İrəvan Azərbaycanın
tarixi torpaqlarıdır
YAP-ın təşkilatçılığı
ilə "İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi"
kitabının təqdimatı keçirildi
Dünən Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
"Hyatt Regency" otelinin "Quba" zalında "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi"
kitabının təqdimat mərasimi keçirildi.
YAP Siyasi
Şurasının və İdarə Heyətinin üzvlərinin,
millət vəkillərinin, tarixçi alim və mütəxəssislərin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan
YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov
bildirdi ki, yeni nəşr olunan kitab ermənilərin saxta
tarixini tam ifşa edir: "Bu kitab hər birimizin
yaddaşında tariximizin ən kövrək anlarını
canlandırır. Hər bir xalq üçün ən
böyük itki torpaq itkisidir. Çünki torpaq itkisi
xalqın düşüncəsində vətən
anlayışını kiçildir. Vətən və torpaq
anlayışları bir-biri ilə bağlıdır. Torpaq
yoxdursa, vətən də yoxdur. Torpaq itirilir, vətən
kiçilir. Hər bir insan üçün ev
anlayışı necə dərk olunursa, millət və xalq
üçün də torpaq anlayışı o
cürdür. Amma düşünürəm ki, millət və
xalq üçün torpağın itirilməsi nə qədər
böyük dərd və fəaləkət olsa da, ondan da
böyük faciə itirilmiş torpaqların
unudulmasıdır."
YAP Sədrinin müavini
onu da qeyd etdi ki, Azərbaycan
xalqı tarixin müxtəlif dövrlərində
ayrı-ayrı səbəblərlə əlaqədar itirdiyi
ona məxsus olan torpaqları unutmur və unutmayacaqdır. Azərbaycan
xalqı tam əmindir ki, torpaqlarımızın
qaytarılması uğrunda mübarizə müsbət nəticəsini
verəcək. Hər bir Azərbaycan vətəndaşı gələcəyə
böyük inamla baxır. Ə.Əhmədov, həmçinin,
kitabın ərsəyə gəlməsində əməyi
olan hər bir kəsə öz təşəkkürünü
bildirdi.
Görüşdə
çıxış edən kitabın baş redaktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının
üzvü Yaqub Mahmudov bildirdi ki,
Azərbaycan son dərəcə şanlı və şərəfli
tarix yaşadığı kimi, qloballaşan dünyada çətin,
mürəkkəb tarixi proseslərdən keçməyə
məhkum olub: "Ona görə də biz daim informasiya
müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi
bu işdə öz üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlməlidir. Təbii ki,
bu müharibənin ön cəbhəsində tarixçilər
dayanır. Müasir dövrdə tarix elminin inkişafı
üçün son dərəcə əlverişli şərait
mövcuddur. Bu şərait ulu öndər Heydər Əliyevin
hakimiyyətdə olduğu dövrlərdən etibarən
qabarıq hiss olunur. Ümummilli lider Heydər Əliyev daim Azərbaycan
tarixinin keşiyində durur, gördüyü bütün tədbirlər
millətimizə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin
hər bir addımı tarixçilərimiz
qarşısında çox mühüm vəzifələr
qoyurdu. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev
tariximizin öyrənilməsinə xüsusi diqqət
yetirir. Dövlət başçısının itirilmiş
torpaqlarımızla bağlı tarixi faktlara söykənən
fikirləri tarixçilər qarşısında böyük
vəzifələr qoyur. Tarixi araşdırmaların
miqyasının genişləndirilməsi vacib məsələ
kimi öndədir".
