2009-cu il Səbail rayonu üçün uğurlu
keçdi
Dünən Səbail rayon icra hakimiyyətinin
akt zalında 2009-cu ilin yekunları ilə bağlı tədbir keçirildi. Tədbirdə Səbail rayonunda 2009-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən
işlərə yekun
vurularaq, 2010-cu il üçün qarşıda
duran vəzifələr
müzakirə olundu. Hesabat yığıncağında məruzə
ilə çıxış
edən Səbail rayon icra hakimiyyətinin
başçısı Asif
Əsgərov ötən
il Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında respublikanın
sosial-iqtisadi inkişafı
sahəsində əldə
olunan nailiyyətlər
barədə məlumat
verdi. A.Əsgərov
2009-cu il ərzində
rayonda görülən
işləri təhlil
edərək, həlli
vacib olan problemlərin aradan qaldırılması yollarından
danışdı.
Natiq qeyd edərək,
bildirdi ki, ötən il Səbail rayonunda ilin yekunlarına görə sənaye müəssisələri üzrə
370,3 milyon manatlıq məhsul istehsal edilib, istehlakçılara
368,3 milyon manatlıq məhsul göndərilibdir.
Nəqliyyat sektorunda fəaliyyət
göstərən müəssisələr
tərəfindən 372,8 milyon
manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən
1,8 faiz çox nəqliyyat xidməti göstərilibdir: "2009-cu ilin
yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan
işçilərin sayı
85462 nəfər, orta
aylıq əmək haqqının məbləği
isə 6519 manat olubdur ki, bu
da əvvəlki illə müqayisədə
8 manat və ya 1,2 faiz çoxdur".
A.Əsgərov onu da söylədi ki, ötən il ərzində rayonda 2214 daimi iş yeri açılıbdır:
"Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2010-cu ilin yanvar ayının
1-dək 31576 iş
yeri açılıbdır
ki, bunlardan 30920 iş yeri daimidir.
Beş il ərzində Bakı şəhərində açılan
daimi iş yerlərinin 18,3 faizi Səbail rayonunun payına düşür.
Bakı şəhəri
üzrə Səbail rayonu birincilər sırasındadır". Rayonda aparılan
abadlıq işləri
ilə bağlı məlumat verən Səbail rayon icra hakimiyyətinin başçısı bildirdi
ki, Bibiheybət buxtasında neftlə çirklənmiş, əhali
üçün təhlükə
mənbəyinə çevrilən
torpaqların
təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Həmçinin, ötən il
ərzində Səbail
rayonu ərazisində
olan MTN Mədəniyyət
Mərkəzi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyi, Dövlət Gənc Tamaşaçılar
Teatrı, Azərbaycan
Bəstəkarlar İttifaqının
binaları, Azərbaycan
Dövlət İncəsənət
Muzeyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksi, Azərbaycan prospekti, Daxili İşlər Nazirliyinin binası qarşısındakı yeraltı
piyada keçidində
aparılan əsaslı
təmir-yenidənqurma işləri
başa çatdırılıb.
Mərkəzi Klinik Xəstəxananın
ambulatoriyası, Milli Məclisin yeni korpusu, Azərbaycan Respublikası Hesablama Palatasının yeni binası istifadəyə verilib,
"Dalğa Plaza"
İş Mərkəzi
və Urologiya Xəstəxanasında əsaslı
təmir və yenidənqurma işləri
başa çatdırılıbdır.
Eləcə də şəhərimizin çoxsaylı
qonaqlarının sevimli
istirahət yerlərindən
olan "Sahil" və "Filarmoniya" bağları istifadəyə verilibdir. Natiq onu da
bildirdi ki, Yeni Azərbaycan Partyasının yaranış
günü - noyabr ayının 21-də xüsusi
layihə əsasında
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün 3 mərtəbəli
yeni binanın təməli qoyulub.
Məruzə
ətrafında çıxış
edən Milli Məclisin İqtisadi Siyasət Daimi Komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası
Prezident Administrasiyasının
məsul işçisi
Tağı Tağıyev
və digər natiqlər Səbail rayonunun hesabatını uğurlu hesab etdilər. Tədbirin sonunda bu il
yubileyləri keçiriləcək
bir qrup ziyalıya və 2009-cu ildə müxtəlif müsabiqə və yarışlarda iştirak
edib yüksək nəticələr əldə
etmiş 10 nəfər
orta məktəb şagirdinə rayon icra hakimiyyəti tərəfindən qiymətli
hədiyyələr
təqdim olunub. Yığıncağın
sonunda iştirakçılar
adından ölkə
başçısı cənab
İlham Əliyevə
müraciət qəbul
olunub.
RƏFİQƏ KAMALQIZI
Səs.-2010.-11 fevral.- S.10.