Regionların Sosial-İqtisadi
İnkişafı Dövlət
Proqramı uğurla icra edilməkdədir
Musa Quliyev: "Bunun nəticəsində çox böyük infrasturuktur layihələri
həyata keçirilir"
Azərbaycan öz iqtisadi və
hərbi potensialına görə,
regionda lider ölkəyə çevrilib.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və
bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət
öz müsbət nəticəsini verməkdədir. Ümummilli lider Heydər Əlievin qeyd etdiyi kimi, "iqtisadiyyatı güclü olan
ölkəyə
hər şeyə qadirdir".
Prezident İlham Əliyevin
rəhbərliyi ilə respublikamız güclü, qüdrətli
bir dövlətə çevrilib. Artıq ölkəmizin
valyuta ehtiyatları 20,4 milyard təşkil edir. Bu da, onu
göstərir ki, beynəlxalq maliyyə böhranı hətta
superdövlətlərin iqtisadiyyatını iflic etdiyi halda,
respublikamız öz inkişaf tempindən geri qalmamış,
əksinə, daha da inkişaf etmişdir. Məhz bütün
bunların nəticəsidir ki, dünya ölkələri Azərbaycanla
əməkdaşlıq etməyə maraq göstərirlər.
Ölkə başçısının uğurlu siyasəti
nəticəsində son 6 il ərzində respublikamızda 840
mindən artıq yeni iş yeri yaradılıb.Ötən il ərzində
ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6
faiz artıb. Həmçinin, Azərbaycanın valyuta
ehtiyatları 20 milyard dolları ötüb və eləcə
də milli valyutamız dəyərdən düşməyib.Özəl
sektor inkişaf etdirilmiş və bunun da nəticəsində
ÜDM-də özəl sektorun payı 85 faiz təşkil
edib. Eyni zamanda, "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2009-2013)" uğurla icra edilməkdədir.
Məsələyə münasibətini öyrəndiyimiz
Milli Məclisin deputatı Musa Quliyev qeyd etdi ki, regionların
sosial-iqtisadi inkişafı nəticəsində bölgələrdə
işsizlik problemi öz həllini tapmışdır. Millət
vəkili onu da qeyd etdi ki, son illər
iqtisadiyyatımızın inkişafı nəticəsində
əhalinin sosial müdafiəsi də gücləndirilib:
- Bildiyiniz kimi, ölkə
başçısı İlham Əliyev tərəfindən
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
iki Dövlət Proqramı qəbul edilib. Beləki 2004-cü
ilin fevralın 11-də Regionların Sosial-İqtisadi
İnkişafına dair I Dövlət Proqramının qəbulu
ilə bu işlərin əsası qoyuldu. Hazırda
2009-2013-cü illəri əhatə edən dövlət
proqramı həyata keçirilir. Bu proqramın icra edilməsi
bütün Azərbaycanın simasının müsbət mənada
dəyişməsinə gətirib çıxardı. Ölkəmizin
şəhərləri, kəndləri, ümumiyyətlə,
bütün bölgələri abadlaşdı. Həmçinin,
bu proqramlar çərçivəsində çox
böyük infrasturuktur layihələri həyata
keçirildi. Regionların təbii resurslarından səmərəli
istifadə edilməsi üçün uğurlu işlər
görüldü. Bütün bunların arxasında
böyük işlər durur ki, bu, insanların sosial
rifahının yaxşılaşmasına yönələn
layihələrdir. Regionların iqlim xüsusiyyətlərinə,
təbii şəraitinə uyğun olaraq, regionların
inkişafı uğurla həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafının nəticəsi olaraq, bölgələrdə
yeni iş yerləri, sosial obyektlər yaradılıb. Həmçinin,
kənd təsərrüfatının müxtəlif sahələri
inkişaf etdirilib. Emal sənayesinin rayonlar səviyyəsində
qurulması, turizm sahəsinin sürətlə inkişaf
etdirilməsi bütün bu işlərin bariz nümunəsidir.
Bildiyiniz kimi, ötən il Prezident İlham Əliyev
kurortların inkişafı ilə bağlı sərəncam
imzalayıb və 2016-cı ilə qədər Dövlət
Proramı hazırlanacaq ki, bunun da nəticəsində ölkəmiz
kurort ölkəsinə çevriləcək. Bundan əlavə,
Naxçıvandakı "Duzlaq" sanatoriyasının
inkişafı və s. sahələrin inkişaf etdirilməsi,
bütövlükdə, regionların inkişafına səbəb
olacaq amillərdir. Regionların sosial-iqtisadi inkişafı sahəsində
əldə edilən uğurların nəticəsidir ki, son
illərdə Azərbaycanın regionlarında əhalinin
demokrafik prosesləri də dəyişib. 2000-ci illərin əvvəllərində
insanlar işləmək üçün kəndlərdən
şəhərlərə, o cümlədən, xarici ölkələrə
üz tuturdular. İndi isə, insanlar kəndlərinə
qayıdırlar və iş üçün xaricə gedənlərin
də sayı azalıb. Məsələn, Gəncədə əhalinin
sayı son ildə 30% artıb. Bu misalları biz Azərbaycanın
bütün rayonları ilə bağlı çəkə
bilərik. Bu, bölgələrin sosial-iqtisadi
inkişafının nəticəsidir. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş II Dövlət Proqramının tərkib hissəsi
olaraq, kəndlərimiz də inkişaf etdirilir. İndi artıq
biz kəndlərin abadlaşmasından, kəndlərimizdə
emal müəssisələrinin yaradılmasından söhbət
edə bilərik. Onu da qeyd edim ki, artıq bölgələrdə
kənd təsərrüfatı məhsullarının
saxlanılması məqsədi ilə saxlama kameraları
quraşdırılıb.
