Ölkəmizlə Fransa
arasında mədəni əməkdaşlıq
üçün böyük imkanlar var
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məşhur
moda ustası Pyer Kardenin yaradıcılıq muzeyində olub
YUNESKO-nun 65
illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində
iştirak etmək üçün Parisə səfərə
gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva tanınmış moda ustası Pyer
Kardenin dəvəti ilə dekabrın 13-də onun
yaradıcılıq muzeyində olub. Muzeydə nümayiş
olunan geyimlər və aksessuarlar barədə danışan
Pyer Karden ötən əsrin 60-cı illərindən sonra
dünyada geniş yayılan "Pyer Karden" dəb geyim
nümunələri haqqında Mehriban xanıma ətraflı
məlumat verib. 1960-cı illərdən etibarən Pyer Kardenin
adı dünyanın 5 ən məşhur fransızı
siyahısına daxil edilib. Onun adını daşıyan ticarət
markası ilə 140 ölkədə məhsul istehsal edən
və xidmət göstərən obyektlərdə 200 min nəfərədək
insan çalışır. Məşhur kuturye 500-dən
çox ideyanın müəllifidir. Onun yenilikləri
yalnız moda aləmini əhatə etmir. Modelyerin nəqliyyat,
memarlıq və reklam sahəsində də xidmətləri
vardır. Moda ilə yanaşı P.Kardenin ticarət
markası ilə restoran və teatr da fəaliyyət göstərir,
ətriyyat, müxtəlif aksessuar və saat istehsal olunur. O,
daim yenilik etməyi sevir. Pyer Karden kişilərin geyim
üslubunda bənzərsiz yeniliklər edən ilk modelyerlərdəndir.
Onun kişilər üçün hazırladığı
geyimlər hər zaman eleqantlığı ilə fərqlənir.
Yaradıcılıq muzeyində nümayiş etdirilən
geyim nümunələrinə baxan Mehriban xanım Əliyeva
buradan xoş təəssüratla ayrılmışdır.
Səs.- 2010.- 15 dekabr.- S. 3.