövlət başçısının
şəxsi nəzarətindədir.
Təbii
resurslardan istifadənin
ciddi əsasları müəyyənləşdirilib, yeraltı ehtiyatların səmərəli istifadəsi
prosedurları işlənib.
Bu ilin perspektivləri də nikbinlik doğurur. Əhalinin gəlirlərinin artması sosial qayğı siyasətinin məntiqi nəticəsidir.
Belə ki, uşaq qidalarının,
əlillərin istifadə
etdikləri texniki vasitələrin, o cümlədən,
protezlərin, eləcə
də, demək olar ki, bütün
əczaçılıq məhsullarının
qiyməti ucuzlaşıb.
Dövlət həmin məhsulların
maya dəyərinin aşağı düşməsinə
şərait yaratmaqla,
insanların öz büdcələrinə qənaət
etmələrinə imkan
yaradıb.
Dövlət səhiyyə
obyektlərində tibbi
xidmətin pulsuz olması haqda Prezidentin Sərəncamı
insanların sağlamlığı
üçün atılan
ən mühüm addımlardandır. Prezident İlham
Əliyevin dövlətçilik
konsepsiyasının mühüm
həlqəsi olan sosial siyasətin əsas prinsipi yoxsulluğun tamamilə ləğv edilməsi, yaşayış standartlarının
yüksəldilməsidir. Bunun üçün kifayət
qədər maddi və intellektual resurslar var. Dövlət başçısının yürütdüyü
sosial-iqtisadi tərəqqi
kursunun ümummilli inkişafını təmin
edən dinamikası imkan verəcək ki, qarşıdakı illərdə əhalinin yaşayış resursları
artsın, mədəni-mənəvi
ehtiyacları daha da yüksək səviyyədə ödənilsin.
Bir sözlə, Azərbaycanın
sürətli inkişafı
ölkənin yeniləşməsində
və xalqın rifahının təmin edilməsində öz böyük rolunu oynayır.
2010-cu ilin
bu kontekstdə daha uğurlu və daha perspektivli
il olacağını
təkcə yerli ekspertlər deyil, həm də nüfuzlu beynəlxalq ekspertlər və maliyyə institutları da qeyd edirlər.
Cari ilin dövlət büdcəsinin
15 milyard dollar olmasına
baxmayaraq, ekspertlər
belə sürətli
inkişaf şəraitini
və ümumi daxili məhsulun artım tempini nəzərə alaraq gələn il
büdcənin daha çox artacağını
vurğulayırlar. İşsizlik və yoxsulluq
problemlərinin həlli
istiqamətində atılan
addımlar, onların
uğurlu nəticələri
göz qabağındadır.
2003-cü ildən bu günə 850 min yeni iş yeri yaradılıb
ki, bunun da 650 mini daimidir. Eyni zamanda, yeni
iş yerlərinin böyük əksəriyyəti
regionlardadır. Prezident İlham
Əliyev ölkənin
inkişafının bölgələrin
tərəqqisindən bilavasitə
asılı olduğunu
hər zaman bəyan edir. Qeyri-neft sektorunun inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu gün ÜDM-də
özəl bölmənin
payının 85 faizdən
artıq olması da bunu deməyə
əsas verir. İşsizliyin aradan qaldırılması,
öz növbəsində,
yoxsulluq probleminin həllinə də öz müsbət təsirini göstərir.
Beynəlxalq Valyuta Fondunun
qənaətinə görə
hazırkı iqtisadi inkişaf tempi saxlanılarsa,
yaxın illərdə
ölkəmizdə yoxsul
olmayacaq. Dövlətin maliyyə imkanları genişləndikcə əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
mühüm addımlar
atılır. Əmək haqları,
pensiyalar artırılır,
müxtəlif kateqoriyadan
olan vətəndaşlara
kompensasiyalar verilir.
Qeyd olunanlar iqtisadi siyasətin əsasında əhalinin sosial durumunun yaxşılaşdırılmasının dayandığını bir daha təsdiqləyir. Bütün bunlar onu göstərir ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri olan əhalinin sosial təminatının güclənməsi işi əzmlə yerinə yetirilir. Ən əsası odur ki, 2010-cu ildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqın sosial vəziyyətinin daha da yaxşılaşması tendensiyası daha böyük sürət alıb - bütün bu qeyd olunanlar bunu deməyə tam əsas verir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 27 avqust.- S. 8.