ƏR olmaq hünəri
Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişaf
etdiyi, dünyanın bu qarmaqarışıq dövründə, iki qardaş ölkənin bir-birinə həyan çıxdığı vaxtda
özünü türk
diplomatı kimi təqdim edən Turqut Ərin "Azadlıqdan Tiranlığa"
adlı kitabının
ortaya çıxması
və özünü
müxalifət adlandıran, lakin özlərindən və para hesabına
quluna çevrildikləri
ağalarından başqa
kimsə tərəfindən
qəbul olunmayan şəxslərin stolüstü
kitabına çevrilməsi
adamı bir daha düşünməyə
və reallıqları
anlamağa vadar etməklə yanaşı,
belə bir sual doğurur: "Əcaba, bu ləyaqətsizlərin doğru yola qayıtma
imkanı varmı? Əsla, yox".
Ömrünün sonuna kimi xalqına xidmət edən, vətənini və xalqını üzləşdiyi bəlalardan
qoruyan, haqq-ədaləti
bərpa edən, müstəqil Azərbaycan
dövlətini quran, onu yaşadan, dünyaya tanıdan, bu yolda xalqından
və millətindən
başqa kimsəyə
arxalanmayan-dahi, Ümummilli
Lider adını qazanan, "bir
millət, iki dövlət" deyərək
əməlləri ilə
böyük türk dünyasında özünə
əbədi sevgi yaradan böyük şəxsiyyət haqqında
iftira dolu yazılar türk yazarının nəyinə
lazımdır? Turqut
Ər bu yolla uğursuz diplomatiyasını pərdələməyə,
özünə haqq qazandırmağamı çalışır?
Axı, o və ətrafı çox yaxşı bilməlidirlər ki, bu miskin adamlar
heç vaxt dahi Heydər Əliyevə opponent ola bilməzlər. Bir də ki, türk millətinin əbədiyaşar oğlu
və onun fəaliyyəti barədə
qərəzli yazılar
yazmaqla, uydurma məlumatlar verməklə
kimlərəsə yarınmaq
və maddi mənfəət, eləcə
də, siyasi dividend əldə etmək türk əxlaqına sığmır.
Bunları anlamaq üçün Turqut Ər deyilən şəxsin bioqrafiyası
ilə maraqlandım. Məlum oldu ki, qeyd olunan
dövrlərdə o,
əslində, diplomat
olmamış, aşkar
vəzifəsi sadəcə
səfirlikdə qələm
müdiri olduğu halda, batildə müəyyən dairələrin
gizli tapşırıqlarını
yerinə yetirmişdir.
Bu şəxsin həyat fəaliyyətinə baxdıqda,
soyadında olan "Ər"likdən əsər-əlamət görmürsən.
Çünki kiminsə
parası hesabına yalan-iftira, şər-böhtan
demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədilə
dünya şöhrətli
liderin adını öz cızma-qarasına salaraq, kitab adlandırdığı cəfəngiyyatı topluma sırımaq gerçək
TÜRK ƏRlərinə yaraşan
iş deyil. Bununla, o, nəinki
öz soyadını,
eləcə də, əsrlərdən bəri
adları dillərdə
əzbər olmuş
TÜRK ƏRləri təhqir
etmiş olur.
Bir neçə müddət
öncə, kitabın
oxucuya təqdim olunmasına baxmayaraq, müəllifin maliyyələşdirildiyi
dairələrdən qidalanan
ərciklər və onların icraatında olan mətbuat vasitələrindən başqa
yazıya maraq göstərən olmamış,
əksinə, Türkiyənin
və Azərbaycanın
nüfuzlu şəxsləri,
eləcə də, mətbuat vasitələrində
etiraz səsləri eşidilmişdir.
Mən kitabın
içində yazılanlara
varmaq, onları saf-çürük etmək
fikrindən uzağam.
Çünki, dahi şəxsiyyətlərin qiyməti
onları sevən, dahiləşdirən millət
və xalqlar tərəfindən verilir.
Bu cür yazarların cılız fikirləri isə yalnız və yalnız onların özlərinə qarşı
çevrilir, olmayan nüfuzlarını heçə
endirirlər.
