Xocalı soyqırımından
18 il ötür
Bu faciənin ildönümü ilə bağlı "Səs"
qəzeti növbəti
dəyirmi masa keçirdi
(Əvvəli ötən
sayımızda)
Azərbaycan Respublikası
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin sərəncamı ilə "Xocalı
soyqırımının on səkkizinci
ildönümünün keçirilməsinə dair tədbirlər
planı" təsdiq edilib. Tədbirlər planında Xətai
rayonunda, Naftalan şəhərində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin
yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində və
diaspor təşkilatlarında bu dəhşətli hadisə
ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin
və s. keçirilməsi, xarici KİV və teleradio
kanallarında materialların hazırlanması və
yayılması nəzərdə tutulmuşdur.
Sənədə əsasən,
idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində,
sərgi salonlarında, ali və orta təhsil ocaqlarında
xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə
görüşlər və s. keçiriləcək, milli
azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli
və bədii filmlər nümayiş etdiriləcəkdir. Rəsmi
dövlət strukturları rəhbərlərinin, Milli Məclisin
deputatlarının və ziyalıların iştirakı ilə
xocalılıların müvəqqəti məskunlaşdıqları
şəhər və rayonlarda şəhid ailələrinə
yardım göstəriləcəkdir. İldönümü ərəfəsində
internet şəbəkəsində Xocalı
soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək,
ölkənin televiziya və radio verilişlərində
kütləvi informasiya vasitələrində bu
soyqırımı ilə bağlı materiallar veriləcəkdir.
Fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində
şəhid xocalılıların xatirəsi bir dəqiqəlik
sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində
ilk dərslər bu faciəyə həsr olunacaq.
"Səs" qəzeti,
ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki
mövzusunu da, məhz Xocalı faciəsinin
ildönümünə həsr etmişdi. Dəyirmi masada
sabiq müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun
Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri
doktoru Qasım Hacıyev, Xocalı rayon icra hakimiyyətinin
işçisi Nadir Rəşidov, şəhid atası və
Qarabağ əlili Qədim Abbasov,
veteran-döyüşçü Nazim Hüseynov, Azadlıq Hərəkatçıları
Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Respublikası
Beynəlmiləlçi Döyüşçülər
Fondunun sədri, Əfqanıstan və Qarabağ müharibəsinin
veteranı Sərraf Orucov, Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması İctimai Birliyinin üzvü
Bəxtiyar Əliyev, İslam Konfransı Gənclər
Forumunun əməkdaşı Elməddin Mehdiyev iştirak
edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
şöbə müdiri İlham Əliyev fevral ayının
birinci ongünlüyündən başlayaraq, sonuna qədər
xalqımız üçün faciəli günlərlə
yaddaqalan olduğunu söylədi. Qeyd etdi ki, 1987-ci il
fevralın 13-də Xankəndində ermənilərin ilk
separatçı mitinqləri başlayıb. Bununla da
Qarabağın rus hərbi birləşmələri ilə qəsb
olunmasının əsasını qoyublar. 1992-ci il fevralın
14 və 15-də Qarabağın Qala Qapısı adlanan
Malıbəyli və Quşçular kəndləri erməni
işğalçıları tərəfindən
işğal olunub. Fevralın 25-dən 26-sına keçən
gecə isə ermənilər
Xocalıda insanlığa və bəşəriyyətə
qarşı soyqırım həyata keçirdilər:
"Erməni hərbi birləşmələri
keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş
366-cı motoatıcı alayının ağır hərbi texnikasının
dəstəyilə Xocalıya hücuma keçdilər. Artilleriya
silahlarından, ağır hərbi texnikadan açılan
aramsız atəşlə müşayiət olunan hücum nəticəsində
Xocalı mühasirəyə düşdü, yanğınlar
başlandı. Fevralın 26-sı səhər şəhər
alova bürünmüşdü. Həmin vaxt şəhərdə
olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi
şəkildə öz ev-eşiklərini ataraq, Ağdama
doğru hərəkət etdi. Lakin şəhəri tərk
etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
qarşı xüsusi qəddarlıqla cəza tədbirləri
həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını
vəhşicəsinə qətlə yetirdilər. Onların
63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi.
