Azərbaycan milli-mənəvi dəyərləri Mehriban xanım Əliyevanın layihələri əsasında yeni mərhələyə qədəm qoyur

 

Bu gün Azərbaycan milli-mənəvi dəyərləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoymuşdur. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi bunun əyani ifadəsidir. Bu dəyərlərdən sonra Azərbaycan xalçasına göstərilən diqqət bu sənət növünün möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi.

Qeyd edək ki, xalçaçılıq sənəti Azərbaycan xalqın milli mədəniyyəti tarixində müstəsna olaraq yer qazanmışdır. Tarixi qədim dövrü əhatə edən xalçaçılıq sənəti yüksək estetik əhəmiyyət kəsb edir. Belə bir nadir sənət nümunələrindən olan Azərbaycan xalçasının dünyanın şah əsərləri sırasına daxil edilməsi ilə bağlı YUNESKO-ya təqdimatı, əlbəttə ki, bu sənət növünün dünya dövlətləri tərəfindən birmənalı olaraq, qəbul edilməsinə gətirib çıxarır. Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə tək qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ölkəninin böyük uğur tək qəbul olunur. 15-18 noyabr tarixində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçasının Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məsələsi müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan Qeyri-maddi Mədəni İrs nümunələrinin qorunması beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsləri dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında "Azərbaycan xalçası" Sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır.

Bu gün biz Azərbaycan dövlətinin həmçinin, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunması təbliği istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham  Əliyevin Sərəncamı əsasında inşa olunmağa başlayan Xalça Muzeyi dövlət rəhbərinin Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə tanınmasına yönəlmişdir. Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşasına başlanılmışdır. Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcəkdir. Çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcəkdir. Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri  aparılacaqdır.

Binanın birinci mərtəbəsində qədim xalça digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq bağlı sərgi salonları olacaqdır. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcəkdir.

Azərbaycan xalçasına dövlət tərəfindən göstərilən diqqət onun müasir dövrümüzdə öz kökü üzərində inkişafda olduğunu göstərir. Xalçaçılığın istehsalı, tərtibi zahirən bir qədər asan görünsə , onu yaradanların gərgin əməyinin çətinliyi dərk olunmalıdır. Azərbaycan xalçasının ənənələrini qorumaq ümumxalq işidir. Bildiyimiz kimi, müasir həyatımızda Azərbaycan xalçasına qarşı güclü təbliğat aparılır. Belə ki, ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə çevrilmişdir. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq, dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədi ilə ermənilərə məxsus olduqlarının göstərməyə çalışırlar. Avropa Şurası tərəfindən saxta mallara qarşı mübarizə aparmaq üçün bir qanun müəyyənləşdirilib. Bu ya digər qanunları əsas götürüb, Azərbaycan xalçasının dünyada qorunmasına doğru addımlar atılır.

1949-cu ildə aparılan arxeoloji axtarışlar zamanı Azərbaycan xalçasının  2500 il tarixi olduğu qeyd olunur. Tədqiqatların nəticəsi göstərib ki, həmin bu xalça məhz türk dünyasına məxsus olan xalça növüdür. İpək yolu üzərində olan dövlətlərdə xalça sənəti mövcuddur. Amma bütün ölkələrdə istehsal olunan xalçalardan Azərbaycan xalçası qiymətli zəngindir.

Dünyanın şah əsərləri sırasında Azərbaycan xalçasını adının hallanması artıq bir çox cəhd qərəzli mövqelərin qarşısına bir səddir. Bütün dünya Azərbaycan xalçasını, birmənalı olaraq, qəbul edəcəkdir. Milli sərvətimiz beynəlxalq səviyyədə təbliğ olunur. Elə bu günlərdə Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin "Baku" jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərgisi buna nümunədir. Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənəti ilə tanışlıq Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ digər xalçaçılıq məktəblərinin nümunələrinə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırmışdır.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 7 dekabr.- S.3.