Azərbaycan Dövlət Rəqs Ansamblı – 40

 

Professional rəqqaslar yetişdirən ansambl

 

Bu gün ifalarını maraqla izlədiyimiz keçdiyi tarixi dövrlərdə izlər qoymuş Azərbaycan Dövlət Rəqs Ansamblı 40 illik dövrünü yaşayır. Ötən əsrin 70-ci ilində yaradılan ansambl bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın əməyi sahəsində öz obrazlılığı, rəngarəngliyi, təbliği incəliyi ilə seçilən milli rəqs yaradıcılığı son illər xeyli inkişaf etmiş, xarici ölkələrdə məşhurlaşmışdır. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstraliya, Almaniya, Portuqaliya,  İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə Hindistan, Nepal, Avstraliya, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Braziliya, Kuba, Belçika, habelə, keçmiş SSRİ məkanının bütün respublikaları ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirmiş, onun ifasının Azərbaycan rəqs sənətinin ən gözəl nümunələri ilə tanış olmuşlar.

Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ xalq artisti Leyla Bəkirova respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik etmişlər. Məhz bu sənətkarların əməyi sahəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir. Təkrarsız Azərbaycan folklorunun, qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi təbliği sahəsində ansamblın fəaliyyəti təqdirəlayiqdir.

1984-cü ildən bu günədək Dövlət Rəqs Ansamblına Azərbaycanın xalq artisti Afaq Məlikova rəhbərlik edir. O, hələ gənc ikən, 1963-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasına işləməyə gəlmiş ömürlük olaraq sənət taleyini bu kollektivlə bağlamışdır. Böyük təşkilatçılıq bacarığına malik olan A.Məlikova ansambla rəhbərlik etdiyi müddətdə bütün bilik bacarığını kollektivin sənət uğurları qazanmasına sərf etmiş, ansamblın geniş şöhrət tapmasına çalışmışdır. Azərbaycan xalqının mənəvi sərvəti olan milli rəqs yaradıcılığı Arif Məlikovun quruluş verdiyi rəqslərdə özünün parlaq ifadəsini tapmış, Afaq xanımı istedadlı xoreoqraf-baletmeyster kimi ölkəmizdən çox-çox uzaqlarda tanıtmışdır. O, 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Ansamblın repertuarında Azərbaycan bəstəkarlarının, o cümlədən, Tofiq Quliyev, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Emin Sabitoğlunun başqalarının musiqisi əsasında yaradılan rəqslər xüsusilə diqqəti cəlb edir.

Dövlət Rəqs Ansamblı professional kollektivdir. Onun potensial imkanları böyükdür. Ansambl yüksək sənətkarlığa malik olan ifaçılar nəslini yetişdirmişdir. Respublikanın tanınmış rəqs ustaları, müxtəlif fəxri adlara layiq görülmüş Təranə Muradova, Yusif Qasımov, Nəriman Kərimov, Zahir Qasımov, Fərman Məmmədov, Səbinə Qasımova, Rüfət Xəlilov başqaları bu gün öz doğma kollektivlərində çalışırlar.

Milli mədəniyyətimizin inkişafındakı xidmətlərini nəzərə alaraq Dövlət Rəqs Ansamblına "Əməkdar kollektiv" fəxri adı verilmişdir. Professionallardan ibarət olan bu kollektiv bir çox beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, mədəni proqramaların, dövlət səviyyəli irimiqyaslı tədbirlərin iştirakçısı olmuşdur. O, 1979-cu ildə Beynəlxalq Karfagen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür.

 

 

Səs.- 2010.- 7 dekabr.- S. 12.