Xocalı soyqırımı - bütün türk dünyasının faciəsidir

 

Hər il Xocalı faciəsi 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı, anma günləri yaxınlaşdıqca, ermənilərin həm əsrin əvvəllərində, həm 1988-ci ildən başlayaraq, başımıza gətirdikləri olaylar yada düşür. Düşmənimizə qarşı kin nifrətimiz bir daha artır. Hadisələri ardıcılıqla izləsək, başımıza gətirilən olaylar, tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edir. Şükürlər olsun ki, bizlər hələ tam sınmamış, milli genafonumuzu, adət-ənənələrimizi qoruyub saxlaya bilmişik. Biz anlamalıyıq ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmiş indi etməkdədirlər.

Bir qədər , ermənilərin azğınlıqlarının başlanğıc xronikasının ardıcıllıqlarını tarixi faktlarla nəzərdən keçirək. Tarixən özlərini, türklər tərəfindən soyqırımına məruz qalan bir "əzabkeş xalq" kimi qələmə verən ermənilər, özgə torpaqlarında öz dövlətlərinin yaratmaq istəkləri ilə yaşamışlar. Ermənilərin öz dövlətlərini yaratmaq, arzularına təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Osmanlı Türkiyəsi ilə, Səfəvilər dövləti arasındakı uzun sürən müharibələr olubdur.

Acı həqiqət milli faciələrimiz olsa da, deməliyik ki, Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün, bu işlərdə xristian agentlərindən, yəni, erməni tacir din xadimlərindən istifadə ediblər. 1605-ci ildə Şah Abbasın dövründə erməni tacirləri, şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazinin ayrılmasına da nail olublar. Ümumiyyətlə, tarixi sənədlər sübut edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı öz tarixi ərazilərində etnik təmizlənmə soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından deportasiyalara məruz qalmışlar. XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən doymayan ermənilər, illər uzunu fürsət düşdükcə, xaricdəki türk diplomatlarına adamlarına qarşı terror əməliyyətları aparıblar. Məsələn, 1975-ci ildə Avstriyada, Parisdə, 1977-ci ildə İtaliyada, 1978-ci ildə İspaniyada, 1980-ci ildə Romada, Afinada, 1981-ci ildə Cenevrədə dünyanın bir çox ölkələrində türk səfirlərini qətlə yetirdilər. Ancaq türk millətçilərinin ciddi güclü müqaviməti nəticəsində erməni terrorçularını susdurmaq mümkün oldu.

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı bəşəriyyətin ən amansız vəhşiliyidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə - Xocalı soyqırımı xalqımızın növbəti faciəsinin yaşadığı bir tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmasına inanmaq qeyri-mümkündür. Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün türk dünyasının faciəsidir. Amma boynumuza almalıyıq ki, bu faciədən 15 il keçməsinə baxmayaraq, xalqımıza qarşı törədilən bu soyqırımının əsil mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilməmişik.

Belə zənn edirdik ki, Xocalı kimi faciəmizi dünya ictimaiyyətinə çatdırılmasında, yurd xaricində yaşayan azərbaycanlılar xaricdəki milli təşkilatlarımız mühüm rol oynamalı idilər. Axı xaricdə yaşayan hər bir Azərbaycan türkü tarixi vətəninin dərdini öz şəxsi dərdləri kimi qəbul etməli, milli faciələrimizin xaricdə təbliği ilə məşğul olmalıdırlar. Çünki ABŞ, Avropa, Rusiya başqa ölkələrdə nufuzlu adlı-sanlı azərbaycanlılar yaşayırlar. Hər il faciələrimizin ildönümləri ilə, bağlı istər vətəndə, istərsə , xarici ölkələrdəki cəmiyyətlərimiz milli təşkilatlarımız tərəfindən anma tədbirləri keçirilməkdədir. Əgər bizlər faciələrimizin dünya ictimaiyyətinə çatdırılmasını  istəyiriksə, onda bu məsələlərlə bütün ilboyu məşğul olmalıyıq.  Biz bu sahədə milli həmrəylik nümayiş etdirərək, Xocalı faciəsinin beynəlxalq aləmdə hüquqi siyasi cəhətdən qiymət alması, onun təşkilatçıları icraçılarının cəzalandırılması, gələcəkdə bəşəriyyətə yönəldiləcək belə qəddar aktların təkrarlanmaması üçün bütün ilboyu ardıcıl işlər aparmalıyıq.

Ancaq qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. O zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra, bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Ulu öndər bununla bağlı demişdir: "Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi məqsədyönlü aparılmalıdır".

Azərbaycan dövləti dünya dövlətlərinin, sülhsevər insanların, nüfuzlu beynəlxalq təşkilatların Xocalı qırğını barədə həqiqəti bilməsi, insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq səviyyədə öz hüquqi qiymətini alması istiqamətində məqsədyönlü tədbirlər görür. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız digər dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, həmçinin, Heydər Əliyev Fondunun hazırladığı materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya radio kanallarında verilişlər hazırlanır. Beynəlxalq ictimaiyyətin məlumatlandırılması Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi məqsədi ilə xarici ölkələrin parlamentlərinə, dövlət qurumlarına, beynəlxalq təşkilatlara, nüfuzlu KİV-lərə müraciətlər ünvanlanır. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Bir sözlə, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2010.- 16 fevral.- S. 5.