"Fəlsəfə sosial-siyasi elmlər" jurnalının növbəti nömrəsi çapdan çıxıb

 

Azərbaycan Fəlsəfə Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) "Fəlsəfə sosial-siyasi elmlər" jurnalının 2010-cu ildə növbəti nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsi AFSEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Fəlsəfə, elm siyasət" məqaləsi ilə açılır.  Azərbaycanda inkişafın, siyasi sabitliyin indiki mərhələsində elmi ictimaiyyəti düşündürən problemlərin müzakirəsinə böyük ehtiyac olduğunu bildirən akademik Ramiz Mehdiyev qeyd edir ki, bunlardan biri fəlsəfə, elm siyasətin qarşılıqlı əlaqəsi məsələsidir. Məqalədə bu üç fəaliyyət sahəsi müqayisəli şəkildə təhlil olunur. Müəllif yazır: "Əgər elm dünyanın, obyektiv gerçəkliyin dərk olunmasına, fəlsəfə bizim ideallarımızın formalaşmasına xidmət edirsə, siyasət gerçəkliyi ideallarımız maraqlarımız əsasında yenidən qurmağa, ictimai münasibətlərin daxili potensialını müvafiq məcraya yönəltməyə xidmət edir bu istiqamətdə real fəaliyyət göstərilməsini nəzərdə tutur".

Akademik R.Mehdiyev məqalədə elmin inkişaf etdirilməsi üçün dövlət miqyasında həyata keçirilən vahid elm siyasətinin vacibliyini önə çəkir Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin elm təhsilin milli inkişaf konsepsiyasının hazırlanmasından bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsindən ibarət olduğunu vurğulayır. Fəlsəfənin təşəkkül tarixinə qısa ekskurs edən müəllif müxtəlif yaradıcılıq birliklərinin, hökumət qeyri-hökumət təşkilatlarının fəaliyyətində fəlsəfəyə marağın öncül yerlərdən birini tutması, fəlsəfə klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, fəlsəfi biliklərin yayılması, mətbuatda televiziyada təbliği ilə bağlı layihələrə üstünlük verilməsini zəruri hesab edir.

Jurnalın bu sayında böyük mütəfəkkir, ictimai-siyasi xadim dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 illiyi ilə bağlı məqalələr yer almışdır. Azərbaycan Respublikasının Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Nəriman Nərimanov: milli ruh siyasi təfəkkürün vəhdəti" sərlövhəli məqaləsində N.Nərimanovun xalq qarşısında böyük xidmətləri önə çəkilmiş, onun siyasi fəaliyyəti ilə yanaşı, milli maraqlar uğrunda mübarizəsinin bir sıra mühüm məqamları işıqlandırılmışdır.

Bu nömrədə fəlsəfə tarixi, sosial-siyasi elmlər, elmşünaslıq, milli mənəvi dəyərlər bölmələrində həm yerli, həm xarici müəlliflərin araşdırmaları, elmi konfranslar haqqında ətraflı məlumatlar, müxtəlif nəşrlərə rəylər, tərcümələr, fəlsəfi esselər yer almışdır.

Jurnalın baş redaktoru professor Səlahəddin Xəlilovun "Elmlərin təsnifatı institutlaşma problemi", AzərTAc-ın Baş direktoru Aslan Aslanovun "Cəmiyyətin həyatında informasiyanın informasiya mübadiləsinin əhəmiyyəti", fəlsəfə doktoru Müşfiq Şükürovun "Muğam fəlsəfəsi", iranlı tədqiqatçı Fəranək Məhəmmədzadənin "İbn Xəldun dövründə islam dünyasının sosial vəziyyəti" s. məqalələrdə fəlsəfənin ictimai-siyasi fikrin aktual problemləri öz əksini tapmışdır.  Nəşrdə verilmiş daha bir xoş məlumat diqqəti çəkir. Yazıda qeyd edilir ki, "Fəlsəfə sosial-siyasi elmlər" jurnalı bu yaxınlarda baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal Kitabların Beynəlxalq İndeksi Mərkəzinin (The Philosopher's Information Center. An International Index to Philosophical Periodicals and Books) siyahısına daxil edilmişdir. Bu hadisə Azərbaycan fəlsəfi fikrinin beynəlxalq miqyasda yayılması istiqamətində mühüm addım kimi qəbul edilir. Bundan sonra jurnalda dərc edilən bütün məqalələrin ingilis dilində xülasəsi dünya ölkələrində yayılacaqdır.

 

Səs.- 2010.- 22 dekabr.- S.7.