Ümummilli liderimiz Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra ilk
görüşünü ziyalılarla keçirdiyini
xatırladan Y.Mahmudov bildirdi ki,
onda tarixçilərimizin qarşısında çox
mühüm vəzifələr qoymuşdu. Əsas vəzifə
tariximizin saxtalaşdırılmasına yol verməmək idi:
"Bu gün ictimaiyyətə Tarix İnstitutunun şah əsərini
təqdim edirik. Mahiyyət ondan ibarətdir ki, kitab ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə həsr olunub. Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun layiqli davmçısı Prezident
İlham Əliyev ən yüksək
tribunalardan Azərbaycan dövlətinin mövqeyini, xalqın
iradəsini ifadə edərək
bildirir ki, mövqeyimiz
tarixi həqiqətə əsaslanır. Ermənilər
bizim torpaqlarımıza qonaq kimi gəlmişlər. İrəvan
Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı
idi. Zəngəzur mahalında
yaşayanların da
hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da, bu, bizim
torpağımızdır".
İnstitutun direktoru
Y.Mahmudov bildirdi ki, ən böyük səhv bundan ibarətdir
ki, Azərbaycan deyiləndə, Araz çayından şimaldakı
Azərbaycan ərazisi düşünülür. Yəni Azərbaycan
deyiləndə, Arazdan şimaldakı ərazinin tarixi
araşdırılıb. Bu da Azərbaycanın tarixi
torpaqlarının beşdə-birinə bərabərdir. Belə
olanda, gələcək nəsillər öz vətənlərini
çox məhdud çərçivədə görəcək,
öz tarixini bilməyəcəklər: "Biz bütün
istiqamətlərdə informasiya cəbhəsində
düşməni qabaqlamağı bacarmalıyıq. Biz əsil
tariximizi xalqımıza çatdırmalıyıq. Bu gün
Ermənistan deyilən ərazidə 1918-ci il mayın 29-na qədər
erməni dövləti olmayıb. Deməli, biz İrəvanı
öz qədim şəhərimizin tarixi kimi öyrənməliyik".
Y.Mahmudov vurğuladı
ki, itirilmiş torpaqlar
haqqında geniş əsərlər
yazılıb: "Biz "Tarixi adlara qarşı
soyqırımı" kitabını nəşr etmişik. Bu
da indiki Ermənistan ərazisində dəyişdirilən yer
adları haqqındadır. Həmin yerlərin adları Ermənistan
Ali Sovetinin fərmanı ilə dəyişdirilib. Bu faktlar
kitabda tam dəqiqliyi ilə göstərilib. Ermənilər
bu faktları təkzib edə bilməzlər. "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi"
kitabı Prezident İlham Əliyevin yürütdüyü
siyasətin nəticəsidir. Kitabda da göstərilir ki, ermənilər
Qarabağdan əl çəkməlidirlər. Çünki
Azərbaycan Qarabağın sahibidir. İrəvan da, Zəngəzur
da Azərbaycan xalqına məxsusdur. Bu kitabın mahiyyəti
odur ki, ermənilərin yaratdığı saxta tarixi real
faktlar ifşa edir. İrəvan xanlığı Azərbaycan
dövlətinin tarixi olub. Bu, həmin torpaqlardır ki, rus
imperiyasının köməkliyi ilə işğal edilib.
İşğaldan sonra ermənilər İrəvan
xanlığının ərazisinə
köçürülüb, Rusiyanın köməyi ilə
həmin ərazidə möhkəmləniblər. 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Mayın 29-da isə böyük dövlətlər təzyiq
göstərdilər ki, erməni məsələsini həll
etməkdən ötrü Azərbaycan onlara yer versin. Azərbaycan
hökuməti təzyiq nəticəsində İrəvanın
ermənilərə verilməsi haqqında qərar qəbul
etdi. Bu tarixdən erməni dövləti yaranıb və bu
dövlət Azərbaycan torpağı hesabına genişlənib".
Millət vəkili onu da
söylədi ki, kitabda erməni saxtakarlığının
iç üzü açılır: "Ermənilərin
köçürülməsi işində erməni zabitləri
iştirak edib. Onlardan biri G.Lazaryan İrandan erməniləri
köçürməklə məşğul olub. O, Türkmənçay
müqaviləsindən əvvəl ermənilərə
müraciət edir ki, tez olun, rus qoşunları buradan
çıxdıqdan sonra, siz köçə bilməyəcəksiniz.
