Ombudsman həmməruzəçilərlə
görüş keçirdi
Dünən Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə müvəkkili
Elmira Süleymanova ölkəmizdə səfərdə
olan Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri
Andreas Herkel və Cozef Debono
Qrexi, habelə, nümayəndə heyətinin
digər üzvlərilə
görüşdü. Görüşdə
Avropa Şurası
Baş katibinin Azərbaycandakı xüsusi
nümayəndəsi Veronika
Kotek iştirak etdi.Müvəkkil insan hüquq və azadlıqlarının təmin
edilməsinin Azərbaycanın
demokratik inkişafının
mühüm istiqamətlərindən
olduğunu qeyd etdi. O, təsisatın
fəaliyyətinin əsas
məqsəd və məramının insan hüquq və azadlıqlarının təmin
olunmasına, pozulmuş
insan hüquqlarının
bərpasına, insan hüquqlarının müdafiəsi
mexanizmlərinin təkmilləşdirilməsinə,
hüquq pozuntularının
qarşısının alınmasına yönəldiyini
vurğuladı.
Həmməruzəçilərin
suallarını cavablandıran E.Süleymanova əhalinin
müxtəlif qruplarının, o cümlədən,
qadınların, uşaqların, ahılların, əlillərin,
qaçqın və məcburi köçkünlərin, hərbi
qulluqçuların, məhkumların hüquqlarının təmin
edilməsinin daha da təkmilləşdirilməsi ilə
bağlı, onların problemlərinin həllinə yönəldilmiş
təklifləri müvafiq dövlət orqanlarına göndərildiyini,
həmçinin, Konstitusiya Məhkəməsinə bir
neçə sorğunun ünvanlandığını
söylədi. Müvəkkil, həmçinin, milli
qanunvericiliyin təkmilləşdirildiyi, ölkəmizdə
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli
Fəaliyyət Planının icra vəziyyəti haqqında məlumat
verdi.
Ombudsmanın seçki
prosesi ilə bağlı məlumatları operativ surətdə
KİV-ə, o cümlədən, MSK-nın Seçkilər
İnformasiya Mərkəzi vasitəsilə ictimaiyyətə
çatdırıldığı bildirildi.
E.Süleymanova
seçki prosesinə müşahidənin daha da genişləndirilməsi,
bu istiqamətdə qanunvericiliyə riayət olunması,
seçki prosesinə qatılan hər bir kəs
üçün bərabər hüquqlar və bərabər
imkanlar yaradılması üzrə geniş təbliğat
işlərinin aparılmasını diqqətə
çatdırdı. Müvəkkil bir problem kimi məişət
zorakılığına qarşı mübarizədə
müvafiq dövlət qurumları, QHT-lər, vətəndaş
cəmiyyəti və kütləvi informasiya vasitələri
nümayəndələrinin səylərinin birləşdirilməsinin
zəruriliyini qeyd etmiş, məişət
zorakılığı ilə bağlı müvafiq qanun
layihəsinin parlamentdə müzakirə olunduğunu,
ombudsmanın bu məsələ ilə bağlı müzakirələr
keçirərək, təkliflər verdiyini diqqətə
çatdırdı.
İşgəncələrə
qarşı Konvensiyanın Fakültativ Protokoluna qoşulmaqla
bağlı Milli Preventiv Mexanizm qismində ombudsmanın müəyyən
edilməsi barədə həmməruzəçilərə
məlumat verildi. Qeyd olundu ki, ATƏT-in Bakı ofisinin təşkilatçılığı
ilə Ombudsman Aparatının və müvəkkilin regional mərkəzlərinin,
müvafiq dövlət qurumlarının əməkdaşları
üçün ölkəmizdə MPM-in tətbiqi üzrə
seminarlar keçirilir. Qaçqın və məcburi
köçkün, imkansız, ailə himayəsindən məhrum
olmuş, uşaq müəssisələrində tərbiyə
alan, habelə, baxımsız olan, zorakılığa məruz
qalan və digər hüququ pozulmuş uşaqların problemləri
ilə bağlı müvəkkilə dərhal müraciət
etmək məqsədilə ombudsman təsisatında
"916" nömrəli qaynar xəttin
yaradıldığı və 24 saat ərzində fəaliyyət
göstərdiyi bildirildi. Müvəkkilin uşaq
hüquqları üzrə ixtisaslaşdırılmış
məruzəsinin Milli Məclisə təqdim edildiyi, parlamentin
plenar iclasında uşaqların vəziyyətinin müzakirə
olunduğu da diqqətə çatdırıldı. Ombudsmanın
media hüquqlarının müdafiəsinə və təmin
olunmasına da önəm verdiyi, onlara qarşı kobud rəftar
hallarının diqqətdə saxlandığı, bununla əlaqədar
monitorinqlərin keçirildiyi, məsələnin qanun
çərçivəsində həll edilməsi
üçün aidiyyəti orqanlara müraciətlər
olunduğu nəzərə
çatdırıldığını da söylədi.
E.Süleymanova fikir
mübadiləsi şəraitində keçən
görüşdə A.Herkelin məhkəmə qərarlarının
icrası sahəsində problemlər, vətəndaş cəmiyyəti
və QHT-lərlə əməkdaşlıq, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin,
habelə, müxtəlif ölkələrdən
respublikamıza gəlmiş qaçqınların vəziyyəti,
söz və ifadə azadlığı, habelə, digər məsələlərlə
bağlı suallarını cavablandırdı.
RƏFİQƏ KAMALQIZI
Səs.-2010.-13 fevral.-S. 6.