8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər
yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov
götürülənlərin sayı 1275 nəfər təşkil
edir. 150 nəfərin aqibətindən isə hələ də
xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara
külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu
(01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və
etnik təmizləmələr tarixində qanlı səhifələrdən
biri də Xocalı soyqırımıdır. Həmin hadisə
ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ
ki, öz vicdanları qarşısında məsuliyyət
daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi
qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi
unutmur".
İ.Əliyev o
dövrün qanlı olayları və Xocalı
soyqırımı ilə bağlı müzakirələrin
aparılmasının vacibliyini söylədi.
NƏ ÜÇÜN
MƏNİ SATQIN HESAB EDƏNLƏR MƏHKƏMƏYƏ
GƏLMƏDİLƏR?
Rəhim Qazıyev:
- Niyə məni
Qraçovun silləvuranı, satqın hesab edən
oğlanlar məhkəməmə gəlmədilər? 20 faiz
torpağı işğal altında olan və 1 milyon
qaçqını olan millət demədi ki, nə
üçün bu satqını Bakıdan 80 kilometr kənarda
qapalı Qobustan həbsxanasında mühakimə edirsiniz?
Heç kim demədi ki, gəlin, onu şəhid ailələrinin,
qaçqınların və qeyrətli qazilərin
qarşısında ən böyük zallarda mühakimə
edək. Hamı Rəhimə xain deyir, amma mənə vətənə
xəyanət maddəsi verilməyib.
RÖVŞƏN CAVADOV BİZƏ DEDİ Kİ,
GEDİN, İŞİNİZLƏ MƏŞĞUL OLUN
Sərraf Orucov:
- O vaxt mən Əfqanıstandan
qayıtdıqdan sonra Bakıda hərbi hazırlıq məktəbində
oxuyurdum. Əyani oxuduğum üçün bizi müharibəyə
aparmadılar. Milli ordu yaranmağa başladıqda, əfqan
döyüşçüsü kimi, könüllü olaraq,
döyüşə yollanmaq istədik. Rəhim bəy deyir
ki, cəmi 1 ədəd "Qrad"ımız var idi. Ancaq mən
orada elə silahlar gördüm ki, onları heç Əfqanıstanda
görməmişdim. 500 nəfər tələbə, 150 nəfər
əfqan döyüşçüsü və el
oğlanları yığışaraq, döyüşə
getdik. Qəbələdə turizm mərkəzində iki nəfər
istefada olan türk generalı bizə təlim keçdi.
Onlardan biri Mətin bəy, digəri isə Ahən bəy idi.
Təlim nəticəsində 200 nəfər kənarlaşdırıldı,
300 nəfər qaldı. Texnikaya, silah-sursata nəzarət
üçün Etibar Məmmədov (indiki AMİP sədri) təhkim
olunmuşdu. 8 ədəd "Kamaz" markalı
maşınla dolu təzə silah-sursat gətirildi. E.Məmmədov
bizə dedi ki, əzizlərim, sizin təliminiz hələ
başa çatmayıb, ancaq Şuşa artıq işğal
olunub. May ayının 9-da Şuşa erməni
işğalçıları tərəfindən
alınmışdı. O, bizə dedi ki, mən sizin
başınızın üstündə olmaqla,
Laçına gedəcəyik və Şuşanı tez bir
zamanda işğaldan azad edəcəyik. Qayıdanda axşam
saat 8 radələrində Yevlax yolunda yerləşən yun
zavodunda Rəhim bəylə rastlaşdıq.