Az itkiniz olsa da, özünüzə daimi vətən əldə
edəcəksiniz. Ermənilər Qarabağa köçmələrinin
150 illiyi ilə əlaqədar Ağdərədə abidə
qoymuşdular. Kitabda həmin abidənin də şəkli var.
Türkmənçay müqaviləsindən sonra İrəvan
və Naxçıvan xanlığının Rusiyaya birləşməsi
faktı var. Kitabda bəzi xəritələr də əks
olunub. Abidələrin də şəkli kitabda verilib. Səfəvilər
dövründə Sərdarabad adlı şəhərimiz
olub. İndi bu şəhərdən əsər-əlamət
yoxdur. Bu fakt göstərir ki, bu "mədəni" millət,
sözün əsil mənasında, vəhşi barbardır. Təkcə
İrəvanda 10-a qədər məscid olub. Onlardan yalnız
Göy məscidin bir hissəsini bərpa ediblər. Onu da
İrandan gələnlərin xətrinə ki, namaz
qılsınlar. Bəs qalan məscidlər, karvansaraların
taleyi necə oldu? Tarix sübut edir ki, Babilistanda, Dəclə
və Fərat çayları arası ilə yanaşı, ən
qədim mədəniyyət mərkəzlərindən biri də
Azərbaycandır. 5 min illik dövlətçilik
tariximiz var".
Y.Mahmudov bildirdi ki,
saxtakarlığı sevməyən tarix faktlara əsaslananda, daha
inandırıcı olur. Aparılan təbliğat öz
müsbət nəticəsini verir: "Tarix İnstitutu
tariximizlə bağlı xeyli sayda kitablar çap etdirib. Həmin
nəşrlərdə əsas yer tarixi sənədlərə
verilir. Dünyanın müxtəlif ölkələrinin
arxivlərinə müraciət olunub. İtirilmiş
torpaqlarımızın tarixi yalnız İrəvan
xanlığının tarixi deyil, biz Dərbəndin,
Borçalının tarixini yazmalıyıq. İdeoloji təbliğat
istiqamətində səylərimizi daha da
artırmalıyıq. Dövlət başçısı hər
bir çıxışında bildirir ki, bir qarış
torpağımızı belə güzəştə getməyəcəyik.
Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına heç bir zaman imkan verilməyəcək". Millət vəkili Y.Mahmudov
kitabın ərsəyə gəlməsini, yüksək səviyyədə
təqdimat mərasiminin keçirilməsini ölkə
Prezidentinin, Yeni Azərbaycan Partiyasının tarix elminin
inkişafına, Azərbaycanın tarixinin öyrənilməsinə
göstərdiyi diqqət kimi dəyərləndirdi. Görüşdə
Milli Məclisin deputatları İsmayıl Hacıyev, Musa
Quliyev, Fəzail İbrahimli çıxış edərək,
kitabın Azərbaycan həqiqətlərinin ölkə və
dünya ictimaiyyətinə çatdırılmasında
böyük əhəmiyyəti olduğunu bildirdilər. Natiqlər
ön sözdə yazılan fikri bir daha diqqətə
çatdırdılar - "Ermənilərin XIX əsrdə
Şimali Azərbaycan torpaqlarına köçürülməsi
tarixi həqiqətdir. İşğal olunmuş
torpaqlarımızın geri qaytarılması uğrunda
mübarizə davam etdiriləcək. Vətən torpağından pay vermək olmaz".
