Qara Qarayevin doğum gününə həsr olunmuş kitab sərgisi

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli bəstəkar, görkəmli alim-pedaqoq, Azərbaycan dünya musiqisi korifeylərindən olan Qara Qarayevin doğum günü ilə əlaqədar geniş kitab sərgisinin açılışı keçirildi. Sərgidə görkəmli bəstəkarın əsərləri, onun həyat yaradıcılığından bəhs edən kitab not nümunələri nümayiş olunur.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətlərindən, klassik müasir musiqinin sintezini yaratmasından söz açdı. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil alan Qara Qarayev yaradıcılıq yolunda mükəmməl əsərlərin yaratmağa müvəffəq olmuşdur. O, Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini, SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Dövlət Konservatoriyasının dosenti vəzifələrində çalışmışdır. Çox keçmir ki, Azərbaycan Dövlət Konservatoriyasının direktoru vəzifəsinə irəli çəkilir. 1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü seçilir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, SSRİ Lenin Dövlət mükafatları komitəsinin üzvü, SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü, Azərbaycan KP MK üzvü kimi məsul vəzifələrdə çalışmışdır.

1962-ci ilədək SSRİ Bəstəkarlar ittifaqı idarə heyətinin üzvü seçilir. Azərbaycan Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutu musiqi bölməsinə rəhbər təyin edilir.

Yaradıcılıq yolu ilə ictimai fəaliyyətini üzvü şəkildə birləşdirən Qara Qarayev Leninqrad Dövlət Kiçik ("Malıy") Opera Teatrında "Yeddi gözəl" baletinin ilk tamaşasının keçirilməsinə müvəffəq olmuşdur. Uğurlar onun həyatına bir-birinin ardınca yazılmışdır.  "Bir məhəlləli iki oğlan" filminin musiqisinə görə birinci ümumittifaq sovet filmləri festivalının laureatı, "Leyli Məcnun" simfonik poemasına görə dövlət mükafatı laureatı adını qazanır.

"Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü, "Əməkdə igidliyinə görə" medalı ilə mükafatlandırılıb. "İldırımlı yollarla" baletinə görə Lenin mükafatı Lenin ordeni ilə təltif edilib. "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə ADR-ə  səfər edib "Oktyabr inqilabı" ordeni ilə mükafatlanıb.

1964-cü ildə SSRİ Böyük Teatrının qastrolları zamanı "İldırımlı yollarla" baleti tamaşasının göstərilməsi ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalına səfər edir. 1965 - "Antoni Kleopatra" (V.Şekspir) tamaşasına yazdığı musiqiyə görə, M. F. Axundov adına mükafatın laureatı adını qazanır. Həyat yolundakı müvəffəqiyyətlər onun dünyaşöhrətli musiqiçi kimi tanınmasına səbəb olur. 

Bəstəkar 1982-cü ildə Moskva şəhərində dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb. Tədbirin sonunda dahi bəstəkarın "Yeddi gözəl", "Leyli Məcnun" əsərlərindən parçalar səsləndirildi.

 

 

Zümrüd

 

Səs.-2010.-9 fevral.-S.12.