Azərbaycanda dövlət
gənclər siyasəti
uğurlu nəticələrini
verməkdədir
Bakı şəhər Gənclər və İdman
Baş İdarəsinin rəisi Raqif Abbasovun yap.orq. az-a
müsahibəsi
- Raqif
müəllim, 2 fevral
tarixi Ulu Öndər Heydər Əliyevin sərəncamı
ilə hər il Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Ümumiyyətlə, Azərbaycanda
həyata keçirilən
dövlət gənclər
siyasəti haqqında
nə deyə bilərsiniz?
- Azərbaycanda
dövlət gənclər siyasətinin inkişafı və
ümumilikdə, bu anlamın formalaşdırılması
Ümumilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycanda gənclər günü
1997-ci ildən qeyd edilir. Bu təşəbbüs
ilk dəfə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Gənclərin I Forumunda gündəmə gəlmişdi.
Qeyd edim ki, MDB məkanında analoji proses bir neçə il bundan əvvəl
başlayıb. Yəni
Azərbaycanda gənclərə
diqqət və qayğı siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib
və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən
“Gənclər ili” elan edildi. MDB məkanında bu cür tədbirlər
2009-cu ildən tətbiq
olunur. Azərbaycan gənclər siyasətində
normativ hüquqi aktların hazırlanması,
gənclərin cəmiyyətdə
özünü təsdiq
etməsi məsələləri
MDB məkanında xüsusilə
fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib. Təbii ki, əhalinin böyük əksəriyyəti
gənclər olan ölkədə, demoqrafik
problemi olmayan bir ölkədə gənclərə belə
bir münasibətin göstərilməsi gənclər
sturukturlarının üzərinə
böyük məsuliyyət
yükü qoyur.
Bu gün Azərbaycanda gənclik dövrü 14-29 yaş götürülür və
dünyada götürülən
meyarlara uyğundur. Azərbaycanda gənclər
siyasəti ilə bağlı yetərincə
hüquqi sənədlər
mövcuddur. Prezident İlham Əliyev tərəfindən sərəncamlar
imzalanıb, dövlət
gənclər siyasətinin
icrasından başlayaraq,
onun təkmilləşməsinə
qədər addımlar
atılıb. Gənclər
və İdman Nazirliyi bu siyasəti
həyata keçirməklə
məşğuldur. Gənclər
Təşkilatları Milli
Şurası və digər müvafiq qurumlar birgə bu siyasətin həyata keçirilməsində,
gənclərin həyatda
özünü təsdiq
etməsi üçün
səylə çalışırlar.
- Sizcə, gənclər intellektual potensialından
lazımınca istifadə edə bilirlərmi? Onlar müasir
dünyanın gəncliyinin imkanları ilə ayaqlaşa
bilirlərmi?
- Əgər 1990-cı
illərin gənclər siyasətinin özünəməxsus
xətti var idisə, bu gün prioritet istiqamətlər
artıq başqadır. Üç əsas istiqamət var: təşkilatlanma, beynəlxalq
qurumlarda özünütəsdiq
və cəmiyyətdə
mütəxəssis qismində
təmsil olunmasıdır.
Bu baxımdan Azərbaycan gəncliyi yetərincə peşəkardır,
öz üzərində
çalışandır və
əvvəlki dövrlərdən
xeyli fərqlənirlər.
Eyni zamanda, daha sürətli
düşünür, XXI əsrin
tələblərinə uyğun
olaraq beynəlxalq təşkilatlarda kəmiyyət
və keyfiyyət baxımından daha çox təmsil olunurlar. Avropa Gənclər Formununun üzvüyük, İslam
Konfransı Təşkilatının
gənclər strukturuna
Azərbaycan qədər
tövsiyə verən
az ölkə
var. Azərbaycan gəncləri
ölkə hüdudlarından
kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini
çatdırmağa çalışırlar.
Məsələn, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı
fəaliyyət göstərir.
Bu təşkilatın dünyanın böyük
dövlətində Azərbaycan
həqiqətlərini çatdırmasında
rolu böyükdür.
Eləcə də, Benilüks
ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə
təşkilatçılar var, onlar aparıcı
rol oynayır. Bu da Azərbaycan
gəncliyinin beynəlxalq
strukturlara inteqrasiyasında
hansı yeri tutmasını göstərir.
Digər tərəfdən,
gənclər dövlətin
qayğısı nəticəsində
bəlkə də əvvəlki illərin cəmi qədər həcmli iş görə bilir. 2009-cu ildə gənclərlə
bağlı böyük
beynəlxalq tədbirlər
keçirilib. Bu cür tədbirlər Azərbaycanda keçirilməsi
ölkəmizin beynəlxalq
miqyasda nüfuzunun göstəricisidir.
- Bəs Azərbaycan gənclərinin ictimai-siyasi
fəallığını necə qiymətləndirmək
olar?
- Seçki prosesində
gənclərin iştirakına, parlament və
bələdiyyələrdə təmsilçiliyinə baxsaq,
biz görərik ki, bu göstəricilər artır. Hazırda dövlət gənclər
siyasətinin bəhrəsi
olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış yetərincə gənc millət vəkilimiz var. Digər ölkələrlə
müqayisədə bu
rəqəm yüksəkdir. Ötən ilin
dekabr ayında keçirilən bələdiyyə
seçkilərində də
xeyli sayda namizəd gənclər var idi. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri
ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər
interforumlardakı aksiyalarda,
istər beynəlxalq tədbirlərə qatılmaq
nöqteyi-nəzərdən bütün proseslərdə
gənclər çoxluq
təşkil edir.