Düşünəndə aydın olur
ki, Azərbaycanda fəaliyyəti dövründə özü kimi bir qrup
yaramazla birlikdə xarici havadarlarının əmri ilə ölkənin daxili işlərinə qarışmağa,
ictimai-siyasi vəziyyəti
gərginləşdirməyə, dövlət çevrilişinə
cəhd edən şəxsləri dəstəkləməklə, para qazanmağı
şərəf və
ləyaqətdən üstün
tutan, bu yolda, hətta ermənilərlə iş
birliyi qurmağa hazır olan Turqut Ər bu gün kitabçılıqla
bu fəaliyyətini davam etdirmək niyyətinə düşmüşdür.
Turqut Ər kitabın 15 il sonra işıq üzü görməsinin
səbəblərini də
izah edərkən ƏRlikdən uzaq olmuşdur. Çünki kitabın yazılması haqqında əmri təzə aldığını
etiraf etmək üçün də hünər lazımdır.
Yazılarında milli və dövlət maraqlarından bol-bol danışmağa üstünlük
verən müəllif "Alagöz"
əməliyyatından bəhs
edir. Əslində, bu fikir iki
ölkə arasındakı
əlaqələrə təsir
etmək məqsədilə
1999-cu ildə hazırda
"Azadlıq" radiosunun
müxbiri işləyən
Xədicə İsmayılova tərəfindən
səsləndirilmişdir. Bu
gün Turqut Ər tərəfindən
heç bir əsası olmayan bu məlumatın bir daha işıqlandırması
əmrini haradan aldığına heç
bir şübhə yeri qalmır. Hazırda nə SSRİ var, nə də
DTK, amma PKK fəaliyyət
göstərir. Bir də Turqut Ər kimi şərəfsizlər
maliyyələşdirilir. Onlara verilən
tapşırıqlar isə
bir məqsələ edilir: birincilər silahla, ikinci isə qələmlə Türkiyə Cümhuriyyətini
zəiflətsin, parçalasın
və əsarət altına salsınlar, bu hərəkətlərin
qarşısını ala
biləcək tanınmış
liderlərə isə
şər və böhtan yaxılsın.
Turqut Ərin və onun havadarlarının
əməlləri böyük
xalq şairimiz Səməd Vurğunun
"ağılsız köpəyin
ulduza hürməsi"
barədə məşhur
misralarını yada salır.
Uğursuz diplomata tövsiyə edərdim ki, mahiyyətini başa düşmədiyi mövzulara
girişməsin. "Alagöz" əməliyyatında
öz işinin ustası olan Heydər Əliyevin dövlətini və torpağını qorumaq,
canından artıq sevdiyi Azərbaycanı o vaxtkı Türkiyə
ərazisindən istifadə
edərək, Qərb
işğalçılarının planlaşdırdığı təxribatların
qarşısını almaq
məqsədilə həyata
keçirdiyi tədbirlərdən bəhs
olunur.
Müəllifin nəzərinə
çatdırmaq istərdim
ki, bu işlərin
məsuliyyəti ağır
olur. Bu dünyada olmasa da, haqq dünyasında
mühakimə qaçılmazdır.
1995-ci ildəki fəaliyyətlərinə
görə, o və "dostları"
Azərbaycan Respublikası
qanunları ilə mühakimə olunmalı idilər. Amma Ümummilli Lider Heydər Əliyev əsl mənada, ƏRlik göstərdi, Böyük Türk Dünyası xatirinə onları bağışlayaraq, Türkiyəyə
qayıtmalarını təmin
etdi. Bir də ki, Turqut
Ərə tövsiyə
edərdim ki, "itə yiyəsinə görə hörmət qoyarlar" məsəlini
unutmasın.
İki dövlətin dostluğu və əlaqələri haqqında
geniş danışmaq
olardı, amma Azərbaycan və Türkiyə dövlət
başçıları tərəfindən
dəfələrlə deyilmiş
fikri bir daha ifadə etməklə bu qeydlərə son vermək istərdim: "Biz bir millət,
iki dövlətik, Türkiyə ilə Azərbaycan arasındakı
dostluğa heç nə və heç kim təsir göstərə
bilməz".
Rabil KƏTANOV
Səs.- 2010.- 4 dekabr.- S. 11.