Maşının içərisində gözləyirdik
görək rəhbərlik bizə nə tapşırıq
verəcək. Əgər onlar əmr versəydilər,
döyüşə gedəcəkdik. Həmin gün
axşamı orada qaldıq. Axşam saat 9-da "Xəbərlər"
proqramında elan olundu ki, artıq Şuşa Azərbaycan hərbçiləri
tərəfindən azad olunub. Biz sevindik. Səhərisi
gün yolumuza davam etdik. Qubadlıya, oradan da Laçına
getdik. Laçında Arif Paşayevin rəhbərlik etdiyi hərbi
hissədə olduq. Orada mərhum jurnalist Çingiz Mustafayev
A.Paşayevə müraciətlə "alçaqlar,
binamuslar, əclaflar, siz xalqı aldadırsınız"-deyərək,
onu təhqir etməyə başladı. Ç.Mustafayev
Şuşanın azad olduğu barədə xəbəri
eşitdikdən sonra, vəziyyəti öyrənmək
üçün buraya gəlmişdi. E.Məmmədov geri
çəkilmişdi, generallar isə bizə deyirdilər ki,
Şuşa artıq işğal olunub, gedin işinizlə məşğul
olun. Həmin generallar bizimlə görüşdülər və
dedilər ki, haqqınızı halal edin, qayıdın gedin.
Biz yiyəsiz qaldıq. Səhərisi günü, demək olar
ki, A.Paşayevin alayı dağıldı. Mənim rəhbərlik
etdiyim alayı isə, "OMON"-un tabeçiliyinə
verdilər. Buraya gələndə Rövşən Cavadov bizi
70 nəfərdən ibarət dəstə ilə birlikdə
Varslıya göndərdi. Rəhim bəyin az öncə qeyd
etdiyi kimi, bura çox çiskin, dumanlı idi. Hətta 3 metr
uzaqlığı belə görmək mümkün deyildi.
May ayının 12-13-də orada qaldıq. Ayın 14-ü
R.Cavadov buraya gəldi. O, bizə dedi ki, ay rəhmətliyin
uşaqları, mənim özümə kömək edən
lazımdır, siz canlı mişen olmaq üçün
buraya gəlmisiniz. Dedi ki, istəyirsinizsə, buradan
çıxıb gedə bilərsiniz. Qeyd edim ki, Şuşa əvvəlcədən
tamamilə boşaldılmışdı. Rəhim bəyə
bir sualım var: biz oraya döyüşməyə gəlmişdik,
nə üçün bizi oradan geri qaytardılar?
Rəhim Qazıyev:
- Həyatım boyu sənə
olan minnətdarlığımı ifadə edə bilmərəm. Sizin qarşınızda
qanımın son damlasına qədər cavab verməyə
hazıram. Əmin olun ki, mən belə bir əmr verməmişəm.
Həmin vaxt silləvuranı adlandırıldığım
Qraçovun yanına getdim və yalvararaq, 20 texnika istədim.
O da telefon dəstəyini götürüb, Popova zəng vurdu
ki, bizə 20 texnika versin. O dövrdə Azərbaycanda ən
az tapılan akkumlyator idi. Əsgərlər bütün
akkumlyatorları çıxardıb satmışdılar.
Elbrus Orucov mənim məhkəməmə gələndə,
mən ona sual verdim ki, sənə əmr vermişəmmi ki,
Şuşa-Xankəndi yolunu təmizlə? O cavab verdi ki, yox,
siz belə bir əmr verməmisiniz. Bununla bağlı
bütün videofaktları sizə təqdim etməyə
hazıram. Əvvəla, Sərraf bəyin qeyd etdiyi generallar mənim
tabeçiliyimdə deyildi. Ona görə də, onlara belə
bir əmr verə bilməzdim. Mənə şər
atırlar ki, Ağdərə əməliyyatının
dayandırılması haqqında 101 saylı əmr vermişəm.
Əslində isə, belə bir əmr yoxdur.
"Səs" qəzetinin əməkdaşı:
- Xocalı faciəsinin
dünyada tanınması istiqamətində hansı tədbirləri
həyata keçirirsiniz?
"XOCALIYA ƏDALƏT" KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ
SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
Elməddin Mehdiyev:
- İslam Konfransı Gənclər
Forumu 2006-cı ildə yaradılıb və mərkəzi
ofisi İstanbulda yerləşir. 2008-ci ildə İSESKO ilə
bərabər təşkil olunan tədbirdə İslam
Konfransı Təşkilatının anım günü təsis
edilib. Həmin anım günündə islam ölkələrində
törədilən soyqırımların və qətliamların
anım tədbirlərinin keçirilməsi nəzərdə
tutulur. Anım gününün ilk tədbirlər
siyahısına Xocalı soyqırımı da daxil edilib.