Bu da cəmiyyətdə
gənclərin fəallığından
irəli gəlir.
Elə dövlət və qeyri-hökumət strukturu
yoxdur ki, orda gənc təmsil olunmasın.
- Azərbaycan yetərincə gənclər
təşkilatı fəaliyyət göstərir. Sizcə,
onlar ümumi məqsədlər baxımından
qarşıya qoyulan vəzifələrin öhdəsindən
gələ bilirlərmi?
- Azərbaycan
Gənclər Təşkilatları
Milli Şurasının
nəzdində xeyli qurumlar mövcuddur. Onları şərti olaraq üç istiqamətdə bölmək
olar: aktiv, qismən aktiv və yeni yaranan
təşkilatlar. Təbii ki,
yeni yaranan gənclər təşkilatları
digərlərinin inkişafında
kadr potensialının
güclənməsi, sağlam
rəqabətin yaradılması
baxımından müsbət
rol oynayır. Qismən aktiv təşkilatlar öz üzərində işləyərək, maraqlı
layihələrin həyata
keçirilməsinin axtarışında
olanlardır. Aktiv qurumlar
isə öz ətrafında artıq təsdiqlənmiş, müəyyən
zaman kəsiyində ortaq fikirdə olan gəncləri öz ətrafına birləşdirə bilmiş
və gələcəkdə
mütəxəssislərin cəmiyyətə ixrac edilməsinə xidmət edən sturukturlardır.
Yəni bu sahədə birmənalı şəkildə
təşkilatlanma var. Burada
elm-təhsil, ekologiya,
iqtisadiyyat, din, hərbi
vətənpərvərlik isiqamətində təşkilatlar
var. Yeri gələndə
onlar birləşərək
birgə fəaliyyət
göstərirlər. Bütün bunlar bizim demokratik
cəmiyyətimiz üçün
vacibdir.
- İdmançıların
da əksəriyyətini
gənclər təşkil
edir. Sizcə, bu
gənclərimiz Azərbaycanı
layiqincə təmsil edə bilirlərmi?
- Gənclər
hərəkatında idmançılar
böyük əksəriyyət
təşkil edir. Və hər bir gənc
bilik və bacarıqlı mütəxəssis
olmaqla yanaşı, həm də sağlam olmalıdır.
Gənclər təşkilatları nəzdində peşəkar
idmançılarla yanaşı,
həvəskar idmançılar
da var. Peşəkar idmançılar bayrağımızı
yüksəldərək Azərbaycanı
bir idman ölkəsi kimi tanıtması üçün
əlindən gələni
edirlər. MOK-un, GİN-in, federasiyaların və cəmiyyətin bircə səyi nəticəsində
ilbəil ölkədə
beynəlxalq yarışların
sayının artması,
olimpiya oyunlarında göstəricilərin yaxşılaşması,
beynəlxalq olimpiya hərəkatındakı nüfuzumuzun
artması onu göstərir ki, peşəkar idmançıların
gənclərin sıralarında
olması çox vacibdir. Gənclər hərəkatında olan peşəkar idmançılar özlərini
döşəkdə, tatamidə,
rinqdə təsdiq ediblərsə, gənclər
təşkilatlarında digər
keyfiyyətlərini də
ortaya qoyurlar. Digər tərəfdən, kütləvi
bədən tərbiyəsi
ilə məşğul
olmaq hər bir gəncin fərdi proqramıdır,
gündəlik həyat
tərzində vacib məsələdir. Bu nə qədər çox olarsa, bir o qədər genefondumuz möhkəm olar, sağlam nəsil formalaşar.
- Rəhbərlik etdiyiniz Bakı şəhər
Gənclər və İdman Baş İdarəsinin
fəaliyyəti haqqında nə deyə bilərsiniz? 2 Fevral Gənclər Günü ilə bağlı hansı layihələriniz var?
- Bakı
şəhər Gənclər və İdman Baş
İdarəsi Gənclər və İdman Nazirliyinin və
Bakı şəhər İcra Hakimiyyətinin
tabeçliyində olan sturukturdur. Hər il
tədbirlər planı
hazırlayırıq, gənclər
və idman sahəsində işləyirik.
Ötən ilin nəticələrini təhlil
etsək, deyə bilərəm ki, ənənəvi tədbirlərlə
yanaşı yeni layihələr həyata keçirmişik. Son
illər Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti ilə işimizi gücləndirmişik.
Məqsəd odur ki, islah-əmək müəssisələrində olan gənclər cəmiyyətə qayıdandan
sonra normal həyat tərzi keçirsin. Eyni zamanda, hərbi vətənpərvərlik sahəsində
işlər görülür,
hərbi hissələrdə
oluruq. Tələbə
hərəkatında ən
çox sayda gəncliyimizin olduğunu nəzərə alaraq, burada fəal gənclərlə sıx
işləyirik. Bundan
başqa, başqa dövlətin müvafiq qurumları ilə ikitərəfli müqavilələr
imzalanıb. Gənclər
Günü ilə bağlı layihələrə
gəlincə, bu, çox əhatəlidir, artıq bu yöndə
tədbirlərimiz keçirilməkdədir.
Səs.- 2010.- 2 fevral.- S. 7.