XX əsrin faciəsi
Fuad Muradov: "Avropa Gənclər Forumunun Bakı
toplantısında Xocalı soyqırımı
gündəmə gətirilə bilər"
- Fuad müəllim, qarşıdan
Xocalı soyqırımının
18-ci ildönümü gəlir.
Bu faciənin beynəlxalq aləmə çatdırılması istiqamətində
GTMŞ olaraq hansı
işləri, tədbirləri
həyata keçirirsiniz
və ya keçirməyi nəzərdə
tutursunuz?
- Əvvəla, Xocalı soyqırımı 20-ci əsrdə
törədilmiş ən
böyük qanlı faciələrən biridir
və belə demək mümkünsə,
birincisidir. Bu faciə, nəinki azərbaycanlılara, azəri
türklərinə, bütövlükdə,
bəşəriyyətə qarşı erməni vandalları tərəfindən
törədilmiş qətliam,
soyqırımı aktıdır.
Qeyd edim ki, bu soyqırımı
törədərkən də,
erməni vandalları
düşünürdülər ki, bununla azərbaycanlıların,
azəri türklərinin
gözünü qorxudacaq,
onların döyüş
ruhunu, əzmini sındıracaqlar. Bunu, hətta bu vandalizmi
törətmiş insanlardan
biri - Ermənistanın
keçmiş prezidenti
Robert Köçəryan
da dəfələrlə
ən yüksək tribunalardan utanmadan, çəkinmədən səsləndirib...
Sizin də qeyd etiyiniz
kimi, artıq bu qanlı faciədən
18 il ötür və bu müddət
ərzində, bu qətliamın beynəlxalq
aləmə, dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində Azərbaycan
dövləti, rəhbərliyi,
o cümlədən, qeyri-hökumət təşkilatları
tərəfindən
xeyli işlər görülüb, addımlar
atılıb və atılmaqdadır. Odur ki, ətrafında xeyli sayda gəncləri
və gənclər qurumlarını birləşdirən
GTMŞ olaraq, biz də bu istiqamətdə
əlimizən gələni
əsirgəməməyə çalışırıq. Məhz
bu məqsədlə Xocalı soyqırımının
18-ci ildönümü ərəfəsində
bir sıra aksiyaları reallaşdırmağı
nəzərdə tuturuq
və demək olar ki, bunlardan
da bəzisinə start vermişik...
- Konkret olaraq nəyə?
- Təxminən bir
həftə - on gün olar ki,
bir sıra beynəlxalq təşkilatlara,
xüsusi olaraq, gənclər qurumlarına,
onların Avropadakı
nümayəndəliklərinə, üzvü olduğumuz Avropa Gənclər Forumuna (AGF) Xocalı soyqırımı haqqında
həm rəngli şəkilləri, fotoları,
həm faciə ilə bağlı geniş məlumatları, həm də dünya kütləvi informasiya vasitələrində bu soyqırım aktına həsr olunmuş yazıların başlıqlarını
- təxminən 10 səhifəlik
materialı - göndərməyə
başlamışıq. Onu
da qeyd edim
ki, Xocalı soyqırımı ilə
bağlı Heydər
Əliyev Fondu tərəfindən bir sıra işlər, eyni zamanda, Leyla
xanım Əliyevanın
başladığı "Xocalıya ədalət"
kampaniyası həyata
keçirilir. Sevindirici
haldır ki, bu işlərə, konkret olaraq, məlum kampaniyaya qoşulanların sayı günü-gündən artmaqdadır.
Ələlxüsus, beynəlxalq
təşkilatlar bu kampaniyaya qoşulmaqda, ona yaxından dəstək verməkdədirlər.
Bunları deməkdə məqsədim
odur ki, kimliyindən, hansı mövqedə olmasından,
hansı siyasi mənsubiyyəti daşımasından
asılı olmayaraq, hər bir kəs,
hər bir azərbaycanlı, azəri
türkü Xocalı
soyqırımının, Xocalı
həqiqətlərinin beynəlxalq
aləmə, dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
bacardığını əsirgəməməlidir.
