Cəlil Məmmədquluzadənin ev-muzeyində "Açıq dərs" keçirilib

 

İctimai xadim, publisist, dramaturq, Şərqdə ilk satirik "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin ev-muzeyində Bakı şəhərindəki 53 nömrəli məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə böyük mütəfəkkirin xatirəsinə həsr olunmuş "Açıq dərs" keçirilib.

Muzeyin direktoru Pərixanım Mahmudova uşaqlara C.Məmmədquluzadənin adını daşıyan muzey haqqında ətraflı məlumat verib. Bildirildi ki, hazırda burada 5 minə yaxın eksponat mühafizə olunur. Bu eksponatlar muzeyin əsas fondunda toplanmışdır. Əsas fondun materialları "Molla Nəsrəddin" jurnalının nüsxələrindən digər tarixi nəşrlərdən, kitablardan, qəzetlərdən, rəsm əsərlərindən, ev-məişət əşyalarından, əlyazmalardan, afişalardan ibarətdir.

Muzeydə Mirzə Cəlil irsinin daim əziz tutulduğu burada, mütəmadi olaraq, anım mərasimlərinin digər tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Səidə Sudeyifzadə C.Məmmədquluzadənin mənalı ömür yolundan çoxşaxəli yaradıcılığından danışıb. Qeyd edim ki, C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində dünyaya gəlmiş, ilk təhsilini burada almış, ərəb, fars dillərini öyrənmiş, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir.

Kiçik hekayə janrının böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə daim Azərbaycanın gələcək taleyini düşünür, əsərlərində xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu dövlətləri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

Ədibin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Rus qızı", "Konsulun arvadı", "Qurbanəli bəy" onlarla başqa hekayələri Azərbaycan Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrilmişdir. Görkəmli dramaturq "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Kamança" kimi əsərləri ilə ədəbiyyatda yeni bir səhifə açmışdır. C.Məmmədquluzadənin əsərləri Azərbaycanla yanaşı, digər xalqların teatr səhnələrində uğur qazanmış, yeni ədəbiyyat sənət adamlarının yetişməsinə kömək göstərib. Onun əsərləri yüz min tirajlarla çap olunub. 1966-cı ildə ədibin 100 illik yubileyi YUNESKO-nun qərarı ilə dünya miqyasında qeyd edilib. Tədbirdə vurğulanıb ki, C.Məmmədquluzadə qələminin məhsulu olan ölməz əsərlər bu gün - Azərbaycanın müstəqilliyi dövründə öz aktuallığını qoruyub saxlayıb.

 

 

Zümrüd

 

Səs.-2010.-12 fevral.- S.12.