Tədbirin sonunda YAP Sədrinin
müavini, millət vəkili Əli Əhmədov bir daha
çıxış edərək, vurğuladı ki, milli
şüuru formalaşdıran iki başlıca amil
mövcuddur: tarix və həyata keçirilən siyasət:
"İnsan öz tarixini bilərək, özünü dərk
edir. İnsan düzgün siyasətin yürüdülməsi
nəticəsində güclü, əzəmətli, qüdrətli
dövlətin vətəndaşı olur. Bugünkü təqdimat
onu göstərdi ki, hər bir kəs öz tarixini qiymətləndirir, onu dərindən
öyrənməyə ciddi ehtiyac hiss edir. Bu gün hər bir
Azərbaycan vətəndaşı, eyni zamanda, qürur duyur
ki, ölkə Prezidenti bu dövlətin həm tarixini, həm
də bugününü həyata keçirdiyi siyasətin əsasında
saxlayır. Dövlət başçısı İlham Əliyev hər bir
çıxışında İrəvanın Azərbaycan
torpağı olduğunu bəyan edir. Torpaq itirilə bilər,
amma unudulmamalıdır. Dövlət başçısı
da hər bir Azərbaycan vətəndaşını
itirilmiş torpaqlarımızı unutmamağa
çağırır. Tarix İnstitutunun əməkdaşlarının
birgə səyi nəticəsində ərsəyə gələn
bu kitab da itirilmiş torpaqların unudulmaması ilə
bağlı Prezident İlham Əliyevin
çağırışına reaksiyadır. Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi, bu
gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, hər birimizin dəstəklədiyi
siyasətin əsasında, məhz Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, işğal
altında olan torpaqlarımızın azad edilməsi,
soydaşlarımızın öz doğma yurd- yuvalarına
qayıtması dayanır. Milli şürumuzun
formalaşması baxımından tariximizin öyrənilməsi
prosesi bundan sonra da davam etdiriləcək. Bu işdə
tarixçilərimizin üzərlərinə böyük məsuliyyətin
düşdüynü nəzərə alaraq, Tarix
İnstitutunun gördüyü
işlər təqdir olunur".
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında bu
kimi nəşrlərin böyük rolu olduğunu
vurğulayan YAP Sədrinin müavini Ə.Əhmədov həmin
kitabların müxtəlif dillərə tərcümə
edilməsinin də vacibliyini qeyd etdi. Bildirdi ki, Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq
"İrəvan xanlığı" kitabının rus və
ingilis dillərinə tərcümə olunmasına
başlanılıb. Yaxın zamanlarda bu işlər sona
çatacaq, onların beynəlxalq ictimaiyyətə təqdim
olunması istiqamətində lazımi işlər
görüləcək.Dünən Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
"Hyatt Regency" otelinin "Quba" zalında "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi"
kitabının təqdimat mərasimi keçirildi.
YAP Siyasi
Şurasının və İdarə Heyətinin üzvlərinin,
millət vəkillərinin, tarixçi alim və mütəxəssislərin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan
YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov
bildirdi ki, yeni nəşr olunan kitab ermənilərin saxta
tarixini tam ifşa edir: "Bu kitab hər birimizin
yaddaşında tariximizin ən kövrək anlarını
canlandırır. Hər bir xalq üçün ən
böyük itki torpaq itkisidir. Çünki torpaq itkisi
xalqın düşüncəsində vətən
anlayışını kiçildir. Vətən və torpaq
anlayışları bir-biri ilə bağlıdır. Torpaq
yoxdursa, vətən də yoxdur. Torpaq itirilir, vətən
kiçilir. Hər bir insan üçün ev
anlayışı necə dərk olunursa, millət və xalq
üçün də torpaq anlayışı o
cürdür. Amma düşünürəm ki, millət və
xalq üçün torpağın itirilməsi nə qədər
böyük dərd və fəaləkət olsa da, ondan da
böyük faciə itirilmiş torpaqların
unudulmasıdır."
YAP Sədrinin müavini
onu da qeyd etdi ki, Azərbaycan
xalqı tarixin müxtəlif dövrlərində
ayrı-ayrı səbəblərlə əlaqədar itirdiyi
ona məxsus olan torpaqları unutmur və unutmayacaqdır. Azərbaycan
xalqı tam əmindir ki, torpaqlarımızın
qaytarılması uğrunda mübarizə müsbət nəticəsini
verəcək. Hər bir Azərbaycan vətəndaşı gələcəyə
böyük inamla baxır. Ə.Əhmədov, həmçinin,
kitabın ərsəyə gəlməsində əməyi
olan hər bir kəsə öz təşəkkürünü
bildirdi.
