Rəsul Rza demişkən

 

Azərbaycan poeziyasında isti nəfəsini duyduğumuz, sözünü, misralarını həyat tərzimizdə yaşadıqca müşahidə etdiyimiz, bəşəri mövzuları ilə ruhumuza qida duyduğumuz Rəsul Rza dünyası il boyunca bir daha mənəvi dünyamıza yaxın oldu, xatırlandı, əbədi dünyası ilə bizlər arasında körpü vasitəsinə çevrildi. Narahat dünyamıza bir daha ab-hava gətirdi. Azərbaycan mühitində adını əbədiləşdirən şair yardıcılığı mövzu baxımından şaxəli, ürəkaçan olduğundan, elə bu şaxəlilik onun poeziyasından bizlərə aşılandı. Müharibə, zamanın dəhşətləri, ictmimai-siyasi mühitin diqtəsi münasibətlər, repressiya illərinin acı həqiqətləri, şairi düşündürən iztirablar Rəsul Rza dünyası ilə bizləri yaxılaşdırdı illər ötsə , bu rabitə bizi onunla həmsöhbət olmağa sövq edəcək. Belə bir əqidə, amal sahibi Azərbaycan ədəbiyyatı tarixində nüfuz sahibi kimi tanındığından, 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham  Əliyevin  imzaladığı Sərancam il boyu, davamlı olaraq, həyata keçirildi respublika müsabiqəsi təşkil olundu. Xatirələrdə sözü, misraları ilə yaşanan sənətkarla birgə addımladıq.

Onun poeziyasının gücü, qüdrəti nəticəsində Azərbaycan milli poeziyasında, ədəbiyyatında neçə-neçə ədəbi nümunələr meydana gəldi. Belə nümunələrdən bir şair Mövlud Teymurun "Rəsul Rza demişkən" kitabıdır. Kitaba şairin onunla bağlı şeirləri poeması daxil edilib. Bir şəcərədən üç xalq şair yazıçısı Rəsul Rza, Nigar Rəfibəyli Anara məhəbbət ehtiramla qələmə aldığı əsərlər onların yaradıcılıq yoluna fərdi baxışın bir nümunəsi tək ortaya qoyulur.

"O, belə şair idi" şeirində Mövlud Teymur onun insani keyfiyyətlərindən, həyata baxışında səmimilyindən söz açır. "Hər sözü məna dolu", "Kür kimi dəli-dolu", "Araz kimi gur idi" misralarında şairin Rəsul Rza şəxsiyyətinə mövqeyi açıq-aydın bəlli olur. Rəsul Rza vətən, el qeyrəli oğul idi - deyən şair onun həyatda tutduğu mövqeyə etinasız qala bilmir.

Mövlud Teymur Rəsul Rza məktəbindən keçən bu yolun çoxlarına örnək olduğunu nəzmə çəkir:

 

Bəhrələndi çoxları,

Qürrələndi çoxları.

Var eylədi yoxları,

Rəsul Rza məktəbi.

 

Rəsul Rza poeziyasına dərindən bələd olan müəllif şairin 1962-ci ildə qələmə aldığı "Rənglər" silsiləsində 20-ci əsr insanının mənəvi aləmini rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə necə açıldığını belə diqqətə çəkir. Onun rənglər dünyası ilə baş-başa qalan şair ustalıqla təbiətin bizlərə bəxş etdiyi çalarları əlvanlıqla oxucusunun nəzərinə çatdırır.

 

Yaşıl bahardır,

Al qandır.

Qan-qadada olan Azərbaycandır!

Qovmaq olmur üstündəki

 toz-dumanı, tüstünü!

Ehey...Boz sifətli, boz üzlər.

 

Sevginin aliliyini Rəsul Rza dünyasında, ailəsində görən şair qapalı düşüncələrə bir aydınlıq gətirir.

"Şairlə ilk görüş" poemasında şairin onunla bağlı xatirələri özünü göstərir. Qeyd edək ki, Rəsul Rza Bakıya ilk gəlişində iyirmi yaşındaydı. XX əsrin otuzuncu illəri başlanırdı köhnə ədəbiyyatla yeni, yeniləşən, yeniləşməyə can atan ədəbiyyat yanaşıydı. Tək yanaşı yox, çox cəhətdən üzbəüz, qarşı-qarşıya idi. Köhnə ədəbiyyatın ağırçəkili canlı klassikləri ortadaydı, onların yolunu tutub gedən Rəsul yaşında olanlar da az deyildi. Ədəbiyyatda ilk addımlarını atan, ucqardan nabələd Bakı mühitinə təşrif gətirən köməksiz, arxasız bir cavandan ötrü ayağının yer tutması, maneəsiz irəliləyişi üçün bəlkə ənənəvi cərəyanın rahat axarına qoşulmaq münasib idi. Rəsul Rza "Bolşevik yazı" qələmə aldı ədəbi məsləki, məqsədinin yenilikçilik, çərçivələrdən aşaraq, yeni üfüqlər fəth etmək olduğunu bildirdi.

