Kitab mənəvi dünya, zənginlikdir

 

Kitabları mənəvi dünya, zəngin varlıq hesab edənlər, onu sirli aləm kimi tanıyanlar heç yanılmırlar. Əslində dahilik kitabdan gəlir. Elmin mayası, nuru kitabdır. Dünyanın hər bir sivilizasiyası məhz kitabların köməyi ilə, onun göstərdiyi yolla qurulur. Kitabı qorumaq, sevmək, onu əxz etmək insanlığın şərəfli borclarından biridir.

Kitabları mənəvi dünya, zəngin varlıq hesab edənlər, onu sirli aləm kimi tanıyanlar heç də yanılmırlar. Əslində dahilik kitabdan gəlir. Elmin mayası, nuru kitabdır. Dünyanın hər bir sivilizasiyası məhz kitabların köməyi ilə, onun göstərdiyi yolla qurulur. Kitabı qorumaq, sevmək, onu əxz etmək insanlığın şərəfli borclarından biridir. Kitabxanalar da bu şərəfli borcu yerinə yetirməklə böyük rol oynayır.

Haqqında söhbət açacağımız kitabxana şəhərin mərkəzində yerləşir.

Gələcəyimiz olan gənclərimizi bütün oxuyucularımız öz bilik ağuşunu təmənnasız açan bu ocaq Azərbaycan Respublikası M.F.Axundov adına Dövlət Kitabxanasıdır. Həmsöhbətim kitabxananın yaşlı əməkdaşlarından biri olan Həsənova Tahirə Tofiq qızıdır. Tahirə xanım 1971-ci ildə ADU-nun kitabxanaçılıq və biblioqrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. Universitetdə oxuya-oxuya əmək fəaliyyətinə də elə o illərdə M.F.Axundov adına Dövlət Kitabxanasından başlayıb. Hətta ailə həyatını da bu kitabxanada işləyən işçi ilə qurub. 1 qız, 2 nəvə sahibidir. 43 il həyat yoldaşı ilə bu kitabxanaya elə bir yerdə gedib-gəlmək Tahirə xanıma nə qədər doğmalıq gətirib.

Tahirə xanım əvvəlcə kitabxananın xidməti şöbəsində, sonra isə 1975-ci ildən informasiya-sorğu şöbəsində biblioqraf vəzifəsində çalışır. Tahirə xanım həmin gündən öz maraqlı vəzifəsinin öhdəsindən şərəflə gəlir. İnsanlara xidmət göstərməkdən mənəvi ruh alır. Böyük həqiqətləri, sirləri özündə birləşdirən kitab dünyasını qoruyub saxlamaqla yanaşı, oxucularımıza layiqincə xidmət edir.

- Tahirə xanım, kitabxananın bugünkü fəaliyyəti haqqında deyə bilərsiniz? Bu gün oxucularımızın kitaba marağı necədir?

- Söhbətimizin əvvəlində, deyərdim ki, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası ölkənin ən böyük kitabxanası olmağa  milli mədəniyyət xəzinəsidir. Dövlət kitabxanasının rəsmi açılışı 1923-cü il may ayının 23-də olmuş 1939-cu il iyul ayının 11-də görkəmli müttəfəkir, dramaturq maarifçi M.F.Axundovun adı verilmişdir. Bu kitabxana neçə-neçə elm adamları, alimlər, habelə, akademiklər yetişdirib. Bu yerdə Tahirə xanım gülümsəyərək, onu da qeyd etdi ki, alimlərin yetişməsində biz kitabxanaçıların əməyi heç az deyil. Kitabxanaların oxu zalında hər gün yüzlərlə oxucu kütlələrinin qulluğunda biz kitabxanaçılar dayanırıq. Burada Azərbaycanın ziyalılarını, millət vəkillərini, ixtiraçı mədəniyyət xadimlərini, yazıçıları, qulluqçuları ali məktəblərdə təhsil alan gəncləri görmək olar.

Oxucuların kitaba marağı dedikdə isə, baxmayaraq ki, indiki dövrdə oxucular kompüter sistemindən çox şey əldə edirlər, bununla belə, hər gün kitabxananın oxucu zallarında yüzlərlə oxucu kütlələri olur. Biz kitabxanaçılar isə bu kütləyə kataloq kartateka sorğularına istənilən kimi cavab veririk, hətta oxucularla birlikdə kitab axtarışında oluruq.

- Kompüterləşmə sistemi necə işinizə yüngüllük gətirib?

- Əlbəttə, çox. Kitabxananın direktoru Tahir Kərimov Məmməd oğlunun adını xüsusi çəkmək lazımdır ki, o kitabxananın daha da inkişaf olunmasında böyük əməyi olmuşdur. Belə ki, kitabxanamız yeni avadanlıqlarla təchiz olunub, kompüterləşdirilib səliqə-sahmana salınıb. Bir daha Tahir müəllimin adını xüsusi qeyd etmək istəyirəm ki, o çox savadlı təşkilatçı insan kimi insanları başa düşən insandır.

-Tahirə xanım, sirr deyil ki, bu gün məmləkətimiz gənclər arasında narkomaniyaya qarşı ciddi mübarizə aparır.  Sizin bu cavanlara bir ana kimi tövsiyəniz nə olardı?

Mən bir ana kimi bütün uşaqlarımızın gələcək nəslin sağlam ruhda böyüməsini arzulayıram. Gənclik gözəllikdir, sağlamlıqdır. Sağlamlıq dünyanın ən əziz nemətidir və yalnız sağlam insan xalqının, vətəninin xeyrinə qurub-yaratmaq üçün yardımçı imkanlarını tam aça bilir.

Hind yazıçısı R.Taqorun gözəl bir kəlamı var: "Həyatda elə mənasız əyləncələr var ki, mövcudluğundan ölümün həzin musiqisi eşidilir". Müasir dövrümüzdə uşaqlar, yeniyetmələr, gənclər boş-mənasız əyləncələrə daha çox meyil edirlər. Yüngül həyat tərzi keçirməklə süni olaraq əhval-ruhiyyə yaratmaqla, siqaret çəkməklə, sərxoş olmaqla, narkotik maddəsi qəbul etməklə gənclərimiz ölümün həzin musiqi səsini az qala bütün bəşəriyyətə çatdırırlar. Bəli, əfsuslar olsun ki, xalqımızın mentalitetinə həmişə yabançı olan narkomaniyanın və SPİD xəstəliyinin daşıyıcılarına bizim respublikada da rast gəlinir. Bir daha deyərdim ki, ağ ölüm, tüfeyli həyatı mən heç kimə arzulamıram.

- Tahirə xanım, indi dəbdə olan antimodalara münasibətiniz və qızlarımıza münasibətiniz necədir?

Hər bir dövrün, zamanın modası, dəbi olur və olacaq da. Ancaq mən həmişə arzulayıram ki, bizim milli modalarımız heç vaxt dəbdən düşməsin. Moda həm səliqəlilik, həm gözəllik deməkdir. Lakin gənc xanımlarımız, "moda-moda" deyib, açıq-saçıq paltar geyinərək, küçələrə çıxırlar. Belə yaramaz. Həddindən artıq açıq-saçıq geyim bizim millətin xarakterinə yaddır. Toya, nişana, teatra geyilən paltarları küçədə, işdə geyinmək olmaz. Hər geyimin öz yeri var.

 

 

Tərlan Tapdıq qızı

 

Səs.-2010.- 9 fevral.- S. 11.