"Ruslara Azərbaycan və azərbaycanlılar haqqında"
kitabının təqdimatı
keçirilib
Moskvada, Prezident-hoteldə tanınmış Rusiya tarixçisi Aleksandr Qoryaninin və ictimai xadim Aleksandr
Sevastyanovun "Ruslara
Azərbaycan və azərbaycanlılar haqqında"
kitabının təqdimatı
keçirilib. Təqdimatı
Rusiya Azərbaycanlılarının
Federal Milli-Mədəni
Muxtariyyəti təşkil
etmişdir. Müəlliflər öz çıxışlarında
bildirmişlər ki, həmin kitab Rusiya ictimaiyyətində mövcud olan bir çox mifləri sadə və anlaşılan formada təkzib edərək, Azərbaycan
tarixinə və Azərbaycan-Rusiya münasibətlərinə
dair ən maraqlı və məlumatlı dərsliklərdən
birini Rusiya oxucusuna təklif edir. Müəlliflərin
fikrincə, kitabda hətta ən hazırlıqlı adamların
bilmədiyi bir çox mühüm qərarların qəbul edilməsi, rusların və azərbaycanlıların
gündəlik ünsiyyəti
üçün faydalı
ola biləcək çoxlu maraqlı informasiya vardır. A.Qoryanin demişdir:
"İki xalq arasında
dostluq və müttəfiqlik- bu, həmin münasibətlərin
hər iki tərəf üçün
qarşılıqlı faydalı
və ümdə məsələ olduğuna
inanan kitab müəlliflərinin son
məqsədidir. Kitab
siyasətçilər və
xarici işlər sahəsində çalışan
dövlət qulluqçuları,
eləcə də tarixçilər və sadəcə, maraqlanan oxucular, xüsusən, gənclər üçün
nəzərdə tutulmuşdur.
Axı gələcəyimizi
məhz gənclər
qurur. Odur ki, quruculuq işlərində
gənclərin düzgün
istiqamətlənməsi çox
vacib məsələdir".
A.Sevastyanovun sözlərinə
görə, rus yazıçılarının tarixi obyektiv qiymətləndirmək cəhdi
Cənubi Qafqazın tarixi və regiondakı siyasi vəziyyətlə maraqlanan
hər kəs üçün faydalı
olacaqdır. O, ümidvar
olduğunu bildirmişdir
ki, kitabla tanışlıq rusların
və azərbaycanlıların
həqiqətən səmimi
yaxınlaşmasına kömək
edəcəkdir.
Zümrüd
Səs.-2010.-10 fevral.- S.12.