Cənab Prezidentimizin çox
mühüm sərəncamlarından biri də azərbaycanlı
gənclərin xaricdə təhsil alması ilə
bağlıdır. Ölkə başçısı
İlham Əliyev hər zaman qeyd edib ki, bizim əsas məqsədimiz
neft kapitalını insan kapitalına çevirməkdir. Neftdən
gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına
yönəldilməsi ölkə rəhbərliyinin
qarşıya qoyduğu əsas məsələlərdəndir.
Bu il biz bunun nəticələrini görməkdəyik.
Ölkəmizdə hər il ümumi daxili məhsulun həcmi
artır. Ekspertlərin, beynəlxalq qurumların
proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda ÜDM
artımı 7 faizdən çox olacaq və bu da, ümumilikdə,
Avropa iqtisadiyyatının inkişaf göstəricisindən
2-3 dəfə artıq deməkdir. Həmçinin, qeyd etmək
lazımdır ki, son illər ərzində qeyri-neft sektorunun
davamlı inkişafının, sahibkarlıq mühitinin daha
da yaxşılaşmasının, iqtisadiyyata investisiya
qoyuluşlarının artmasının, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsinin, yoxsulluğun
azalmasının şahidi oluruq. Nəzərə almaq
lazımdır ki, respublikamızda yoxsulluğun səviyyəsi
11 faizədək azalıb. Məlum olduğu kimi, Prezident
İlham Əliyevin tərəfindən "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azalması və
davamlı inkişaf Dövlət Proqramı" təsdiq
edilib. Bu, əslində, müharibə şəraitində
yaşayan bir ölkə üçün uğurlu bir nəticədir.
İnkişaf və tərəqqi edən respublikamızda
sahibkarlığın inkişafı da başlıca amillərdəndir.
Bütün bunları nəzərə alan ölkə rəhbərliyi
sahibkarlığın, özəl sektorun inkişafına
böyük diqqət və qayğı göstərir. Azərbaycan
Respublikası Prezidentinin "Sahibkarlığın fəaliyyətinin
"bir pəncərə" prinsipi üzrə təşkilinin
təmin edilməsi haqqında" Sərəncamı ölkədə
sahibkarlıq fəaliyyətinin inkişafının sürətlənməsinə
səbəb olub. Azərbaycanda sahibkarlığın
inkişafı nəticəsində ötən il ÜDM-də
özəl sektorun payı 86,4 faizdən artıq olub. Respublikamızda
mövcud istehsal müəssisələrinin fəaliyyəti bərpa
olunub, həmçinin, yeni müəssisələr
yaradılıb ki, bu, həm sahibkarlığın
inkişafına, həm də əhalinin işsizlik probleminin
həllinə səbəb olub. Bütün bu nailiyyətlər,
onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin
uğurlu siyasətinin nəticəsi olaraq, ölkəmizin
inkişafı davam edəcək. Davamlı inkişaf nəticəsində
Azərbaycan daha da qüdrətlənəcək, əhalinin
sosial vəziyyəti daha da yaxşılaşacaq.
"Rəqabət məcəlləsi
haqqında" qanun layihəsi sahibkarlığın inkişafına
öz müsbət təsirini gösətərcək.
Faktdır ki, müəyyən sahələrdə monopoliya
var. Ancaq onu da qeyd edib ki, monopoliyadan qorxmaq lazım deyil. Bu,
dünyanın hər bir yerində var. Güclü şirkətlər
çox zaman özündən kiçik şirkətləri
bazarda sıxışdırır. Burada əsas məsələ
haqsız rəqabətin getməməsindən gedir. Bu mənada,
adıçəkilən qanun layihəsinin qəbul edilməsi
mövcud problemlərin həllinə müsbət təsir edəcək.
İnanıram ki, bu sahədə hüquqi baza yaradılacaq.
Onu da qeyd edib ki, istehlak bazarında bəzən keyfiyyətsiz
məhsullara rast gəlinir. Xüsusilə, ərzaq məhsullarının
istehlakı ilə bağlı məsələlər
çox xarakter alıbdır. Keyfiyyətsiz ərzaq məhsulları
insanların sağlamlığına təhlükə
yaradır. Hesab edirəm ki, bu kimi məsələlər də
öz həllini tapacaq. Çünki əhalinin keyfiyyətli ərzaqla
təminatı dövlətin başlıca məsələlərindəndir.
Əvvəldə də, qeyd etdiyim kimi, bu gün ölkəmizdə
çoxlu sayda müəssisələr yaradılıb fəaliyyət
göstərir. Bütün istehsalçıların borcudur
ki, əhaliyə keyfiyyətli məhsul təqdim etsinlər. Əminəm
ki, bu cür problemlər öz həllini tapacaq.
ANAR MƏCİDZADƏ
Səs.-2010.-10 fevral.-S.7.