İKT-nin Mədəniyyətlərarası Dialoq üzrə
baş koordinator Leyla xanım Əliyevanın təşəbbüsü
ilə "Xocalıya Ədalət" kampaniyası təsis
edilib. 2008-ci ilin may ayından etibarən kampaniya fəaliyyətə
başlayıb. 2009-cu ilin fevral ayında isə, bu kampaniyaya
beynəlxalq səviyyədə start verilib. Dünyanın 20-dən
artıq şəhərində Xocalını tanıtma və
bu barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə
çoxsaylı tədbirlər keçirilib. Qeyd edim ki,
kampaniyanın ingilis dilində fəaliyyət göstərən
rəsmi saytı var. Burada Xocalı şəhəri və
orada törədilən soyqırım, eləcə də, Qarabağ
münaqşəsinin tarixi haqqında ətraflı məlumat
yerləşdirilib. Əsas məqsədimiz ifrat məlumatlılığa
yol vermədən, beynəlxalq faciəni dünya ictimaiyyətinə
çatdırmaqdır. 2009-cu ilin may ayında İKT Xarici
İşlər Nazirləri Şurasının Dəməşqdə
keçirilən 36-cı sessiyasında qətnamə qəbul
edilib. Həmin qətnamədə "Xocalıya Ədalət"
kampaniyasına dəstək verilib və üzv dövlətlər
bu kampaniyanın təbliğinə
çağırılıb. 2010-cu ilin yanvar ayının
24-31-də Quqandanın paytaxtı Kampau şəhərində
İKT-yə üzv ölkələrin parlament birliyinin
sessiyası keçirilib. Dünya dövlətlərinin
dörddə bir hissəsi, yəni 51 parlament orada təmsil
olunub. Orada qəbul olunan qətnamənin mahiyyəti ondan ibarətdir
ki, ilk dəfə olaraq, Xocalı beynəlxalq aləmdə qətliam
kimi tanınır və insanlara qarşı törədilmiş
cinayət kimi qəbul olunur. Bu cinayəti törədənlərin
cəzalandırılmasına çağırış
olunur.
İndiki Ermənistan
prezidenti Serj Sarkisyan o zaman səhra komandiri idi. Onunla bərabər
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan
bu cinayəti törədənlərdəndir. Qərbdən
olan yazıçı Tomas Deval, ilk dəfə olaraq,
Qarabağ münaqişəsinin tarixini araşdırıb və
bu barədə kitab yazıb. Belə ki, S.Sarkisyan ona verdiyi
müsahibəsində etiraf edib ki, Xocalı
soyqırımına qədər azərbaycanlılar elə
bilirdilər biz onlarla zarafat edirik və sivil əhaliyə
qarşı silah işlətmirik. Amma biz Xocalını məhv
etdik və azərbaycanlılara göstərdik ki, oranı tərk
etməyəcəkləri təqdirdə, onların
başına nə gələ bilər. Bu cür faktlardan
istifadə edərək dünya ictimaiyyətini məlumatlandırmağa
çalışırıq.
Bəxtiyar Əliyev:
- Xatırlayıram,
1991-ci ilin noyabr ayında biz Şuşadan çıxdıq. Mən o vaxt uşaq idim. Belə bir göstəriş
gəldi ki, şuşalılar Şuşanı
tərk etsin. Kişilər orada qaldı, lakin bütün silahlar onlardan yığıldı.
1991-ci ilin noyabr ayından Şuşanın
işğalı vaxtına
qədər mərhum
atam bir qrup şəxslə Yevlaxdan silahları "Kamaz" maşınlara yığaraq, Şuşaya
daşıyırdılar.
BU DAMĞANI ÇİYNİMDƏ APARMAQ İSTƏMİRƏM
Rəhim Qazıyev:
- 1988-ci ildən
həmin dövrə qədər baş verən hadisələrə
görə mən məsuliyyət daşımıram.
1993-cü il martın
17-də müdafiə naziri
təyin olunmuşam.
11 ay nazir olmuşam.
Bu müddət ərzində,
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 16 fevral.- S. 8-9.