Artıq bu səs duyulur, eşidilirdi. Mövlud Teymur da bu səsi eşidir poeziyanın gücünə məhəbbəb bəsləyir, onunla ilk görüşü baş tutur. Rəsul Rza hər bir şairin vətən şeirinin kəsəri oldu. Söz binasının mahiri oldu! - deyən müəllif onun bu sahədəki uğurlarına da  toxunur.

Azərbaycan ədəbiyyatının böyük simalarına da səmim etirafını ifadə edir. "Üçlük" şeirində bu şəcərənin  möhtəşəmliyi ustalıqla nəzmə çəkilir:

 

Səltənət sahibi, taxt-tac yiyəsi,

Elmdə, sənətdə cəngavər səsi...

Ən böyük yazarlar nəsli,

Rəsula, Nigara, Anara alqış,

Onları yetirən diyara alqış!

  

 Rəsul Rza yaradıcılığının mövzu dairəsindən, onun  əhəmiyyətdən,  poeziyasının kəsb etdiyi intellektual mənbədən, bədii idrak tərzindən orijinal tərzdə söz açan müəllif onun fəlsəfi dərkinə toxunur. Bu digər fikirlərin onun "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm" şeir kitablarında təsadüf olunur.  "Qızılgül olmayaydı", "Bir gün insan ömrüdür", "Xalq həkimi" poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur.

Yeni əsri, təzə minilliyi görməsə , onun yaradıcılıq dünyası hələ neçə-neçə illəri, qərinələri öz poeziya dünyasına qərq edəcək.

Rəsul Rza XX əsrdə doğuldu, XX əsrdə həyatı başa çatdı. Ömür yolu bütünlüklə bu əsri əhatə etdi. Amma zamanın sürətində misraları əsrlərlə ayaqlaşdı. O, payına düşmüş vaxt kəsiyində ömrü bada vermədi, yazdı, yaratdı, əbədi portretini misralarına həkk etdi. 

İllər ötəcək, Rəsul Rza məhz yenilikçi olduğuna görə, müasir həyatın təntənəsində xatırlanacaq. Yaradıcılıq təxəyyülü ədəbi mühitdə parladı. Mübarizələr meydanında Rəsul Rza öz yolunu, üslubunu qoruya bildi. O, ədəbiyyatda ən ciddi siyasi mübarizə aparan, qaranlıq mühit içərisində azadfikirliliyin işığının sönməməsinə mərd sinəsini qabağa verərək çalışan nadir şairlərdən biri idi.

Rəsul Rzanın ömür təqvimində XX yüzildə Azərbaycanın taleyindən keçmiş mühüm olmuşların hamısının izi var. Tale sanki onu həmişə o vacib hadisələrin mərkəzinə, ən qaynar nöqtələrinə doğru aprıb. Rəsul Rza otuzuncu illərin repressiya dəhşətlərini görüb, otuz-qırx-əllinci illərin mədəni quruculuğunun çətin fərəhli gedişatının da iştirakçılarından olub, İkinci Cahan savaşının odlu-alovlu cəbhələrindən keçib, 1944-1945-ci illərdə İranda, Cənubi Azərbaycandakı milli oyanışın, milli dövlət quruculuğunun fərəhini əllə toxunacaq qədər yaxından izləyib. Təbii, bütün bunlar onun yaradıcılığında, solmaz şeirlərində əbədiləşib.

Mövlud Teymur Azərbaycan torpağının dahilər, istedadlar yetirməsini əsərlərində lirik lövhələrlə əks etdirir. Rəsul Rza şair idi, amma bir sərkədə qədər insanlıq məktəbinə xidmət etmişdir. Özünün milli dəyərlərini, vətənpərvərliyini, Azərbaycançılıq  ideyasın, türkçülüyünü əsərlərində yaşatdı. O, dünyanın çox ölkəsində Azərbaycan ədəbiyyatına Azərbaycan xalqına doğru uzanan yolları qovuşurdu. Dünya ilə Azərbaycan arasında əlaqələrin məkanı poeziyanın gücü ilə genişləndi. 

Rəsul Rza yalnız Azərbaycanın şairi deyildi, o, türk dünyasının böyük ortaq şairləri mərtəbəsinə ucalmışdı.

 

Mən insanam;

xalqın sevincini, dərdini

bacardığım kimi yazanam.

...Mən arzu oğlu,

ümid oğlu,

qələbələr atası,

gələcəyin babasıyam.

Mən bu günün müjdəsini

sabaha aparasıyam!

 

Mövlud Teymur geniş təfəkkürün sahibi, həyatı insanları qiymətləndirməyi bacaran şairin haqq səsinə qoşularaq bu cür əsərlərin müəllifinə çevrildi. Ruhi qidası onun poeziyasında zəngindir.

 

 

Səs.- 2010.- 28 dekabr.- S.12.