Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir

 

Naxçıvan Muxtar Respublikası tarixinin böyük bir hissəsi ulu öndərin adı ilə bağlıdır

 

Bu gün Azərbaycan son əsr tarixinin 40 illik bir dövrünü qeyd edir. Bu, sözün əsil mənasında, tarixə dönüş hamımızın taleyindən keçmiş illərdir. Bu gün biz Azərbaycan tarixinin unikal bir dövrünü qeyd edirik. Bu dövrü unikal edən, şübhəsiz ki, şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyəti 1969-cu ilin 14 iyulundan o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə I katib seçildi. Elə o dövrdən insanlar, xeyirxahlığına, şərəfli əməyinə görə xalq arasında böyük hörmət və məhəbbət qazanırlar. Həyatı boyu elə dərin iz buraxırlar ki, dünyasını dəyişəndən sonra da ürəklərdən silinmirlər. Belə şəxsiyyətlərdən ümummilli liderimiz, ulu öndər Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev əvəzolunmaz Prezident idi. Onun kimi müdrik insanlar, mənə belə gəlir ki, həyata 100 ildən bir gəlir. Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən 40 il keçir. 30 illik fasiləsiz liderlik edən Heydər Əliyev artıq dünya xalqlarına da məlum idi. Prezident kimi dünyasını dəyişməsi Afrikadan-Amerikaya qədər dünyanın hər bir tərəfində onu tanıyan xalqlar Azərbaycan xalqı kimi mərhum Prezidentimiz Heydər Əliyevi ürəklərində heykəlləşdirdilər. Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvanın tarixinin, mədəniyyətinin, ictimai-siyasi fikirlərinin tərəqqisində bir çox nəsillərin əvəzsiz rolu olmuşdur. Belə nəsillərdən biri də Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya göz açanlardan Şaxtaxtınskilər, Kəngərlilər, Rasizadələr, Mahmudovlarla yanaşı, Seyidovlar və bir neçə tayfaların törəmələri olmuşlar.