Xüsusilə də,
ermənilərin, erməni
tərəfinin Ermənistan-Azərbaycan
münaqişəsinin təzimlənməsi
istiqamətində aparılan
danışıqlar prosesini
pozmaq, bu münaqişənin həllini
uzatmaq istiqamətində
son dövrlər
"fəallıq" göstərmələri
fonunda bizdən bu yöndə daha böyük səylə çalışmaq,
təcavüzkarla təcavüzə
məruz qalanın kim olduğunu, konkret olaraq, Xocalıda hansı vəhşiliklərin baş
verdiyini anlatmaq tələb olunur. Sual oluna bilər
ki, biz nəyə
görə başlatdığımız
bu kampaniyanı, məhz beynəlxalq gənclər təşkilatları,
- ən əsası
AGF çərçivəsində reallaşdırmaq istəyirik.
Ona görə ki, bu, çox
nüfuzlu bir təşkilatdır. Bu təşkilatın nüfuzlu
Avropa təşkilatları,
Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti ilə sıx və qarşılıqlı
əlaqələri var.
Bu baxımdan, inanıram ki, Avropa Biliyinin
gənclər qolu olan AGF bizim bu kampaniyamıza, tədbirimizə dəstək
verəcək, bizim səsimizi eşidəcək
və bununla biz istər Xocalı, istərsə də, bütövlükdə,
Qarabağ həqiqətlərinin
dünya, Avropa ictimaiyyətinə daha müfəssəl çatdırılmasına
nail ola biləcəyik. Bu yerdə, onu da nəzərinizə çatdırım ki, bu ilin oktyabr
ayında AGF-nin İşçi Qurupunun Bakıda tədbiri keçiriləcək və
bu toplantıda da bir daha
bu məsələ gündəmə gətiriləcək.
- Yeri gəlmişkən, başlatdığınız kampaniyaya,
ötən müddət
ərzində, qoşulanların
sayı nə qədərdir?
- Qeyd edim ki,
təxminən ayın
5-dən başlatdığımız bu kampaniyaya qoşulanlar xeyli saydadır. Nəzərə
alsaq ki, GTMŞ-yə daxil olan xeyli sayda
gənclər təşkilatları
və onların xeyli sayda üzvləri
var, artıq mənzərə kifayət
qədər aydın görünür.
Eyni zamanda, bizi daha çox
düşündürən Xocalıyla bağlı məlumatları göndərdiyimiz
ünvanlardır. Biz təxminən
44 beynəlxalq gənclər
təşkilatına, o
cümlədən, Avropada
fəaliyyət göstərən
27 Milli Şuraya və Avropa Birliyi ilə əlaqəli olan, onlarla işləyən qeyri-hökumət təşkilatlarına
bu məlumatları göndərməyə başlamışıq
və göndərməkdə də davam edəcəyik. Onu da bildirim
ki, təşkilatımızda
bir qrup gənc, məhz bu işlərlə məşğuldur.
-Yuxarıda qeyd etdiniz ki, oktyabr
ayında AGF-nin İşçi Qrupunun Bakı toplantısı keçiriləcək. Ola
bilərmi ki, bu toplantıda və ya ümumiyyətlə,
AGF-nin yaxın zamanlarda keçiriləcək
toplantılarında Xocalı
faciəsi gündəliyə
salınaraq, bu qurum tərəfindən soyqırımı aktı
kimi tanınsın?
- Bildiyiniz kimi, bu yaxınlarda böyük bir uğur əldə edildi - İslam Konfransı Təşkilatında
birləşən 51 ölkə,
nümayəndə heyəti
Xocalı soyqırımı
haqqında qətnamə
qəbul etdi. Təbii ki, bizim bu istiqamət
görəcəyimiz işlər
çoxdur. Düzdür,
AGF hər hansı bir beynəlxalq münaqişə ilə bağlı qərar qəbul edən qurum deyil. Bugünə
qədər bu təşkilat hər hansı bir münaqişə ilə bağlı qətnamə
qəbul etməyib. Amma bununla belə, biz çalışacağıq
və çalışırıq
ki, heç olmasa, AGF-yə üzv olan təşkilatlar
öz ölkələrinin
parlamentlərində bu
məsələnin gündəliyə
salınmasına və
müzakirəyə çıxarılmasına
cəhd göstərsin,
buna nail ola bilsinlər. Bu, bizim başlıca
istəyimiz və məqsədimizdir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 17 fevral.- S. 8.