Güclü qüdrətli Azərbaycanın sabahı gənclərdir

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən sonra daha uğurlu şəkildə davam etdirilibdir

 

Vətəndaş cəmiyyətlərinin qurulmasında demokratik proseslərin formalaşmasında gənclərin rolu önəmli xarakterə malikdir. Yəni, firavan ölkənin gələcəyi, xoşbəxt taleyi gənclərin əlindədir. Bu gün tam əminliklə demək olar ki, Azərbayücan gəncələri öz intellekləri, bilik bacarıqları ilə, nəinki regionda, ümumiyyətlə, dünyada tanınan qəbul olunan gənclikdir.

Bu da gəncərin ulu öndərimiz Heydər Əliyevin görmək istədiyi intellektli, sağlam vətənpərvər gənclərimizin formalaşmasının nəticəsidir. Məhz buna görə , demək olar ki, bu gün Azərbaycan gəncliyi 2 Fevral Gənclər Gününü böyük fəallıqla qeyd edirlər. Söhbət etdiyimiz millət vəkilləri Azərbaycan gənclərinin ulu öndərimiz Heydər Əliyev ideyalarının layiqincə yerinə yetirilməsinə çalışdıqlarını söylədilər.

Millət vəkili Rauf Əliyev : "Gənclərə göstərilən dövlət qayğısı bir növ ölkənin gələcəyinə göstərilən diqqət qayğının göstəricisidir"

- Azərbaycanda gənc nəslə göstərilən qayğı etimadın ilk təzahürü ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də - Azərbaycan parlamentinin Sədri seçildiyi gündən dərhal sonra gənclərin bir qrupunu qəbul etməsi idi. Xaos anarxiya içərisində boğulan, vətəndaş müharibəsinin bir addımlığında olan ölkənin qanunverici orqanına sədr seçilən liderin fəaliyyətinin ilk günlərində gənclər təşkilatlarının rəhbərlərini qəbul etməsi, onlarla əhatəli müzakirələr aparması gənclərimizə göstərilən etimaddan xəbər verirdi. Azərbaycan gəncliyini daha mütəşəkkil mütərəqqi bir zümrəyə çevirmək üçün atılan ən böyük addım regionun ən perspektivli siyasətçilərindən olan İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci il), Yeni Azərbaycan Partiyası Sədrinin müavini (1999-cu il) Sədrin birinci müavini (2001-ci il) vəzifələrinə seçilməsi idi. Yəni gənclərimiz bu liderin ətrafında daha sıx birləşərək, müstəqil Azərbaycanın qüdrətlənməsi üçün möhtəşəm uğurlara imza atdılar. Ölkədə Gənclər İdman Nazirliyinin yaradılması (1994-cü ilin iyulu), Azərbaycan Respublikası Gənclərinin 1 Forumunun keçirilməsi (1996-cı ilin fevralı), Gənclərin II Forumu (1999-cu ilin martı), dövlət başçısının "Gənclər siyasəti haqqında" fərman imzalaması (1999-cu ilin iyulu), eləcə , bu sahəyə aid çoxsaylı qanunların qəbul edilməsi ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi qayğının nəticəsi idi. Elə fevral ayının 2-nin hər il gənclər ünü kimi qeyd edilməsi ümummilli liderimizin bu zümrəyə ayırdığı diqqətin təzahürlərindən idi. 2003-cü ilin oktyabrından sonra da bu siyasət davam etdirildi üstəlik, yeni istiqamətlərlə, variantlarla daha da genişləndirildi. Ölkə əhalisinin 31 faizini təşkil edən gənclər Prezident İlham Əliyevin qayğısını hər gün, hər an hiss etdilər. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın təsdiq edilməsi, gənclərin ümumrespublika forumlarının keçirilməsi, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, gənclər siyasətinin həyata keçirilməsi üçün 2008-ci ilin dövlət büdcəsində 3 milyon manata yaxın vəsaitin nəzərdə tutulması son 5 ildə bu zümrəyə göstərilən qayğının bəzi məqamlarıdır.

Həmçinin, onu da qeyd edim ki, dövlətin gənclərin təhsil sahəsinə daha çox diqqət qayğısının nəticəsidir ki, 2007-2008-ci tədris ilinin əvvəlində ölkənin 42 ali məktəbində 130 min gənc təhsil alıb. Bu rəqəm 2003-cü ilin göstəriciləri ilə müqayisədə 7,3 faiz çoxdur. Prezident İlham Əliyevin xüsusi tövsiyə tapşırıqları əsasında xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilən gənclərin sayı ildən-ilə artırılır. Son 5 ildə xaricdə oxuyan azərbaycanlı gənclərin sayı 56 faiz artıbdır. Bu zaman bir məqamı, xüsusilə, qeyd etmək zərurəti var. Belə ki, dünyanın müxtəlif ölkələrində dövlət xətti ilə təhsil alan tələbələrin 41 faizi Azərbaycanın regionlarını təmsil edən gənclərdir. Xarici ölkələrdə təhsil almaq üçün göndərilən gənclərin sayı 2003-cü ildə 885 nəfər idisə, 2008-ci ildə bu göstərici 1256 nəfərə çatdırılıbdır. Dövlət başçısının imzaladığı xüsusi proqramın icrası nəticəsində 2013-cü ildə bu rəqəm hər il üçün 1500 nəfərə çatdırılacaqdır.

