Heydər Əliyev və müstəqil Azərbaycanın ordu quruculuğu
Azərbaycan Respublikası
öz dövlət müstəqilliyini bərpa
edərkən, artıq
Ermənistan Respublikası
ilə müharibə
şəraitində idi.
Bütün tarixlər boyu
Azərbaycana qarşı
ərazi iddiasında olan ermənilər onlara əl altından havadarlıq edən və ölkəmizi parçalayaraq,
onun müstəqilliyinə
mane olmaq istəyən anti-Azərbaycan
qüvvələrlə birlikdə
torpaqlarımızın bir
hissəsini işğal
etmişdilər. Həmin
zamanlar ölkə rəhbərliyində olan
səriştəsiz, qeyri-peşəkar
şəxslər qətiyyətsizlik,
idarəsizlik, naşılıq
nümayiş etdirərək,
öz sözünü
deyə biləcək,
peşəkar silahlı
qüvvələri yarada
bilmədilər.
Ümumiyyətlə, ordu quruculuğunda
düzgün siyasətin
yeridilməsi nəticəsində
xalqın orduya etdiyi təmənnasız yardımlara, ayrı-ayrı
döyüşlərdə xalqımızın vətənpərvər
və igid oğullarının mənfur
düşməninə layiqli
müqavimət göstərmələrinə baxmayaraq, könüllülərdən, pərakəndə
batalyonlardan ibarət olan silahlı qüvvələrimiz ardıcıl
uğursuzluqlara düçar
oldu.
Məhz Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidi və tələbi ilə hakimiyyətə gəlməsi
və Azərbaycan Respublikasının Prezidenti
seçilməsi vəziyyəti
təməli dəyişdi,
respublikamızda ordu quruculuğu sahəsində
mühüm tədbirlərin
həyata keçirilməsinə
güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət
istiqamətdə inkişafına
geniş şərait
yaratdı. Ulu Öndərin hakimiyyətə
qayıdışı və
cəbhə xətti boyunca atəşkəsə
nail olması dövlət quruculuğunun
bütün sahələrində
olduğu kimi silahlı qüvvələrdə
də köklü və əsaslı islahatların
aparılmasıea imkan
yaratdı. Silahlı qüvvələrdə həyata
keçirilən quruculuq
işləri, struktur dəyişiklikləri döyüş
əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması,
döyüş hissələrinin
hərb elminin tələblərinə uyğun
idarə edilməsi, kadrların saflaşdırılması, qoşun
hissələrinin siyasi,
eləcə də, təxribatçılıq ünsürlərindən
təmizlənməsi Azərbaycan
ordusunu, ölkəmizin
silahlı qüvvələrini
keyfiyyətcə yeniləşdirdi,
modernləşdirməyə doğru apardı.
Ümummilli Lider Heydər Əliyevin silahlı qüvvələrə göstərdiyi
diqqət və qayğının önəmli
nəticəsində ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı öncəki illərdən
fərqlənərək əhəmiyyətli
dərəcədə yaxşılaşdırıldı,
hərbi birləşmələrin
və hərbi hissələrin maddi-texniki,
təbii, səyyar və digər vasitələrlə təmin
edilməsi təşkil
olunurdu. Bununla yanaşı, maliyyə-təsərrüfat
fəaliyyəti də
nizama salındı. Ölkəmizin silahlı qüvvələrinə tələb
olunan silah, hərbi texnika, döyüş sursatı,
arxa xidmət əmlakı və digər maddi vəsaitlərin istehsal olunması üçün
sifarişlərin Azərbaycan
Respublikasının sənaye
müəssisələrində yerləşdirilməsi
ölkə iqtisadiyyatının
inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş
ruhunun yüksəldilməsinə
diqqət artırıldı,
hərbi vətənpərvərlik
işi gücləndirildi.
1994-cü ilin oktyabr
və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgərlərin
vətən qarşısında
öz borclarını
şərəflə yerinə
yetirməsi, dövlətçilik
prinsipinə sədaqətlə
xidmət göstərmələri
bir daha isbatladı ki, şəxsi heyət arasında müstəqillik
amalı və hərbi anda sədaqət hissi, yeni mənəvi-psixoloji
iş formalaşmış,
ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələri xidmət
edən təxribatçılardan,
casuslardan xeyli təmizlənmişdir.
Ulu Öndərin xüsusi diqqəti nəticəsində
təlim və tərbiyənin düzgün
qurulması istiqamətində
mühüm işlərə
başlanılmış, ordunun
daha da gücləndirilməsi
üçün müvafiq
nizamnamələr, təlimatlar
hazırlanmış və
tətbiq edilmişdir.
Eyni zamanda, ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul
edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl
qanunvericilik bazası yaradılmışdır.
Ordu quruculuğunun müasir mərhələdə silahlı
qüvvələrdə aparılan
islahatların əsas
məqsədlərindən biri qoşunların vətənə, Azərbaycan
xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığına malik
zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə
nail olmaqdır. Silahlı qüvvələrin şəxsi heyətlə
komplektləşdirilməsi Ali Baş Komandanın
göstərişlərinə və Azərbaycan Respublikasının hərbi
qanunvericilik aktlarının
tələblərinə uyğun
vahid plan əsasında aparılır
və ardıcıl xarakter daşıyır.
Ulu Öndərimiz Heydər Əliyevin sayəsində
ölkəmizdə milli-hərbi
kadrların yetişdirilməsi
üçün müasir
tələblərə cavab
verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində
əhəmiyyətli tədbirlər
həyata keçirilir.
Bu məqsədlə,
Ümummilli Liderimiz hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə
1999-cu il fevralın
20-də Hərbi Akademiyanın
yaradılması haqqında
fərman imzalamışdır.
Artıq bu gün Azərbaycan
Silahlı Qüvvələrinin
zabitləri qardaş Türkiyə Respublikasının,
Rusiyanın, Ukraynanın,
Pakistanın, Çinin,
Almaniyanın, Böyük
Britaniyanın, İtaliyanın,
Rumıniyanın, Macarıstanın
hərbi akademiyalarında
və dinləmə kurslarında da təhsil alırlar. Silahlı qüvvələrin şəxsi
heyətinin sosial müdafiəsinin təmin
edilməsi məqsədilə
1993-cü ildən başlayaraq,
hərbi qulluqçuların,
Müdafiə Nazirliyi
sistemində işləyən
fəhlə və qulluqçuların əmək
haqqı artırılmış,
şəxsi heyətin
tibbi, ərzaq və əşya-əmlak
təminatının
yaxşılaşdırılması istiqamətində iş aparılmışdır. Hərbi hadisələrin
maddi-texniki bazaları,
əsgər yataqxanaları
müasir tələblərə
uyğun təmir edilmiş, şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün
texniki təbliğat vasitələrinin təminatına
diqqət artırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin
hərc-mərclik illərindəki
siyasi oyunlardan və siyasi qalmaqallardan uzaqlaşdırılması,
onların intizamlı,
mənəvi cəhətdən
saf, yüksək peşəkarlığı ilə
seçilən kadrlarla
təmin olunması, təchizatının yaxşılaşdırılması,
quruculuq işlərinin
elmi əsaslarla aparılması,
ordunun güclənməsi,
vətənimizin suverenliyinin
və müstəqilliyinin
möhkəm təminatçısına
çevrilməsi məhz
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında
aparılan işlərin,
Onun tələbkarlığının
məntiqi nəticəsidir.
RÖVŞƏN RƏSULOV
Səs.- 2010.- 14 dekabr.- S. 5.