"Qafqaz qartalının uçuşu" beynəlxalq kino festivalının qalibi olub

 

Rusiyanın Valokolomsk şəhərində keçirilən Sergey Bondarçuk adına Valokolomski Rubej Beynəlxalq Kino Festivalı başa çatıb. Festivalda Azərbaycanı "Salnamə" studiyasının "Lennauçfilm" kinostudiyasının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi təmsil edib. "Salnamə" studiyasından verilən məlumata görə, "Qafqaz qartalının uçuşu" festivalın "müasirinin obrazını təcəssüm etdirməyinə görə, dövrü mətbuat mükafatı"na layiq görülüb. Qran-prini isə Aleksey Uçitelin "Kray" filmi qazanıb. Qeyd edək ki, İkinci Dünya müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan "Qafqaz qartalının uçuşu" sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konovalçuk Elxan Rüstəmovdur.

 

 

Səs.- 2010.- 28 dekabr.- S.12.