“Yaradıcılıq
görüşləri"
Görüşlər regionlarda mədəniyyətin
müxtəlif sahələrinə
marağın artırılması,
bölgələrlə mədəni
əlaqələrin möhkəmləndirilməsi
məqsədi daşıyır
Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin ikinci yarımili üçün iş planına və əmrinə əsasən Mingəçevir və Yevlax, Neftçala və Salyan şəhərində "Yaradıcılıq görüşləri" keçirilib.
Görüşlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağın daha da artırılması, əhalinin, o cümlədən, gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, əhalinin asudə vaxtının səmərəli təşkili, bölgələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyırdı.
Mingəçevir və Yevlax şəhərlərində keçirilmiş tədbirlərdə iştirak etmək üçün nazirliyin nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, şair Ç.Əlioğlu, kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi A.Sultanzadə, xalq artisti, rəqqasə C.Bayramova, xalq artisti T.Qasımov, əməkdar incəsənət xadimi, bəstəkar E.Mansurov, əməkdar artistlər G.Əliyeva, Əli Nur, xanəndə Z.Əliyev, gənc estrada müğənniləri Fəxri Kazım Nicat, Ş.Əliyeva, N.Məmmədova, musiqiçilər əməkdar artist E.Mansurov, Ə.Ələkbərov və R.Abdullayev həmin şəhərlərə ezam ediliblər.
Mingəçevir Politexnik Universitetinin zalında keçirilən görüşü şəhər icra hakimiyyətinin başçısının mədəniyyət, təhsil və səhiyyə işləri üzrə müavini B.Mustafa açaraq öz çıxışında tədbirin Mingəçevir şəhərində keçirildiyinə görə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmiş, tədbirin şəhərin mədəni həyatında mühüm hadisə olduğunu vurğulamışdır. Görüşü nazirliyin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu aparmış, xalq artisti, rəqqasə Cəmilə Bayramovanın, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun, əməkdar artistlər Gülüstan Əliyevanın və Əli Nurun, xanəndə Zakir Əliyevin, müğənnilər Fəxri Kazım Nicatın, Şahnaz Əliyevanın, Nəzakət Məmmədovanın çıxışından sonra "40-cı qapı" filmi nümayiş etdirilib.
Yevlax şəhərində davam etdirilən görüşü mədəniyyət və turizm şöbəsinin müdiri İ.Əhmədov açaraq, tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, iştirakçılara yaradıcılıq uğurları arzulayıb. Yevlax şəhər Heydər Əliyev Sarayında keçirilmiş görüşdə xalq artisti, rəqqasə Ceyran Bayramovanın, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun, əməkdar artistlər Gülüstan Əliyevanın, Əli Nurun, müğənnilər Fəxri Kazım Nicatın, Şahnaz Əliyevanın, Nəzakət Məmmədovanın çıxışları alqışlarla qarşılanmış, tədbirdən sonra Mingəçevirdə olduğu kimi, "40-cı qapı" filmi nümayiş etdirilib.
Daha sonra "Yaradıcılıq görüşləri" Neftçala şəhərində təşkil edilib. Görüş iştirakçılarını Neftçala rayon icra hakimiyyətinin başçısı T.Qaraşov qəbul edib.
Görüş Mədəniyyət Sarayında keçirilmiş, tədbiri Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu aparmış, Musiqi sənətinin görkəmli nümayəndələri tərəfindən maraqlı musiqi proqramı təqdim olunmuşdur. Azərbaycan kino sənətini əks etdirən film nümayiş olunmuşdur.
Silsilə tədbirlərin davamı Salyan Dövlət Kukla Teatrında baş tutmuşdur. Tədbirdə əsgərlər də iştirak etmişdir. Maraqlı repertuar əsasında təşkil olunan görüşdə Azərbaycan xalq musiqisi, muğam və estrada nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Bu cür görüşlərin mahiyyəti, əlbəttə ki, əhalinin estetik zövqünün formalaşmasına müsbət təsirini göstərməkdədir. Cəmilə Bayramovanın ifasında təqdim edilən xalq rəsləri, eləcə də, xalq artisti Tariyel Qasımov tərəfindən hazırlanmış maraqlı süjet iştirakçılar tərəfindən Azərbaycan mədəniyyət və incəsənətinə diqqəti daha da artırmışdır.
Görüşdə Salyan rayon icra hakimiyyəti başçısının mədəniyyət, təhsil və səhiyyə işləri üzrə müavini R.Cəbrayılov iştirak etmişdir.
Səs.- 2010.- 24
dekabr.- S.15.