Görüşdə
çıxış edən kitabın baş redaktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının
üzvü Yaqub Mahmudov bildirdi ki,
Azərbaycan son dərəcə şanlı və şərəfli
tarix yaşadığı kimi, qloballaşan dünyada çətin,
mürəkkəb tarixi proseslərdən keçməyə
məhkum olub: "Ona görə də biz daim informasiya
müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi
bu işdə öz üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlməlidir. Təbii ki,
bu müharibənin ön cəbhəsində tarixçilər
dayanır. Müasir dövrdə tarix elminin inkişafı
üçün son dərəcə əlverişli şərait
mövcuddur. Bu şərait ulu öndər Heydər Əliyevin
hakimiyyətdə olduğu dövrlərdən etibarən
qabarıq hiss olunur. Ümummilli lider Heydər Əliyev daim Azərbaycan
tarixinin keşiyində durur, gördüyü bütün tədbirlər
millətimizə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin
hər bir addımı tarixçilərimiz
qarşısında çox mühüm vəzifələr
qoyurdu. Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident
İlham Əliyev tariximizin
öyrənilməsinə xüsusi diqqət yetirir. Dövlət
başçısının itirilmiş torpaqlarımızla
bağlı tarixi faktlara söykənən fikirləri
tarixçilər qarşısında böyük vəzifələr
qoyur. Tarixi araşdırmaların miqyasının
genişləndirilməsi vacib məsələ kimi öndədir".
Ümummilli liderimiz Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra ilk
görüşünü ziyalılarla keçirdiyini
xatırladan Y.Mahmudov bildirdi ki,
onda tarixçilərimizin qarşısında çox
mühüm vəzifələr qoymuşdu. Əsas vəzifə
tariximizin saxtalaşdırılmasına yol verməmək idi:
"Bu gün ictimaiyyətə Tarix İnstitutunun şah əsərini
təqdim edirik. Mahiyyət ondan ibarətdir ki, kitab ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə həsr olunub. Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev ən yüksək
tribunalardan Azərbaycan dövlətinin mövqeyini, xalqın
iradəsini ifadə edərək
bildirir ki, mövqeyimiz
tarixi həqiqətə əsaslanır. Ermənilər
bizim torpaqlarımıza qonaq kimi gəlmişlər. İrəvan
Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı
idi. Zəngəzur mahalında
yaşayanların da
hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da, bu, bizim
torpağımızdır".
İnstitutun direktoru
Y.Mahmudov bildirdi ki, ən böyük səhv bundan ibarətdir
ki, Azərbaycan deyiləndə, Araz çayından
şimaldakı Azərbaycan ərazisi
düşünülür. Yəni Azərbaycan deyiləndə,
Arazdan şimaldakı ərazinin tarixi
araşdırılıb. Bu da Azərbaycanın tarixi
torpaqlarının beşdə-birinə bərabərdir. Belə
olanda, gələcək nəsillər öz vətənlərini
çox məhdud çərçivədə görəcək,
öz tarixini bilməyəcəklər: "Biz bütün
istiqamətlərdə informasiya cəbhəsində
düşməni qabaqlamağı bacarmalıyıq. Biz əsil
tariximizi xalqımıza çatdırmalıyıq. Bu gün
Ermənistan deyilən ərazidə 1918-ci il mayın 29-na qədər
erməni dövləti olmayıb. Deməli, biz İrəvanı
öz qədim şəhərimizin tarixi kimi öyrənməliyik".
Y.Mahmudov vurğuladı
ki, itirilmiş torpaqlar
haqqında geniş əsərlər
yazılıb: "Biz "Tarixi adlara qarşı
soyqırımı" kitabını nəşr etmişik. Bu
da indiki Ermənistan ərazisində dəyişdirilən yer
adları haqqındadır. Həmin yerlərin adları Ermənistan
Ali Sovetinin fərmanı ilə dəyişdirilib. Bu faktlar
kitabda tam dəqiqliyi ilə göstərilib. Ermənilər
bu faktları təkzib edə bilməzlər. "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi"
kitabı Prezident İlham Əliyevin yürütdüyü
siyasətin nəticəsidir. Kitabda da göstərilir
ki, ermənilər Qarabağdan əl çəkməlidirlər.
