Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş bir şəxsiyyətdir

 

Dünən Səbail rayon rəhbərliyi, idarə təşkilat, ali orta təhsil müəssisələrinin, veteran gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.İlk əvvəl tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra dahi insan, əbədiyaşar Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirildi. Filmdən sonra Səbail rayonunun orta məktəb şagirdləri Ulu Öndərə həsr olunmuşCanlı tarix itirdikşeirini oxudular. Həmçinin, anım mərasimində Ümummilli Liderimiz Heydər Əliyevin həyatının müxtəlif tarixi anlarını əks etdirən bədii kompozisiya nümayiş etdirildi.

 

Anım mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummiili Lideri Heydər Əliyevin həyat fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş nitq söylədi: “Türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycanın memarı qurucusu Heydər Əliyevin vəfatından artıq 7 il ötür. Azərbaycan xalqı hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət ehtiramla yad edir. Onun adı xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Çünki Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi bütün digər yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat fəaliyyəti doğma xalqına torpağa məhəbbət sədaqət meyarı olmuşdur”.

Sonra anım mərasimində xalq artisti Laləzar Mustafayeva Heydər Əliyevə həsr olunmuş poemadan parçalar söylədi. Həmçinin, mərasimdə xalq artistləri Ağadadaş Ağayev Azər Zeynalov, əməkdar artist İlqar Muradov Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş mahnılar ifa etdilər.

Tədbirdə Milli Məclis sədrinin birinci müavini Zayafət Əsgərov, Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, millət vəkilləri Fəttah Heydərov, Fuad Muradov, Qənirə Paşayeva iştirak etdilər.

 

Daşkənddə ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın özbək dilində təqdimatı olacaq

 

AzərTAc xəbər verir ki, Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov deputat Hüseynbala Mirələmov dekabrın 9-da Özbəkistanın Daşkənd şəhərinə səfərə gedəcəklər.

Səfərin məqsədi Hüseynbala Mirələmovun "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimində iştirak etməkdir. Milli Məclisin deputatları görkəmli dövlət xadiminin həyat fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

İordaniyada ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib

 İordaniyada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-də Əmman şəhərinin Bədr rayonu ərazisində yeni salınmış Heydər Əliyev prospektini ziyarət etmişdir.

Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sonra qonaqlar ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar səfirlikdə yerli ictimaiyyət nümayəndələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan icmasının üzvlərinin qatıldığı anma mərasimində iştirak etmişlər. Mərasimi giriş sözü ilə açan səfir Elman Araslı müasir müstəqil dövlətimizin memarı qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışmışdır.

AMEA-nın prezidenti, akademik M.Kərimov çıxışında ümummilli liderimizin Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən bəhs etmişdir.

İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi X.Həmşavi 1981-ci ildə Bakıda olarkən Heydər Əliyevlə keçirdiyi görüşün xoş təəssüratlarını mərasim iştirakçıları ilə bölüşmüşdür.

Mərasimdə çıxış edən İordaniyanın məşhur jurnalisti, naşir S.Həttab Azərbaycan haqqında monoqrafiyada Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat fəaliyyətinə xüsusi yer verdiyini bildirmişdir.  Tədbirdə Azərbaycan xalqının ümummilli liderinin həyat fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.

 

Türkiyədə Heydər Əliyevin adını daşıyacaq yeni parkın açılış mərasimi keçiriləcək

 

Dekabrın 25-də Türkiyənin Kocaeli vilayətindəki Kartəpə bələdiyyəsinin ərazisində ümummilli liderimiz, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə salınan parkın açılış mərasimi keçiriləcək.

Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Kartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık jurnalistlərə müsahibəsində basketbol, futbol meydançalarının da olacağı parkda geniş yaşıllaşdırılma işləri görüldüyünü, müxtəlif növ ağaclar əkildiyini bildirib. Bələdiyyə sədri artıq parkda abadlıq quruculuq işlərinin sona çatmaq üzrə olduğunu da qeyd edib.

Ş.Karabalık türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq yeni parkın iki ölkə arasındakı dostluq qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 9 dekabr.- S. 4.