Qədim Şaxtaxtı kəndində dünyaya göz açmış şəxslərdən 50 nəfərdən çox elmlər doktoru, akademiklər, professorlarla yanaşı, elmlər namizədləri, 5 nəfər sosialist əməyi qəhrəmanları, 2 nəfər general, 12 nəfər polkovniklər, xalq şairi, xalq yazıçısı, mədəniyyət və incəsənət xadimləri və bir çox peşə adamları ilə 200 ildən çoxdur ki, dünyanı heyrətdə qoymuşlar. Onlardan akademik Məmmədağa Şaxtaxtınski, akademik Zərifə Əliyeva, akademik Əhməd Mahmudov, diplomat Behbud bəy Şaxtaxtınski, romantik şair Hüseyn Cavid, xalq yazıçısı Hüseyn İbrahimov və bir çox başqalarını misal göstərmək olar. Bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutur, dayanmadan inkişaf edir və getdikcə möhkəmlənir. Özümdə qürur hissi duyuram ki, İlham Heydər oğlu Əliyevin birinci və ikinci dəfə Prezident seçilməsi münasibətilə təbrik edənlərdən olmuşam. Onu da qeyd etməliyəm ki, digər ölkə vətəndaşları kimi, Şaxtaxtı kəndinin nümayəndələrindən-generallardan Eldar Mahmudov və Mirqafar Seyidov və bir neçələri də məsul vəzifələrdə Azərbaycan naminə, vətən naminə ləyaqətlə fəaliyyət göstərməklə İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında öz bilik və bacarıqlarını əsirgəmirlər. Şaxtaxtı kəndində 3000-dən artıq əhalisi və 800-ə yaxın ailəni birləşdirən bir kəndin ağsaqqalı və Şaxtaxtı kənd Müharibə Veteranlar Şurasının sədri kimi mənim də mənəvi haqqım var ki, sadə bir insan kimi ümummilli liderimiz haqqında söz açım. Böyük Vətən müharibəsindən sonra Naxçıvan Kənd Təsərrüfat Texnikumuna daxil oldum. Ərazisinə və tələbələrin sayına görə, bu texnikum başqa təhsil müəssisələrindən xeyli fərqlənirdi. 400 nəfərə yaxın tələbəsi olan bu texnikum Kənd Təsərrüfatı, Səhiyyə, Maarif-Mədəniyyət, Dövlət Təhlükəsizlik Komitəsindən və polis orqanlarından texnikuma vaxtaşırı nümayəndələr gəlir və tələbələr qarşısında məruzə ilə çıxış edirdilər. O zaman Dövlət Təhlükəsizlik Komitəsinin gənc əməkdaşı, zabit formasında çıxış edən Heydər Əliyevin danışığı, forması başqa tələbələr kimi mənim də marağıma səbəb olmuşdur. Bir neçə ay keçəndən sonra Heydər Əliyev məruzə ilə təkrar çıxış edəndə, tələbələr kimi mənə də tanış olan gənc zabitin çıxışına diqqətlə qulaq asdıq. Heydər Əliyev qeyd edirdi ki, "5 illik" müharibə kənd təsərrüfatına böyük zərər vurmuşdur. Siz tələbələr biliklərə yiyələnin, əkinçilik və heyvandarlıqla məşğul olun, bol taxıl məhsulu yetişdirməklə insanların çörəyə olan tələbatının daha da yaxşılaşdırlması üçün sizin üzərinizə böyük məsuliyyət düşür, əlaçı tələbələr və idmançılar həvəsi olarsa Dövlət Təhlükəsizlik şöbəsinə işə daxil ola bilərlər. Çünki burada ali təhsilli, çalışqan kadrlara ehtiyac var. Sonralar mən Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı olmaq məqsədilə çox çalışdım, lakin alınmadı. Qazandığım o oldu ki, Heydər Əliyevin özünü tanımasam da, şəxsiyyətini öyrənə bildim. Heydər Əliyevi tanıya - tanıya 1969-cu ilə gəlib çatdım. 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə I katib seçilərkən sevincimin həddi-hüdudu yox idi. Elə həmin gün Naxçıvandan onu təbrik edənlərin sırasına qoşulub mən də ona təbrik teleqramı göndərdim. Sonralar Heydər Əliyevin yubileyinin 70 illiyi, 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı, 11 oktyabr 1998-ci ildə ikinci dəfə Prezident seçilməsi münasibətilə onu təbrik etdim. 1993-cü ildən oxucusu olduğum "Yeni Azərbaycan" qəzetində liderin 30 illiyi münasibətilə "təbrik məktubu" dərc etdirdim. Ümummilli liderimiz Heydər Əliyevin ürəyimdə məhəbbəti aşıb-daşdıqca öz-özümə çox tələbkarlıqla yanaşdım. Bir də ona görə ki, kənd ağsaqqalı kimi şaxtaxtılılar qarşısında olan borcumu, eyni zamanda, Heydərsevərləri də sevindirmək məqsədilə "Şərurun səsi" qəzetində 10 may 2003-cü ildə 80 illik yubileyi münasibətilə çıxış etdim. Elə bu çıxışdan sonra Şərur rayon kənd əhalisi və eyni zamanda, Şaxtaxtı camaatı arasında öz müqəddəs borcumu yerinə yetirdim. Müstəqillik yolunda ilk kövrək addımlarını atan ölkəmizdə hakimiyyətin səriştəsiz, təsadüfi adamların əlinə keçməsi və 1993-cü ilə qədər bu səbəbdən Azərbaycanda anarxiyanın, özbaşınalığın, mənəm-mənəmliyin baş alıb getməsi, təbii ki, xalqın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Əhali kütləvi yoxsulluğa doğru gedirdi və bunun ilk ağır zərbələri, məhz cəmiyyətin aztəminatlı təbəqələrinə dəyirdi. Belə bir vaxtda, nəinki dövlətin hansısa sosial siyasətindən danışmağa dəyməzdi, əksinə, bu müstəqil dövlətin özünü belə sabahı qaranlıq görünür, qardaş qanı axıdılmış məmləkətin parçalanmaq təhlükəsi onu qarabaqara izləyirdi. Azərbaycanın belə bir ağır vaxtında xalq yeganə çıxış yolunu o vaxtlar Naxçıvan Muxtar Respublikasında çalışan xalqın böyük oğlu, müdrik şəxsiyyət, möhtərəm Heydər Əlirza oğlu Əliyevə üz tutmaqda gördü. Xalq təkidlə onu Bakıya dəvət etdi, ölkənin taleyini Ona tapşırdı. Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ölkəmizin yolunu yenidən işıqlı sabahlara doğru yönəltdi. Məhz bu qayıdışdan sonra, Azərbaycanın həyatının bütün sahələrində olduğu kimi, müstəqil dövlətin sosial siyasət kursunda da dirçəliş və canlanma özünü göstərməyə başladı. Xalqın maddi və mənəvi təbəqələrinin güzəranına çevrilmiş bu məsələ daim ölkə başçısının diqqət mərkəzində olmuşdur. Prezidentimiz tərəfindən aztəminatlıların rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş 40-dan çox fərman və sərəncam imzalanmışdır ki, "Vətəndaşların pensiya təminatları haqqında" qanunun qəbulu da bu qəbildəndir. Şəhid ailələrinin, əlillərin, Qarabağ müharibəsi iştirakçılarının, Əfqanıstan və Böyük Vətən müharibəsi iştirakçılarının, həmçinin, arxa cəbhə əmək veteranlarının, Çernobıl iştirakçılarının qayğı və problemləri möhtərəm Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox dövlət əhəmiyyətli qərarları onun varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Xalqına təmənnasız xidmət etmək haqqında Heydər Əliyev demişdir: "Mən bütün bunları xalqım üçün etmişəm". Bütün qurub yaratdıqlarım Azərbaycan üçündür. Vaxt ötəcək, 100 il tamam olacaq böyük öndərimiz ürəklərdən silinməyəcək. 1982-ci ildə Heydər Əliyev o zaman SSSR Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilməsi onun Kommunist Partiyası Siyasi Bürosunun üzvü kimi Azərbaycan xalqının sevincinə səbəb olmuşdur. Elə o zaman müttəfiq respublikaların əhalisi arasında, əslində, Heydər Əliyevin şəxsiyyətinə verilən qiymət idi. Elə bu vəzifədə müstəqil Azərbaycanın gələcəyi və onun yenidən qurulması yolunda arzularına 1993-cü ildə ulu öndər öz əli ilə qurulmasına nail oldu. Bir faktla əsaslandırmalıyam ki, 1993-cü ildən Heydər Əliyevin yaratdığı partiyanın üzvü kimi, deyə bilərəm ki, bu gün Yeni Azərbaycan Partiyasının yarım milyon üzvü böyük öndərimiz Heydər Əliyevin ideyalarını həyata keçirir. 40 il tamam olur ki, ümummilli liderimiz Heydər Əliyevi təbliğ edirəm. Naxçıvan Muxtar Respublikası Müharibə Veteranlarının bir hissəsi olan Şaxtaxtı kəndi Müharibə Veteranları böyük öndərimiz 2003-cü il 13 dekabr tarixində dünyasını dəyişməsi xəbərini eşidəndə, böyük sarsıntı keçirdilər. Kənd əhalisi veteranlarla birlikdə kənddə tikilmiş yeni məsciddə yas mərasimi keçirdilər. Ulu öndər Heydər Əliyevin böyük portreti qarşısında onun ruhuna dualar oxudular. Üzümü bütün Şaxtaxtı kəndinin ziyalı insanlarına tutub deyirəm ki, ulu öndərimiz Heydər Əliyevsevərlər cərgəsinin ön sırasında getsinlər. Azərbaycan Respublikası rayon və kəndlərində ahıl, yaşlı nəsillərin nümayəndələri arasında nadir insanlar tapılar ki, ulu öndər Heydər Əliyevin 60 il bundan əvvəl tanıyıb və 40 il rəhbərlik etdiyi dövrü təbliğ etməklə onun yubileylərini, hakimiyyətə gəlməsini 1969-cu ilin iyul ayının 14-dən 1999-cu ilin iyul ayına qədər 30 illik liderlik dövrünü mətbuatda işıqlandırıb, onu dərc etdirsin. Belə bir xoşbəxtlik mənə nəsib olmuşdur. Belə ki, "Yeni Azərbaycan" qəzetində 14 iyul 1999-cu il tarixli nömrəsində liderin 30 illik rəhbərliyi və 10 may 2003-cü ildə isə "Şərurun səsi" qəzetində təbrik məktublarım dərc olunmuşdur. Bütün bunlar, əlimdə əsas tutaraq, qədim Şaxtaxtı kəndinin və ümumilikdə, Azərbaycanın gənc Heydərsevər ziyalılarına məsləhətim budur ki, Prezident kimi dünyasını dəyişən Heydər Əliyev irsini öyrənsinlər. Hələ ki, dünyasını dəyişməyən yaşlı nəsildən istifadə edib böyük əsərlər yaratsınlar. Heydər Əliyev özü bir əsərdir. Ulu öndər elə bir şəxsiyyətdir ki, o, xalqa təmənnasız xidmət göstərmişdir. 100 illər ötsə də, bu dahi şəxsiyyət yaşayacaq.

 

Eşq olsun Heydər Əliyev irsini öyrənib, onu davam etdirənlərə!

 

 

Adil Zeynalov

 

Səs.-2010.-10 fevral.-S.6.