Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb
Məhəmməd Məmmədov: "Qloballaşan
dünyada Azərbaycan rabitəsi çətin və eyni
zamanda, şərəfli yol keçərək müasir səviyyəyə
çatıb"
“Rəqəmsal
uçurum"un ləğvi ilə əlaqədar
"Aztelekom" İstehsalat Birliyində tədbir
keçirilib. Tədbir iştirakçıları ilk öncə
birliyin foyesində qoyulmuş Ümummilli Liderimiz Heydər Əliyevin
büstünün önünə tər çiçək
dəstələri düzdülər. Tədbir rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovun təbrik məktubunun
oxunması ilə başlandı. "Aztelekom"un İB-nin
rəhbəri Məhəmməd Məmmədov Azərbaycan
rabitəsinin böyük inkişaf yolu keçdiyini bildirdi:
"Azərbaycanda informasiya cəmiyyəti quruculuğu
dövlətin əsas prioritetlərindən biri kimi uğurla
davam etdirilir.
Müasir texnologiyaların tətbiqi sahələrinin genişlənməsi bəşəriyyətin rifahı üçün vacib olan taleyüklü problemlərin həllində əhəmiyyətli rol oynayır. İnformasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinin gündən-günə artdığı qloballaşan dünyada Azərbaycan rabitəsi çətin və eyni zamanda, şərəfli yol keçərək müasir səviyyəyə çatmışdır. Digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsinin sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması da Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin 17 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir".
M.Məmmədov onu da bildirdi ki, bu gün bu strategiya ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq edilmişdir".
Birliyin rəhbəri onu da bildirdi ki, 2004-cü ildən indiyədək konsepsiyaya uyğun olaraq "Aztelekom" Azərbaycanın bütün bölgələrini telefon rabitəsi ilə təmin edib. 2008-ci ildə Azərbaycan MDB məkanında bütün yaşayış məntəqələrini telefonlaşdıran ilk dövlət olub.
M.Məmmədovun sözlərinə görə, 2008-2009-cu illərdə ölkənin 600-dən artıq kəndi elektronlaşdırılıb: "Hazırda isə bütün ölkə ərazisində telefon ATS-ləri rəqəmsallaşdırılıb. 2004-cü ildən indiyədək 700 mindən artıq nömrə tutumu istismara verilib. Hazırda köhnə avadanlıqlardan imtina olunub, müasir tipli avadanlıqlar quraşdırılıb. Hazırda bu göstərici 100 faiz artaraq 57 rayona çatıb. 2004-cü ilin əvvəlində "Aztelekom"un xidmət ərazisində genişzolaqlı internet istifadəçisi yox idisə, hazırda 20000-dən artıq belə abunəçi qeydiyyatdadır".
M.Məmmədov "Aztelekom"un gələn il ərzində investisiya yatırımlarının
həcmini artıracağını
da söylədi:
"Gələn il ərzində "Aztelekom"
İstehsalat Birliyinin investisiya yatırımlarının
həcmi 50 mln. manat təşkil edəcək. Bu il ərzində investisiya yatırımlarının
həcmi 46 mln. manat olub ki,
bunun da 20 mln. manatı kredit şəklində cəlb olunan investisiyaların payına
düşüb. Qalan investisiyalar (26 mln. manat) isə daxili imkanlar hesabına həyata keçirilib. "Aztelekom"
gələn il,
həmçinin, beynəlxalq
danışıq tariflərini
azaltmaq niyyətindədir.
Artıq
bu istiqamətdə Tarif Şurasına da müraciət olunub. Həmçinin, regionlar üzrə
də ölkədaxili
danışıq tariflərinin
azaldılması nəzərdə
tutulub. Tariflərin azaldılması ilə biz qiymətlərdə
balanslaşma aparırıq".
Tədbirdə çıxış edən
"Aztelekom" İstehsalat
Birliyinin maliyyə-iqtisad
şöbəsinin müdiri
Faiq Cəfərov bildirdi ki, bu
layihənin uğurla başa çatması
2004-cü ildə Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
yaranmasından sonra ardıcıl olaraq həyata keçirilmiş
məqsədyönlü tədbirlərin
məntiqi nəticəsidir.
F.Cəfərov çıxışında
onu da söylədi
ki, 2010-cu ildə 301 yeni ATS tikilib, 768 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəzlənib, 299 ATS-in tutumu
genişləndirilib. Onun
sözlərinə görə,
2010-cu ilin əvvəlində
şəbəkə abunəçilərinin
sayı 430846 olubsa,
2011-ci il yanvarın 1-nə 60 faiz artaraq 686000-ə çatacaq.
YAP-ın
Yasamal rayon təşkilatının
sədri Fikrət İsmayılov çıxış
edərək "Aztelekom"
İstehsalat Birliyinin kollektivini işlərində
göstərdikləri yüksək
göstəricilərə görə
və 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə təbrik
etdi. F.İsmayılov bildirdi ki, yola salmağa hazırlaşdığımız 2010-cu ildə bütün sahələrdə olduğu
kimi, rabitə sahəsində də böyük nailiyyətlər
əldə olunub.
YAP Yasamal rayon təşkilatının sədri
rabitəçilərə bu yolda uğualar
arzuladı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 30 dekabr.- S. 14.