Çünki Azərbaycan Qarabağın sahibidir. İrəvan
da, Zəngəzur da Azərbaycan xalqına məxsusdur. Bu
kitabın mahiyyəti odur ki, ermənilərin
yaratdığı saxta tarixi real faktlar ifşa edir. İrəvan
xanlığı Azərbaycan dövlətinin tarixi olub. Bu, həmin
torpaqlardır ki, rus imperiyasının köməkliyi ilə
işğal edilib. İşğaldan sonra ermənilər
İrəvan xanlığının ərazisinə
köçürülüb, Rusiyanın köməyi ilə
həmin ərazidə möhkəmləniblər. 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Mayın 29-da isə böyük dövlətlər təzyiq
göstərdilər ki, erməni məsələsini həll
etməkdən ötrü Azərbaycan onlara yer versin. Azərbaycan
hökuməti təzyiq nəticəsində İrəvanın
ermənilərə verilməsi haqqında qərar qəbul
etdi. Bu tarixdən erməni dövləti yaranıb və bu
dövlət Azərbaycan torpağı hesabına genişlənib".
Millət vəkili onu da
söylədi ki, kitabda erməni saxtakarlığının
iç üzü açılır: "Ermənilərin
köçürülməsi işində erməni zabitləri
iştirak edib. Onlardan biri G.Lazaryan İrandan erməniləri
köçürməklə məşğul olub. O, Türkmənçay
müqaviləsindən əvvəl ermənilərə
müraciət edir ki, tez olun, rus qoşunları buradan
çıxdıqdan sonra, siz köçə bilməyəcəksiniz.
Az itkiniz olsa da, özünüzə daimi vətən əldə
edəcəksiniz. Ermənilər Qarabağa köçmələrinin
150 illiyi ilə əlaqədar Ağdərədə abidə
qoymuşdular. Kitabda həmin abidənin də şəkli var.
Türkmənçay müqaviləsindən sonra İrəvan
və Naxçıvan xanlığının Rusiyaya birləşməsi
faktı var. Kitabda bəzi xəritələr də əks
olunub. Abidələrin də şəkli kitabda verilib. Səfəvilər
dövründə Sərdarabad adlı şəhərimiz
olub. İndi bu şəhərdən əsər-əlamət
yoxdur. Bu fakt göstərir ki, bu "mədəni" millət,
sözün əsil mənasında, vəhşi barbardır.
Təkcə İrəvanda 10-a qədər məscid olub.
Onlardan yalnız Göy məscidin bir hissəsini bərpa ediblər.
Onu da İrandan gələnlərin xətrinə ki, namaz
qılsınlar. Bəs qalan məscidlər, karvansaraların
taleyi necə oldu? Tarix sübut edir ki, Babilistanda, Dəclə
və Fərat çayları arası ilə yanaşı, ən
qədim mədəniyyət mərkəzlərindən biri də
Azərbaycandır. 5 min illik dövlətçilik tariximiz
var".
Y.Mahmudov bildirdi ki,
saxtakarlığı sevməyən tarix faktlara əsaslananda, daha
inandırıcı olur. Aparılan təbliğat öz
müsbət nəticəsini verir: "Tarix İnstitutu
tariximizlə bağlı xeyli sayda kitablar çap etdirib. Həmin
nəşrlərdə əsas yer tarixi sənədlərə
verilir. Dünyanın müxtəlif ölkələrinin
arxivlərinə müraciət olunub. İtirilmiş
torpaqlarımızın tarixi yalnız İrəvan
xanlığının tarixi deyil, biz Dərbəndin,
Borçalının tarixini yazmalıyıq. İdeoloji təbliğat
istiqamətində səylərimizi daha da
artırmalıyıq. Dövlət başçısı hər
bir çıxışında bildirir ki, bir qarış
torpağımızı belə güzəştə getməyəcəyik.
Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına heç bir zaman imkan verilməyəcək". Millət vəkili Y.Mahmudov
kitabın ərsəyə gəlməsini, yüksək səviyyədə
təqdimat mərasiminin keçirilməsini ölkə
Prezidentinin, Yeni Azərbaycan Partiyasının tarix elminin
inkişafına, Azərbaycanın tarixinin öyrənilməsinə
göstərdiyi diqqət kimi dəyərləndirdi.
Görüşdə Milli Məclisin deputatları
İsmayıl Hacıyev, Musa Quliyev, Fəzail İbrahimli
çıxış edərək, kitabın Azərbaycan həqiqətlərinin
ölkə və dünya ictimaiyyətinə
çatdırılmasında böyük əhəmiyyəti
olduğunu bildirdilər. Natiqlər ön sözdə
yazılan fikri bir daha diqqətə çatdırdılar -
"Ermənilərin XIX əsrdə Şimali Azərbaycan
torpaqlarına köçürülməsi tarixi həqiqətdir.
İşğal olunmuş torpaqlarımızın geri
qaytarılması uğrunda mübarizə davam etdiriləcək.
Vətən torpağından
pay vermək olmaz".
Tədbirin sonunda YAP Sədrinin
müavini, millət vəkili Əli Əhmədov bir daha
çıxış edərək, vurğuladı ki, milli
şüuru formalaşdıran iki başlıca amil
mövcuddur: tarix və həyata keçirilən siyasət:
"İnsan öz tarixini bilərək, özünü dərk
edir. İnsan düzgün siyasətin yürüdülməsi
nəticəsində güclü, əzəmətli, qüdrətli
dövlətin vətəndaşı olur. Bugünkü təqdimat
onu göstərdi ki, hər bir kəs öz tarixini qiymətləndirir, onu dərindən
öyrənməyə ciddi ehtiyac hiss edir. Bu gün hər bir
Azərbaycan vətəndaşı, eyni zamanda, qürur duyur
ki, ölkə Prezidenti bu dövlətin həm tarixini, həm
də bugününü həyata keçirdiyi siyasətin əsasında
saxlayır. Dövlət başçısı İlham Əliyev hər bir
çıxışında İrəvanın Azərbaycan
torpağı olduğunu bəyan edir. Torpaq itirilə bilər,
amma unudulmamalıdır. Dövlət başçısı
da hər bir Azərbaycan vətəndaşını
itirilmiş torpaqlarımızı unutmamağa
çağırır. Tarix İnstitutunun əməkdaşlarının
birgə səyi nəticəsində ərsəyə gələn
bu kitab da itirilmiş torpaqların unudulmaması ilə
bağlı Prezident İlham Əliyevin
çağırışına reaksiyadır. Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi, bu
gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, hər birimizin dəstəklədiyi
siyasətin əsasında, məhz Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, işğal
altında olan torpaqlarımızın azad edilməsi,
soydaşlarımızın öz doğma yurd- yuvalarına
qayıtması dayanır. Milli şürumuzun
formalaşması baxımından tariximizin öyrənilməsi
prosesi bundan sonra da davam etdiriləcək. Bu işdə
tarixçilərimizin üzərlərinə böyük məsuliyyətin
düşdüynü nəzərə alaraq, Tarix
İnstitutunun gördüyü
işlər təqdir olunur".
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında bu
kimi nəşrlərin böyük rolu olduğunu
vurğulayan YAP Sədrinin müavini Ə.Əhmədov həmin
kitabların müxtəlif dillərə tərcümə
edilməsinin də vacibliyini qeyd etdi. Bildirdi ki, Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq
"İrəvan xanlığı" kitabının rus və
ingilis dillərinə tərcümə olunmasına
başlanılıb. Yaxın zamanlarda bu işlər sona
çatacaq, onların beynəlxalq ictimaiyyətə təqdim
olunması istiqamətində lazımi işlər
görüləcək.
RƏFİQƏ KAMALQIZI
Səs.-2010.-11 fevral.-S.3.