Prezident İlham
Əliyev Jerar Depardyeni qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 13-də məşhur
fransız aktyoru Jerar Depardyeni qəbul edib.
Görüşdə J.Depardye ölkəmizə
səfərindən məmnunluğunu
bildirib. O, xalqımızın
ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət
etdiyini vurğulayıb.
Dövlətimizin başçısı ulu
öndər Heydər
Əliyevin müasir Azərbaycanın dövlət
quruculuğundakı müstəsna
rolunu qeyd edərək ölkəmizin
inkişafı üçün
çox böyük işlər gördüyünü
bildirib. Görüşdə Azərbaycanda kinematoqrafiyanın
inkişafı ilə
bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Səs.- 2010.- 14 dekabr.-
S. 3.