Yeri gəlmişkən, layiqli gənc nəslin yetişdirilməsi üçün 2008- 2013-cü illərdə həyata keçiriləcək tədbirlərin siyahısı daha böyükdür. Dövlət rəhbərinin icrasını gənclər idman, iqtisadi inkişaf maliyyə nazirliklərinə tapşırdığı həmin layihələrdən bəzilərinin adını çəkməklə görüləcək işlərin miqyası barədə təsəvvür yaratmaq istəyirik. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı "Azərbaycan Respublikası hökumətinin fəaliyyətinin əsas nəticələri prioritet istiqamətləri" adlı statistik icmalda 2003-cü ildən sonrakı nəticələr 2013-cü ilə qədərki perspektivlər göstərilir. "Perspektivlər" bölməsində deyilir:

- Bakı şəhərində "Gənclər sarayı"nın inşa edilməsi,

- regionlarda "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması,

- gənclər üçün Milli Tədris Təlim Mərkəzinin yaradılması;

- Gənclər İdman Nazirliyi nəzdində "Gənclər siyasətinin inkişafına dəstək Fondu"nun yaradılması,

- Dövlət "Gənclər Mükafatı"nın təsis edilməsi;

- Gənclərin intellektual inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi sairə.

Ümumilikdə, 20-dən çox olan layihələrdən 6-sının adını çəkməklə növbəti 5 ildə bu istiqamətdə görüləcək işlərin miqyası barədə təsəvvür yaratmaq olar. Beləliklə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənc nəslə dövlət qayğısı göstərilməsi sahəsində həyata keçirilən siyasət 2003-cü ildən sonra daha uğurlu şəkildə davam etdirilmişdir. Gələcəkdə isə bu siyasətin xalqımıza dövlətimizə verdiyi sərmayənin indikindən qat-qat artıq olacağı gözlənilir.

Millət vəkili Tahir Süleymanov: "Ümummilli liderimizin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir"

 - Hər il 2 Fevral Gənclər Günü kimi qeyd olunur. 14 il əvvəl ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncama əsasən, fevral ayının 2-si, Azərbaycanda gənclər günü kimi təqvimə salınıb. Müstəqil Azərbaycanın gəncləri ilk dəfə 1996-cı il fevralın 2-də, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirilən I Forumda bir araya gəldilər. Gənc nəslin problemləri köklü şəkildə birinci dəfə elə burada müzakirəyə çıxarıldı. O vaxtdan artıq 14 il   keçir. Ümummilli liderimizin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə təsdiq etdiyi 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramı bunun bariz nümunəsidir. Həmin qanun ölkədə gənclər siyasətinin məqsədləri, istiqamətləri, təşkilati-hüquqi əsaslarını müəyyən edir. Digər tərəfdən dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın məcburi köçkün ailələrindən olan yeniyetmə gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, ordu quruculuğu, hərbi vətənpərvərlik tərbiyəsi gənclər siyasətinin əsasını təşkil edir. 2007-ci ilin gənclər ili elan olunması, gənclərlə bağlı Dövlət Proqramının qəbul edilməsi digər məsələlər dövlətin gənclərə xüsusi diqqət qayğısının göstəricisidir. Təbii ki, bu qayğı bundan sonra da davam etdiriləcək.

2013-cü ilədək Bakıda "Gənclər sarayı", bütün bölgələrdə isə "Gənclər evi"nin inşa edilməsi nəzərdə tutulur. Bu gün tam qətiyyətlə, demək olar ki, Azərbaycan gənclərinin son beş ildə əldə etdiyi nailiyyətlər region ölkələrindəki gənclərin uğurlarına nisbətən qat-qat böyükdür. Azərbaycan dövlətinin gənc nəslə göstərdiyi qayğı diqqət bizimlə eyni vaxtda dövlət müstəqilliyi əldə etmiş ölkələrin gəncləri üçün tamamilə əlçatmazdır. Dövlət öz gənclərinin elmi, intellektual fiziki potensialını daha da inkişaf etdirmək üçün çoxsaylı proqram layihələr həyata keçirir, gənclərimiz isə bu qayğı diqqətin cavabı olaraq, bütün sahələrdə Azərbaycana üzağlığı gətirir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 3 fevral.- S. 3.